22.05.2026
Cümhuriyyət Xalq Partiyasının (CHP) sabiq sədri Kamal Kılıçdaroğlu Ankara Bölgə Ədliyyə Məhkəməsinin partiya rəhbərliyini vəzifədən uzaqlaşdırması barədə çıxardığı qərara reaksiya verib.
DuzXeber.az xəbər verir ki, siyasətçi məhkəmənin qərarından dərhal sonra "X" hesabında geniş bəyanat yayıb.
Kılıçdaroğlu yaranmış yeni vəziyyətin partiya daxilində parçalanmaya deyil, əksinə, daha sıx birliyə vəsilə olduğunu vurğulayıb:
"Cümhuriyyət Xalq Partiyası şəxsi maraqların və ambisiyaların mübarizə meydanı deyil. CHP millətimizin suverenlik sənədidir. 38-ci Qurultayımızla bağlı məhkəmənin verdiyi bu qərar bir ayrılma vəsiləsi deyil, yenidən birləşmək və güclənmək fürsəti olmalıdır. Gün sevinc qışqırıqları ilə bir-birimizi qırmaq, incitmək günü deyil. Bu gün bütün inciklikləri bir kənara qoyub böyük ciddiyyətlə, sakitliklə və qucaqlaşaraq yenidən ayağa qalxmaq günüdür. Biz bu prosesi "kaş ki"lərlə deyil, ciddiyətlə, partiya mədəniyyətimizdən aldığımız səmimiyyətlə və ortaq ağılla idarə etmək məcburiyyətindəyik".
"Bu çətin prosesi partiyamızın əvvəlki sədrləri, Partiya Məclisinin üzvləri, millət vəkillərimiz, vilayət və rayon rəhbərlərimizlə tam bir uyğunluq, sıx əməkdaşlıq içində yürüdəcəyik. Heç kim zərrə qədər də olsun narahat olmasın, partiyamızı bu daxili müzakirələrin, mübahisələrin içindən sağ-salamat çıxaracaq və iqtidar yürüşümüzü qətiyyətlə davam etdirəcəyik. Hər kəsi təmkinli olmağa, sükunətə və ortaq ağılla hərəkət etməyə dəvət edirəm. Biz bir yerdəyik", - deyə o, söyləyib.
Xatırladaq ki, Ankara Bölgə Ədliyyə Məhkəməsi Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) 4-5 noyabr 2023-cü il tarixlərində keçirilən qurultayının nəticələrini ləğv edib. Bununla da qəbul edilmiş qərara əsasən, partiyanın sədri Özgür Özel və partiya rəhbərliyi müvəqqəti olaraq vəzifələrindən uzaqlaşdırılıb, CHP-nin sabiq lideri Kamal Kılıçdaroğlu və onun rəhbərliyinin vəzifəsi isə bərpa olunub./nyus
Vəzifəyə qayıdan Kılıçdaroğlundan ilk açıqlama
Cümhuriyyət Xalq Partiyasının (CHP) sabiq sədri Kamal Kılıçdaroğlu Ankara Bölgə Ədliyyə Məhkəməsinin partiya rəhbərliyini vəzifədən uzaqlaşdırması barədə çıxardığı qərara reaksiya verib.DuzXeber.az xəbər verir ki, siyasətçi məhkəmənin qərarından dərhal sonra "X" hesabında geniş bəyanat yayıb.
Kılıçdaroğlu yaranmış yeni vəziyyətin partiya daxilində parçalanmaya deyil, əksinə, daha sıx birliyə vəsilə olduğunu vurğulayıb:
"Cümhuriyyət Xalq Partiyası şəxsi maraqların və ambisiyaların mübarizə meydanı deyil. CHP millətimizin suverenlik sənədidir. 38-ci Qurultayımızla bağlı məhkəmənin verdiyi bu qərar bir ayrılma vəsiləsi deyil, yenidən birləşmək və güclənmək fürsəti olmalıdır. Gün sevinc qışqırıqları ilə bir-birimizi qırmaq, incitmək günü deyil. Bu gün bütün inciklikləri bir kənara qoyub böyük ciddiyyətlə, sakitliklə və qucaqlaşaraq yenidən ayağa qalxmaq günüdür. Biz bu prosesi "kaş ki"lərlə deyil, ciddiyətlə, partiya mədəniyyətimizdən aldığımız səmimiyyətlə və ortaq ağılla idarə etmək məcburiyyətindəyik".
"Bu çətin prosesi partiyamızın əvvəlki sədrləri, Partiya Məclisinin üzvləri, millət vəkillərimiz, vilayət və rayon rəhbərlərimizlə tam bir uyğunluq, sıx əməkdaşlıq içində yürüdəcəyik. Heç kim zərrə qədər də olsun narahat olmasın, partiyamızı bu daxili müzakirələrin, mübahisələrin içindən sağ-salamat çıxaracaq və iqtidar yürüşümüzü qətiyyətlə davam etdirəcəyik. Hər kəsi təmkinli olmağa, sükunətə və ortaq ağılla hərəkət etməyə dəvət edirəm. Biz bir yerdəyik", - deyə o, söyləyib.
Xatırladaq ki, Ankara Bölgə Ədliyyə Məhkəməsi Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) 4-5 noyabr 2023-cü il tarixlərində keçirilən qurultayının nəticələrini ləğv edib. Bununla da qəbul edilmiş qərara əsasən, partiyanın sədri Özgür Özel və partiya rəhbərliyi müvəqqəti olaraq vəzifələrindən uzaqlaşdırılıb, CHP-nin sabiq lideri Kamal Kılıçdaroğlu və onun rəhbərliyinin vəzifəsi isə bərpa olunub./nyus
Oxşar xəbərlər
Xəbər lenti
-
9.06.202610 məşhurun narkotik testi müsbət çıxdı
-
9.06.2026Kərim Xan vəzifəsindən kənarlaşdırıldı
-
9.06.2026İmamoğlu və Özəl silindi...
-
9.06.2026Yol tikintisi apararkən 13 min torba qızıl tapdılar
-
9.06.2026Bakının iki rayonunda işıq olmayacaq
-
9.06.2026“Mərkəzi Klinika”nın həkimi müharibə əlilinin ölümünə səbəb oldu – İDDİA
-
9.06.2026Özbəkistanda təxminən 19 500 xarici investisiyalı müəssisə qeydiyyata alınıb
-
9.06.2026Pensiya və sosial müavinətlərə bağlı yenilik
-
9.06.2026Sumqayıtda evdə meyit tapıldı
-
8.06.2026Prezidentdən Ramiz Fətəliyevlə bağlı sərəncam
-
8.06.2026ADY rəhbərliyi keçmiş əməkdaşının Feysbukda yazdığı şikayəti sildirdi
-
8.06.2026ADY rəhbərliyi keçmiş əməkdaşının Feysbukda yazdığı şikayəti sildirdi
-
8.06.2026“Azərişıq” ASC Lerikin ən ucqar dağ kəndlərində elektrik şəbəkəsini yeniləyir
-
8.06.2026Sabah dövlət büdcəsinin icrası müzakirə ediləcək
-
8.06.2026ADY 2026-cı ilin may ayında 1.6 milyon tondan çox yük daşıyıb
-
8.06.2026Ruslan Quliyev vəfat etdi
-
8.06.2026Ekologiya və təbii sərvətlər nazirinə yeni müşavir təyin olundu
-
8.06.2026Gəmi ilə sərnişindaşıma reallaşa bilərmi? - AÇIQLAMA
-
8.06.2026Moskva məhkəməsi Xodorkovskini 10 il azadlıqdan məhrum edib
-
8.06.2026Dünyada taxıl 5%-ə yaxın bahalaşıb
-
8.06.2026Atamın evləndiyini mediadan öyrəndim - Emin Ağalarov
-
8.06.2026Belarus NATO üçün təhlükədir - Qof
-
8.06.2026Səki kimindir: vətəndaşın, yoxsa Hacı Rasimin? -Sabunçu İcra Hakimiyyəti bu vəziyyətə niyə göz yumur ?
-
8.06.2026İraqda avtobus qəzadan sonra yandı, 25 nəfər öldü
-
8.06.2026Türkiyə və İran xarici işlər nazirləri telefon danışığı aparıblar
-
8.06.2026Aİ miqrantların deportasiya mərkəzləri üçün ölkələr axtarır
-
8.06.2026Evdəki bu bitki ilanları maqnit kimi çəkir
-
8.06.2026Müharibə bitsə, ruslar Ukraynaya sərbəst girə biləcək?
-
8.06.2026Rüşvət alan 19 vəzifəli şəxs qərardan narazıdırlar
-
8.06.2026Paşinyan qələbəsini elan etdi: "hökuməti təkbaşına quracağam"



