9.06.2026
Azərbaycanda son illər sosial müdafiə tədbirlərinin genişləndirilməsi istiqamətində müxtəlif addımlar atılsa da, minimum pensiya alanlar, aztəminatlı ailələr və əlilliyi olan şəxslər üçün ödənişlərin artırılması məsələsi hələ də aktuallığını qoruyur.
Dövlət büdcəsinə əlavə gəlirlərin daxil olması və məvacib sistemində nəzərdə tutulan dəyişikliklər fonunda sosial həssas qrupların rifahının yaxşılaşdırılması üçün yeni qərarlar verilə bilərmi?
DuzXeber.az xəbər verir ki, mövzu ilə bağlı “konkret.az”a danışan iqtisadçı Razi Abbasbəyli bildirib ki, ölkədə aztəminatlı sosial təbəqənin əməkhaqlarının, pensiyalarının və digər sosial ödənişlərinin artırılması üçün iqtisadi imkanlar mövcuddur.
Onun sözlərinə görə, regionda baş verən hərbi qarşıdurmalar, Körfəz bölgəsindəki gərginlik və İran–ABŞ münasibətlərindəki qarşıdurma dünya bazarında neft qiymətlərinin yüksək səviyyədə qalmasına səbəb olub:
“Hazırda neftin qiyməti dövlət büdcəsində nəzərdə tutulan göstəricidən xeyli yüksəkdir. Bu isə həm neft gəlirlərinin, həm Dövlət Neft Fondunun daxilolmalarının, həm də ümumilikdə büdcə gəlirlərinin artmasına şərait yaradır. Proqnozlaşdırılmayan əlavə gəlirlərin formalaşması büdcəyə yenidən baxılması və sosial xərclərin artırılması imkanlarını genişləndirir”.
İqtisadçı hesab edir ki, ilin sonuna qədər minimum əməkhaqqı və minimum pensiya ilə bağlı artımların şahidi olmaq mümkündür:
“Hazırkı iqtisadi vəziyyət həm iri infrastruktur layihələrinin həyata keçirilməsinə, həm də sosial xərclərin artırılmasına imkan verir. Bu baxımdan minimum əməkhaqqı, minimum pensiya, sosial müavinətlər və digər sosial ödənişlərin artırılması üçün əlverişli şərait mövcuddur”.
R.Abbasbəyli qeyd edib ki, qanunvericiliyə edilən dəyişikliklər dövlət büdcəsinə il ərzində yenidən baxılması imkanını da genişləndirib:
“Artıq qanunvericilikdə dövlət büdcəsinə ildə ən azı bir dəfə yenidən baxılması mexanizmi nəzərdə tutulur. Bu, həm gəlir proqnozlarının, həm də xərclər üzrə maddələrin yenilənməsinə şərait yaradır. Belə dəyişikliklər çərçivəsində həm infrastruktur layihələrinin maliyyələşdirilməsi, həm də sosial xərclərin artırılması planlaşdırıla bilər. Azərbaycan hökumətinin bunun üçün kifayət qədər maliyyə imkanları var”.
Ekspert əlavə edib ki, gələcəkdə saatlıq əməkhaqqı mexanizminin tətbiqi və vahid ştat cədvəlləri üzrə dəyişikliklər də əməkhaqqı, pensiya və sosial yardım məbləğlərinin artırılmasına müsbət təsir göstərəcək.
Pensiya və sosial müavinətlərə bağlı yenilik
Azərbaycanda son illər sosial müdafiə tədbirlərinin genişləndirilməsi istiqamətində müxtəlif addımlar atılsa da, minimum pensiya alanlar, aztəminatlı ailələr və əlilliyi olan şəxslər üçün ödənişlərin artırılması məsələsi hələ də aktuallığını qoruyur.Dövlət büdcəsinə əlavə gəlirlərin daxil olması və məvacib sistemində nəzərdə tutulan dəyişikliklər fonunda sosial həssas qrupların rifahının yaxşılaşdırılması üçün yeni qərarlar verilə bilərmi?
DuzXeber.az xəbər verir ki, mövzu ilə bağlı “konkret.az”a danışan iqtisadçı Razi Abbasbəyli bildirib ki, ölkədə aztəminatlı sosial təbəqənin əməkhaqlarının, pensiyalarının və digər sosial ödənişlərinin artırılması üçün iqtisadi imkanlar mövcuddur.
Onun sözlərinə görə, regionda baş verən hərbi qarşıdurmalar, Körfəz bölgəsindəki gərginlik və İran–ABŞ münasibətlərindəki qarşıdurma dünya bazarında neft qiymətlərinin yüksək səviyyədə qalmasına səbəb olub:
“Hazırda neftin qiyməti dövlət büdcəsində nəzərdə tutulan göstəricidən xeyli yüksəkdir. Bu isə həm neft gəlirlərinin, həm Dövlət Neft Fondunun daxilolmalarının, həm də ümumilikdə büdcə gəlirlərinin artmasına şərait yaradır. Proqnozlaşdırılmayan əlavə gəlirlərin formalaşması büdcəyə yenidən baxılması və sosial xərclərin artırılması imkanlarını genişləndirir”.
İqtisadçı hesab edir ki, ilin sonuna qədər minimum əməkhaqqı və minimum pensiya ilə bağlı artımların şahidi olmaq mümkündür:
“Hazırkı iqtisadi vəziyyət həm iri infrastruktur layihələrinin həyata keçirilməsinə, həm də sosial xərclərin artırılmasına imkan verir. Bu baxımdan minimum əməkhaqqı, minimum pensiya, sosial müavinətlər və digər sosial ödənişlərin artırılması üçün əlverişli şərait mövcuddur”.
R.Abbasbəyli qeyd edib ki, qanunvericiliyə edilən dəyişikliklər dövlət büdcəsinə il ərzində yenidən baxılması imkanını da genişləndirib:
“Artıq qanunvericilikdə dövlət büdcəsinə ildə ən azı bir dəfə yenidən baxılması mexanizmi nəzərdə tutulur. Bu, həm gəlir proqnozlarının, həm də xərclər üzrə maddələrin yenilənməsinə şərait yaradır. Belə dəyişikliklər çərçivəsində həm infrastruktur layihələrinin maliyyələşdirilməsi, həm də sosial xərclərin artırılması planlaşdırıla bilər. Azərbaycan hökumətinin bunun üçün kifayət qədər maliyyə imkanları var”.
Ekspert əlavə edib ki, gələcəkdə saatlıq əməkhaqqı mexanizminin tətbiqi və vahid ştat cədvəlləri üzrə dəyişikliklər də əməkhaqqı, pensiya və sosial yardım məbləğlərinin artırılmasına müsbət təsir göstərəcək.
Oxşar xəbərlər
Xəbər lenti
-
9.06.2026“Mərkəzi Klinika”nın həkimi müharibə əlilinin ölümünə səbəb oldu – İDDİA
-
9.06.2026Özbəkistanda təxminən 19 500 xarici investisiyalı müəssisə qeydiyyata alınıb
-
9.06.2026Pensiya və sosial müavinətlərə bağlı yenilik
-
9.06.2026Sumqayıtda evdə meyit tapıldı
-
8.06.2026Prezidentdən Ramiz Fətəliyevlə bağlı sərəncam
-
8.06.2026ADY rəhbərliyi keçmiş əməkdaşının Feysbukda yazdığı şikayəti sildirdi
-
8.06.2026ADY rəhbərliyi keçmiş əməkdaşının Feysbukda yazdığı şikayəti sildirdi
-
8.06.2026“Azərişıq” ASC Lerikin ən ucqar dağ kəndlərində elektrik şəbəkəsini yeniləyir
-
8.06.2026Sabah dövlət büdcəsinin icrası müzakirə ediləcək
-
8.06.2026ADY 2026-cı ilin may ayında 1.6 milyon tondan çox yük daşıyıb
-
8.06.2026Ruslan Quliyev vəfat etdi
-
8.06.2026Ekologiya və təbii sərvətlər nazirinə yeni müşavir təyin olundu
-
8.06.2026Gəmi ilə sərnişindaşıma reallaşa bilərmi? - AÇIQLAMA
-
8.06.2026Moskva məhkəməsi Xodorkovskini 10 il azadlıqdan məhrum edib
-
8.06.2026Dünyada taxıl 5%-ə yaxın bahalaşıb
-
8.06.2026Atamın evləndiyini mediadan öyrəndim - Emin Ağalarov
-
8.06.2026Belarus NATO üçün təhlükədir - Qof
-
8.06.2026Səki kimindir: vətəndaşın, yoxsa Hacı Rasimin? -Sabunçu İcra Hakimiyyəti bu vəziyyətə niyə göz yumur ?
-
8.06.2026İraqda avtobus qəzadan sonra yandı, 25 nəfər öldü
-
8.06.2026Türkiyə və İran xarici işlər nazirləri telefon danışığı aparıblar
-
8.06.2026Aİ miqrantların deportasiya mərkəzləri üçün ölkələr axtarır
-
8.06.2026Evdəki bu bitki ilanları maqnit kimi çəkir
-
8.06.2026Müharibə bitsə, ruslar Ukraynaya sərbəst girə biləcək?
-
8.06.2026Rüşvət alan 19 vəzifəli şəxs qərardan narazıdırlar
-
8.06.2026Paşinyan qələbəsini elan etdi: "hökuməti təkbaşına quracağam"
-
8.06.2026Zelenskinin Londonda Avropa liderləri ilə görüşünün detalları açıqlanıb
-
8.06.2026Britaniya, Fransa və Almaniya Ukrayna üçün uzaqmənzilli silahlar istehsal edəcək
-
8.06.2026ASAN Xidmətdə maliyyə böhranı - İŞÇİLƏRİN MAAŞI YARIMÇIQ ÖDƏNİLİR
-
8.06.2026İlk qatlanan “iPhone” belə olacaq
-
8.06.2026Paşinyan seçkinin nəticəsini elan etdi



