Canlı yayım
9.06.2026

İmamoğlu və Özəl silindi...

Türkiyənin ana müxalifət partiyası CHP-də diqqətçəkən dəyişiklik baş verib.
DuzXeber.az: CHP-nin rəsmi sosial media hesabı 24 may tarixindən sonra ilk paylaşımını edib. Paylaşımda 9 iyun 2026-cı il tarixində Türkiyə Böyük Millət Məclisində keçiriləcək CHP qrup toplantısı elan olunub və paylaşımda partiya sədri Kamal Kılıçdaroğlunun fotosu yer alıb.
Bununla yanaşı, CHP-nin rəsmi hesabının İstanbul Böyükşəhər Bələdiyyəsinin sabiq sədri Əkrəm İmamoğlu və partiyanın əvvəlki rəhbəri Özgür Özəli izlədiyi hesablar siyahısından çıxardığı məlum olub.

Xəbər lenti