Canlı yayım
9.06.2026

Bakının bu ərazisində göl daşdı, həyətlər çirkab su ilə doldu

Məmmədli qəsəbəsində yaşayan sakinlər uzun müddətdir kanalizasiya və çirkab su problemi ilə qarşılaşırlar.

DuzXeber.az xəbər verir ki, Döngə 9 ərazisində yerləşən yaşayış massivində yaxınlıqdakı göldə suyun səviyyəsinin yüksəlməsi nəticəsində çirkli sular həyətlərə, bəzi evlərin zirzəmilərinə qədər yayılıb. Sakinlər bildirirlər ki, təxminən bir aydır davam edən bu vəziyyət gündəlik həyatı ciddi şəkildə çətinləşdirib.


Onların sözlərinə görə, əraziyə yayılan kəskin qoxu və antisanitar şərait xüsusilə uşaqlar üçün problemlər yaradır, məktəbə gedib-gəlmək belə çətinləşir:

"Yaxınlıqdakı təsərrüfatlardan axıdılan tullantılar da gölün dolmasına səbəb olur. Nəticədə su daşaraq ətraf yaşayış sahələrinə yayılır və çoxsaylı ev təsərrüfatına ziyan vurur".

Ərazi sakinləri qeyd edirlər ki, məsələ ilə bağlı aidiyyəti qurumlara, o cümlədən bələdiyyə və yerli icra strukturlarına dəfələrlə müraciət edilsə də, problem hələ də aradan qaldırılmayıb.
Məsələ ilə bağlı ADSEA-dan bildirildi ki, aramsız yağan yağışlar, sakinlərin qeyri-qanuni tullantı sularını gölə axıtması suyun səviyyəsinin artmasına və suyun ərazidə olan yaşayış məntəqələrinə geri qayıtmasına səbəb olur. Subasma halları xüsusi ilə göl yanında qanunsuz tikilən evlərdə daha çox müşahidə edilib. Həmin ərazidə mərkəzləşdirilmiş su şəbəkəsi mövcud deyil./nocomment.az

Xəbər lenti