Canlı yayım
9.06.2026

Ermənistan Rusiyadan yeni “Tor” kompleksləri aldı

Mayın 28-də İrəvanda keçirilən hərbi paradda nümayiş etdirilən Rusiyanın “Tor-M2KM” zenit-raket sistemləri Ermənistan tərəfindən nisbətən bu yaxınlarda alınıb.
DuzXeber.az xəbər verir ki, bunu Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Edvard Asryan deyib.
"Parad zamanı bu yaxınlarda aldığımız Rusiyanın “Tor” raketlərini gördünüz", – Asryan bildirib.
Qeyd edək ki, mayın 28-də İrəvanda keçirilən hərbi paradda Ermənistan, Rusiya, Fransa, Hindistan, Çin, İran və Belçika istehsalı olan hərbi texnika və silahlar nümayiş etdirilmişdi.

Xəbər lenti