Canlı yayım
27.06.2026

“İskəndər” raket istehsalı zavodu vuruldu

Rusiyanın Volqoqrad vilayətində zavoda raket hücumu nəticəsində yaralıların sayı 11-ə çatıb, bir nəfər həyatını itirib.
DuzXeber.az –ın Rusiya KİV-ə istinadən xəbərinə görə, bu barədə vilayət qubernatoru Andrey Boçarov məlumat verib.
“Fəsadların aradan qaldırılması zamanı müəssisə işçisinin cəsədi aşkarlanıb. Həlak olan şəxsin doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm”, – deyə qubernator bildirib.
Qeyd edilir ki, müəssisənin daha bir işçisinin axtarışları davam edir. Xəstəxanaya yerləşdirilən iki şəxsin vəziyyəti ağır qiymətləndirilir.

Xəbər lenti