Yazarlar - Duzxeber.az
Anar Seyfullayev: "Səhnə mənim həyatımdır" - Səmimi söhbət
Mən hələ jurnalist deyildim Anar Seyfullayevi tanıyanda. İlk dəfə onu Rövşən İsağın "Sonuncu fəsil"  serialında Zaur obrazında görmüşdüm. Obrazı tamamilə özününküləşdirməsi  diqqətimi çəkmişdi. Sakit, mehriban bir gənci elə təbii və inandırıcı ifa etmişdi ki, mən onun gerçək həyatda da həmin saf və sadəlövh insan olduğuna inanmışdım.
İllər keçdi. Mediaya gəldim, teatrlara daha tez-tez getməyə başladım. Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında izlədiyim tamaşaların bir çoxunda onun da səhnədə olduğunu gördüm. Sənətini bəyəndiyim Anarı bu dəfə teatr səhnəsində yenidən kəşf etdim.
Şəxsi müşahidələrimə əsaslanaraq deyə bilərəm ki, Anar Seyfullayev daim axtarışda olan, öz üzərində çalışan və ən kiçik yanlışına görə belə özünü tənqid, tənbeh etməyi bacaran sənətçidir. Belə yaradıcı və məsuliyyətli yanaşma zamanla sənətkar formalaşdırır.  Fikrimcə bu cür qiymətli nümunələri cəmiyyətə olduğu kimi təqdim etmək cəmiyyətin özü üçün vacibdir.
Bu düşüncələrlə Anar Seyfullayevlə həmsöhbət olduq və sənət yolundan, səhnəyə bağlılığından və yaradıcılıq axtarışlarından danışdıq.
Söhbətimizi olduğu kimi təqdim edirik:
- Anar Seyfullayev kimdir? Sizi səhnədən kənarda necə xarakterizə etmək olar?
- Vətənini, millətini, dövlətini, sənətini, ailəsini sevən orta yaşlı kənd uşağı.
1984-cü ilin fevral ayının 9-da Biləsuvar rayonunun Bağbanlar kəndində doğulmuşam. 2001-ci ildə həmin kəndin Aydın Həsənov adına tam orta məktəbindən məzun olmuşam.
-  Biləsuvardan səhnəyə gələn yol necə başladı - təsadüf, yoxsa şüurlu seçim?
-   Sənətə gəlişim şüurlu şəkildə olub. Yəni mən bu sənəti arzulayıb gəlmişəm.
Hələ orta məktəbdə oxuduğum müddətdə məktəbimizin bütün tədbirlərində fəal iştirak edirdim. Hətta o illərdə milli dramaturqlarımızın yaradıcılıq gecələrini keçirirdik və mən orada müxtəlif obrazları canlandırırdım. Bu istedadımla müəllimlərimi hər dəfə yaxşı mənada təəccübləndirməyi bacarırdım. Onlar da məni "kəndimizin xalq artisti" deyə öyürdülər həmişə.
Təəssüf ki, müəllimlərimin bəziləri  - Mirzə müəllim, Böyükağa müəllim, Arif müəllim, Taryel müəllim dünyasını dəyişib. Allah onlara rəhmət eləsin,  adlarını çəkməyi özümə borc bildim.
Onu da əlavə edim ki, indi hazırda həmin məktəbin 6-cı sinif şagirdi olan oğlum Cavidan Seyfullazadəni də müəllimləri "xalq artisti" deyə çağırırlar. Bu məni həm sevindirir, həm də kədərləndirir.
- Kədərləndirən nədir?
- Çünki mən onun aktyor olmağını  qətiyyən istəmirəm.
- Niyə?
-   Pərdəarxası o qədər böyük çətinlikləri var ki, onları yaşamağı övladıma rəva görmürəm. Sənətim gözəldir. Çox sevirəm sənətimi. Amma təəssüf ki, maddi problemlərimi həll edə bilmək üçün yetərli olmur.
Bilmirəm necə deyim ki, yanlış anlaşılmasın. Yəni övladlarımın yaşayışını istədiyim kimi təmin edə bilmək üçün bu kifayət etmir. Həm də bəzən bir şeyləri qurban vermək məcburiyyətində qalır adam.  Bütün izah edə bilmədiyim çətinlikləri istəmirəm övladım da yaşasın.
-  Ailəniz sənət yolunuzu necə qarşıladı?
- Doğrusu bu sahəni seçmə fikri ilk olaraq tarix müəllimim Nazim Sadıqovdan gəldi. O məni bir gün yanına çağırıb dedi ki, "Seyfullayev, sən aktyor olmalısan". Elə onun sözü ilə də 2001-ci ildə orta məktəbi bitirib, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə sənəd verdim. Amma  həmin il qabiliyyət imtahanından kəsildim. 2002-ci ildə hərbi xidmətə getdim. Xidmətimi layiqincə başa vurub qayıtdıqdan bir il sonra - 2004-cü ildə yenidən sənəd verdim. Bu dəfə isə testləşdirilmiş ümumi fənn blokundan lazım olan balı toplaya bilmədim.  Yəni cüzi fərqlə kəsildim. Sənət sevgisi və iradəm məni növbəti il təkrar sənəd verməyə  sövq etdi. Nəhayət ki, 2005-ci ildə  ADMİU-nin "Estrada aktyorluğu" fakultəsinə - ustadım rəhmətlik Ramiz Əzizbəylinin kursuna qəbul oldum.
Bunun üçün istedadlı aktyor Mahir Mirişli ilə İlqar Dadaşova da təşəkkür edirəm ki, universitetə qəbul olmağımda onların da əməyi olub. Bir neçə gün mənimlə çalışaraq, qabiliyyət imtahanına hazırlaşdırıblar.
Qeyd edim ki, kursda cəmi 7 oğlan bir qız oxumuşuq və çox maraqlı tələbəlik həyatı yaşamışıq.
2007-ci ildə artıq dostum Tofiq Dadaşovla birlikdə Əbilov adına mədəniyyət evində  "Xalq teatrı"da çalışırdıq. O zamanlar həmin "Xalq teatrı"nın rəhbəri Qurbanəli müəllim idi. Allah rəhmət eləsin, əməyi üzərimdə çox olub.
Bir gün Xalq teatrları arasında festival keçirilirdi. Biz də Hüseyn Cavidin "Ana" əsəri ilə həmin festivala qatılmışdıq. Orada mən Səlim rolunu oynayırdım.  Festivalın münsiflər heyətinin sədri Loğman Kərimov idi.  Amma onun həm də Gənc Tamaşaçılar Teatrının baş rejissoru olduğunu bilmirdim.
Biz tamaşanı uğurla oynayıb, təhvil verdikdən sonra Loğman müəllim məni yanına çağırıb dedi: "Sən çox gözəl oynadın. Teatrda işləmək istəyirsən?"
Mən həyəcanla: "Əlbəttə. Mənim ən böyük arzum teatrda işləməkdir" cavabını verdim.
Sonra o Qurbanəli müəllimdən xahiş etdi ki,  "sabah filan saatda Cəfər Cabbarlı adına kinostudiyada olun".
Elə o zamandan bəri də mənə ikinci evim kimi doğma olan Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında çalışıram.  Buna görə respublikanın əməkdar artisti Loğman Kərimova ömür boyu minnətdaram.
Teatrda böyük bir kollektiv mənə sahib çıxdı.  Burada da fəaliyyətimdə mənə dəstək insanlar çoxdur.  Nicat Kazimov, İlham Əsədov, İsa Əsədov, Elnur Kərimov, Elnur Hüseynov, Müşfiq Əliyev, Manaf Dadaşov, Elşən Şıxəliyev, Ceyhun Məmmədov üzərimdə böyük əməyi olan dostlarımdırlar.
Ailəmə gəldikdə isə, onlar mənim fikrimi və sənətimi dəstəkləməsəydilər mən bu yerə gəlib çıxmazdım. Sağolsunlar çox yaxşı qarşıladılar, hətta bu gün də dəstəkləyirlər.
Allah bütün ailələri qorusun.
- İlk dəfə səhnəyə çıxanda nə hiss etdiniz? O an yadınızdadır?
- Bəli, ilk dəfə Samuel Marşakın "Pişiyin evi" uşaq tamaşasında Təkə obrazı ilə səhnəyə çıxdım. Çox həyəcanlı idim.
Yeri gəlmişkən, onu da əlavə edim ki, mən teatra yeni gəlmişdim və təqribən 8-9 nəfər gənc aktyorla işləyirdim. O vaxt Nicat Kazimov Mahnı teatrında bir əsər hazırlayırdı. Ona görə bizi də Mahnı teatrına çağırdı, getdik.  O gün ilk dəfə olaraq Nicat Kazimovla tanış olurdum.  Bizi sınamaq üçün bir  dənə musiqi səsi verdi və  dedi ki, "kimin könlündən necə keçirsə o cür hərəkətlər etsin".
Biz təqribən 4-5 dəqiqə öz bildiyimiz kimi hərəkətlər nümayiş etdirdikdən sonra, o musiqini saxlayıb, o gənclərin içərisindən məni və Elgün Yəhyanı saxlayıb, digərlərini göndərdi.
Etiraf edim ki, onlar da hər biri ayrılıqda istedadlı uşaqlar idilər, sadəcə Nicat bəy ikimizi seçdi və ovaxtdan da onun hazırladığı tamaşaların demək olar ki, 90 faizində rol almışam. Elə işimiz əsnasında da Nicat Kazimovla möhkəm dostluğum yaranıb. Ona görə də yuxarıda dostlarımın adlarını çəkərkən birinci Nicat Kazimovun adını çəkdim.
Düzdür, hazırda çalışdığım  Milli Gənc Tamaşaçılar Teatrında çox istedadlı, bacarıqlı rejissorlar işləyirlər. Onlarla da işləmişəm. Sadəcə xüsusi vurğulamaq istəyirəm ki, Nicat Kazimov üzərimdə daha çox əməyi olan rejissordur.
Elə bu  fürsətdən istifadə edərək müsahibəm boyu adlarını çəkdiyim hər kəsə təşəkkür edirəm.
Və xüsusi minnətdarlığımı bildirirəm hazırda çalışdığım Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının direktoru Naidə xanım İsmayılzadəyə.
Allah da şahiddir ki, mən bunu onun sadəcə direktor olduğu üçün demirəm.  Əvvəla ona görə ki, bu xanım teatra gələndən çox böyük işlər görüb və biz aktorlarla da rəhbər deyil, dost kimi davranıb həmişə. Mənim yaradıcılığımda da mənsiz mənə  çox böyük dəstək olub, özü də dəfələrlə.  Məni tanımadan, görmədən dəstək olan insanlardan biri də dəyərli sənətkarımız Afaq xanım Bəşirqızıdır ki, mənim sosial yaşayışımın yaxşı olması üçün müəyyən addımlar atıb. Həmçinin teatrda mənimlə çalışan Gülər Nəbiyevanın da dəstəyini çox zaman hiss etmişəm.
Adlarını çəkdiyim sözün əsl mənasında dəyərli insanlarla qarşılaşdığım üçün özümü çox şanslı hesab edirəm və Allaha minnətdaram.
- Dövlət Gənc Tamaşaçılar Teatrı sizi necə formalaşdırdı?
- Bu teatr mənə qucaq açıb. Sözün əsl mənasında həyat və sənət dərsi keçdi. Buna görə doğma kollektivimə bir daha minnətdaram.
Teatr böyük bir məktəbdir. Düşünürəm ki, biz teatrı sevməli, qorumalı, ona vicdanla xidmət etməliyik, bütün varlığımızla səhnədə mövcud olmalıyıq, çünki bizi  tamaşaçılara sevdirən məhz teatrdır.
- Uşaq tamaşaçı ilə ünsiyyət aktyora nə öyrədir? Onları aldatmaq mümkündürmü?
- Ümumiyyətlə uşaq tamaşasında oynamaq, böyük tamaşasında oynamaqdan nisbətən çətindir. Sən o, qədər peşəkar olmalısan ki, uşaqlar sənə inanmalıdır, bu "qoğal"dır, bu "çirkin ördək balası"dır, bu "dovşan"dır, bu "ayı"dır və sair.  Son dərəcə inandırıcı və parlaq oynamalısan  ki, uşaqlar. (alleqorik)  tamaşada sənə inanmalıdırlar.
- Komediya oynamaq çətindir, yoxsa dram? Və niyə?
-  Şəxsən mənim üçün  komediya oynamaq digərinə nisbətən daha çətindir. Amma  elə böyüklərdən də eşitmişəm komediyanın daha çətin olduğunu. Təbii ki, söhbət ciddi (vəziyyət) komediyadan  gedir.
O qədər dəqiq və maraqlı xarakter (prototip)  tapmalısan ki, tamaşaçı onu maraqla qarşılayıb, obrazı sevə bilsin. Etiraf edim ki, indiki tamaşaçını inandırmaq çox çətindir.
- Tamaşaçı reaksiyası sizin üçün nə qədər önəmlidir?
- Əlbəttə tamaşaçı reaksiyası aktyor üçün çox vacib və önəmlidir. Çünki aktyoru daha gözəl oynamağa sövq edən məhz tamaşaçı enerjisidir.  Onun ən qiymətli hədiyyəsi auditoriya  sevgisi və gurultulu alqışlardır.
Tamaşaçı alqışlarının dəyəri bizim üçün milyonluq maddi sərvətlərlə müqayisə edilməyəcək qədər  böyükdür - əvəzsizdir.
Alqışlar - bizim səhnədəki zəhmətimizin  qiymətidir.
- Aktyor üçün ən təhlükəli məqam nədir? Şöhrət, monotonluq, yoxsa daxili tükənmə?
-  Əslində üçü də təhlükəlidir.
Şəxsən mənim üçün isə ən təhlükəli məqam - tamaşa zamanı obrazın hansısa sözünü unutmaq, səhnədə onu yada salmağa çalışma prosesidir. İnanın, həmin an dərhal sanki Allahla kontakta keçirəm - onunla danışıram. Ona yalvarıram ki, "tamaşaçı önündə məni pərt eləmə". Bu mənim üçün ölümdən betər olar. 18 illik yaradıcılıq ömrümdə 1-2 belə hal olub, amma çox şükür layiqincə öhdəsindən gəlmişəm.
Buna baxmayaraq, sonra qrim otağında güzgü qarşısına keçib özümü o qədər tənqid etmişəm ki, inanmıram hansısa teatrşünas bir aktyoru bu dərəcədə tənqid etsin. Onlar bu dərəcəsinə qıymazlar. (gülümsəyir...)
Digər qorxduğum hal isə oyunlarımın hamısının bir-birinə oxşamasıdır. Bütün obrazları bir cür oynamağı özümdə ümumiyyətlə qəbul etmirəm. Bacardığım qədər fərqli  oynamağa və  əsərdə olduğu kimi hər obrazın özünü mənimsəməyə çalışıram.
- Serial və televiziya teatr aktyorunu dəyişir?
- Dəyişəni də olur, dəyişməyəni də. Məncə əsas olan odur ki, televiziya, serial nə qədər şöhrət gətirsə də,  bir gün tükənirsən. Bir də baxırsan ki, özündə olan istedadını xərcləyirsən. Teatr isə əksinə - kamilləşdirir, zənginləşdirir. Özün də bilmədən səni böyüdür. Çünki, demək olar incəsənətin bütün növləri məhz teatrda cəmləşir.
- Əgər sabah səhnə bağlansa, Anar Seyfullayev kim olar?
(gözlərini bir nöqtəyə zilləyib fikrə gedir)...
- Bilirsiniz, mənim üçün önəmli olan bir çox amillər var. Onlardan ən öndə olanı  ailəm, vətənim və sənətimdir. Həyatımı bunlarsız təsəvvür edə bilmirəm.
Məsələn, Avropada nə qədər yaxşı imkanım olsa belə yaşaya bilmərəm. Mən öz vətənimi - kəndimi sevirəm. O cümlədən də sənətim mənim həyatımdır. Özümü səhnədən kənarda təsəvvür etmirəm. Bəlkə şablon səslənə bilər, amma həqiqətən mən bu sənəti sevirəm. Yaxınlarım, dostlarım, ailəm də bilir ki,  teatr mənim Gültəkinimdir.
Cəfər Cabbarlının  Aydını  Gültəkinsiz hansı hala düşdüsə, mən də səhnəsiz o vəziyyətə düşərəm.
Düzdür, başqa bacarıqlarım da var çox şükür. Məsələn, hərbi xidmətdə olarkən bərbər peşəsini öyrənmişəm. Amma məni ruhlandıran, həyat eşqi, yaradıcılıq eşqi verən öz aktyor sənətimdir.
Fikrimcə teatr bağlanmamalı - əksinə,  müstəqil teatrların sayı daha da artırılmalıdır.
Teatr mədəniyyətin özüdür!
Söhbət bitəndən sonra uzun müddət düşüncədə qaldım. Anar Seyfullayevlə danışdıqca bir daha əmin oldum ki, sənət yalnız səhnədə oynanan obrazlardan ibarət deyil. O obrazların arxasında insanın daxili dünyası, zəhməti, axtarışı və məsuliyyəti dayanır.
Anar haqqında müşahidələrim müsahibədən əvvəlki fikirlərimi daha da möhkəmləndirdi: daim öz üzərində çalışan, səhvini görüb etiraf etməkdən çəkinməyən sənətçi zamanla sənətkara çevrilir. Teatrda uğur təsadüf deyil - zəhmətin, intizamın və həqiqətin nəticəsidir.
Bu müsahibə mənim üçün yalnız bir reportaj olmadı. Səhnənin arxasında nə qədər böyük əmək və duyğu dayandığını bir daha gördüm. Teatrı sevmək, onu qorumaq və dəyərini göstərmək jurnalistin də, tamaşaçının da borcudur. Çünki mədəniyyətə verilən dəyər cəmiyyətin özünü böyüdür.
Anar Seyfullayevin “Səhnə mənim həyatımdır” deməsi təsadüfi cümlə deyil. Bu, onun illərlə gəldiyi yolun və sənətə sədaqətinin ifadəsidir. Belə insanlar sənəti yaşadır və bizə də göstərir ki, həqiqi zəhmət heç vaxt itmir.
Üzərində zəhməti keçən şəxslərin hər birinin adlarını tək-tək çəkərək təşəkkür etməsi isə onun  həm də yüksək insani keyfiyyətlərə, uca mədəniyyətə və tərbiyəyə sahib olduğunun sübutudur.
Yaxşı sənətkar olmaqla, yaxşı insan olmaq tamamilə fərqli anlayışlardır, amma Anar Seyfullayev bu fərqləri özündə cəmləşdirən ləyaqətli  və üstün istedadlı bir gəncdir.
Sizə şəxsi həyatınızda və yaradıcılıq yolunda daha böyük uğurlar arzulayırıq, Anar bəy.
Sükutu sındıran söz: Ayaz Arabaçı ilə vicdanın poeziyası – Ədəbi müsahibə
Ayaz Arabaçı çağdaş Azərbaycan ədəbiyyatında özünəməxsus poetik dəst-xətti ilə seçilən ünlü şairlərdən biridir. Onun yaradıcılığı emosional səmimiyyəti ilə yanaşı, intellektual çəkisi ilə də seçilir..
Ayaz Arabaçı sözə yalnız ifadə vasitəsi kimi deyil, düşüncə və ruhi təcrübə kimi yanaşır. O, klassik poetik duyumu müasir estetik axtarışlarla ustalıqla birləşdirir, oxucunu təkcə oxumağa deyil, düşünməyə və hiss etməyə dəvət edir.
Yaradıcılığı ilahi metafizika yan-yana addımlayır.  Şair hər şeirində müasir oxucunun daxili suallarına poetik cavablar axtarır.
Ayaz Arabaçı Azərbaycan poeziyasına yeni nəfəs və yeni ritm gətirən qələm sahiblərindəndir. Bu səbəbdən onun yaradıcılığı geniş oxucu auditoriyası tərəfindən maraqla qarşılanır. Şair bu gün çağdaş ədəbiyyatımızda öz mövqeyini formalaşdırmış və təsdiqləmiş güclü poetik səsdir. O, haqsızlıqla barışmayan, susmağı qəbul etməyən üsyankar bir şairdir. Onun poeziyasında etiraz sakit deyil, dərin və düşündürücüdür.
Şair ədalətsizliyə qarşı qışqırmır, amma hər misrası ilə haqqın tərəfində durur. Zülm onun şeirlərində təkcə sosial hadisə kimi deyil, mənəvi bir yara kimi təqdim olunur.
Ayaz Arabaçı insan ləyaqətinin tapdandığı yerlərdə sözü silaha çevirir. O, susdurulan səslərin, yarımçıq qalan talelərin poetik sözçüsüdür.
Poeziyasında qorxuya yer yoxdur, amma məsuliyyət hər misrasında hiss olunur. Ayaz Arabaçı üçün şeir estetik zövqdən öncə mənəvi mövqedir.
O, zamanın rahat yalanları ilə uzlaşmır.. Bu səbəbdən Ayaz Arabaçının poeziyası yalnız oxunmur, yaşanır.
Beləliklə şairlə üz-üzəyik...
– Şeir sizin üçün nə vaxt başlayır – haqsızlıq gördüyünüz anda, yoxsa susa bilmədiyiniz anda?
Şeir mənim üçün haqsızlıqla yox, susqunluq buzunu sındıra bildiyim anla başlayır. Haqsızlıq dünyanın köhnə vərdişidir, amma susa bilməmək vicdanın üsyanıdır.Bu üsyanda Mirzə Cəlil, Sabir,Seyid Əzim ruhu yaşayır. İçimdə bir söz boğulanda, nəfəsim daralanda, susmağı özümə xəyanət hesab edəndə şeir doğulur. Mən hadisəni yazmıram, ona dözə bilməyən ruhun ağrısını yazıram.
– Şeirlərinizdə tez-tez bir etiraz tonu var. Siz daha çox nəyə etiraz edirsiniz: cəmiyyətə, insanlara, yoxsa özünüzə?
Ən ağır və ən dürüst etiraz özümədir. Çünki cəmiyyət də, insanlar da əvvəlcə mənim içimdən keçir. İçimdəki qorxuya, rahatlığa, susmağa meylli tərəfə etiraz etməsəm, kənardakı haqsızlığa etirazım saxta olar. Mən şeirdə dünyaya yox, əvvəlcə öz içimdəki təslimçiliyə qarşı çıxıram.
– Dürüst olmaq şair üçün üstünlükdür, yoxsa ağır bir yük? Siz bu yükü necə daşıyırsınız?
Dürüstlük üstünlük deyil, taleyin hökmüdür. O, səni rahat yalanlardan, təhlükəsiz susqunluqlardan məhrum edir. Dürüst şair,sözünə, özünə dəyər verən şair tək qalmağa, anlaşılmamağa, bəzən sevilməməyə məhkumdur. Mən bu yükü yazıya çevirərək daşıyıram. Yazmasam, özümü bağışlamaram.Bazara girdin gözüqıpıq, sən də ol gözüqıpıq təfəkküründən uzaqdayam.Əslində yazanda ağrı keçmir, mənə çevrilir.
– Şeirlərinizdə “barışmayan” bir adam görürük. Ayaz Arabaçı həyatda da barışmayan biridir, yoxsa bu yalnız şeirin dilidir?
Şeir yalan danışa bilməz. Orada görünən barışmazlıq həyatda da var , sadəcə həyatda bəzən susqun, şeirdə isə çılpaqdır. Mən insanla barışa bilərəm, zəifliklə də… amma haqsızlıqla yox. Şeir gizlətdiyim üsyan deyil, gizlədə bilmədiyim həqiqətdir.
– Haqqsızlıq sizi daha çox qəzəbləndirir, yoxsa kədərləndirir? Bu hisslər şeirə çevriləndə hansı qalib gəlir?
Əvvəl kədər gəlir, sonra qəzəb. Amma şeirə çevriləndə kədər qalib çıxır. Qəzəb səs-küylüdür, kədər isə dərin. Qəzəb bağırır, kədər oyadır. Mən oxucunun qəzəblənməsini yox, oyanmasını istəyirəm.
– Oxucu sizi oxuyanda bəzən öz iç səsini eşidir. Sizcə şair oxucunun aynasıdır, yoxsa yarası?
Şair əvvəlcə yaradır, sonra aynaya çevrilir. İnsan öz yarasını görmədən özünü tanıya bilməz. Oxucu mənim misralarımda öz səsini eşidirsə, deməli, mən onun deməyə qorxduğu şeyi demişəm.
Bir sözlə şeir ağrıkəsici deyil, ağrını şiddətləndirəndir.Şair sakitləşdirmək üçün yox, oyatmaq üçün yazır. Hər oyanış isə ağrılıdır.
– Heç olubmu ki, yazdığınız bir şeirə görə tək qalmısınız, anlaşılmamısınız və ya itirmisiniz? Buna baxmayaraq yenə yazardınızmı?
Olub. Və bu, şair üçün gözləniləndi. Bəzən bir misra səni dostdan, rahatlıqdan, rahat bir həyatdan ayırır. Amma yenə yazardım. Çünki yazmasaydım, özümü itirərdim. İnsan hər şeyi itirə bilər, amma özünü itirəndə artıq heç nəyi qazana bilməz.
– Bugünkü cəmiyyətdə şeirə münasibət birmənalı deyil. Sizcə şeir hələ də nəyisə dəyişə bilər, yoxsa sadəcə vicdanlı qalmağın yoludur?
Şeir bəzən dünyanı dəyişmir, amma insanı dəyişir. Dəyişən insan isə gec-tez dünyanı yeniləyəyəcək. Şeir vicdanlı qalmağın yoludur və bu az şey deyil. Vicdanını qoruyan insan hər sistem üçün təhlükəlidir. Şeir səssiz inqilabdır: qan tökmür, amma zülmün yuxusana haram qatır, zalımın rahatlığını pozur.
– Sizi yazmağa məcbur edən susqunluqdur, yoxsa danışa bilməyən insanların yükü?
Hər ikisi. Mən öz susduqlarımı daşıyıram, bir də başqalarının deyə bilmədiklərini. Bəzən şeir mənim yox, mənim içimdən keçən səslərin dili olur. Yazmaq mənim üçün seçim deyil borcdur.
– Ayaz Arabaçı bir gün susarsa, bu məğlubiyyət olar, yoxsa ən böyük etiraz?
Əgər qorxudan susarsa, şəxsi mənafeyindən dolayı susarsa məğlubiyyətdir.
Əgər sözü tükəndiyi üçün susarsa ən böyük etirazdır.
Bəzən susmaq elə bir hayqırtıdır ki, onu yalnız vicdanı olanlar eşidir.
Bəli, bu müsahibə bir şairlə söhbət deyil, vicdanla üz-üzə qalmaq idi. Ayaz Arabaçı şeiri bəzəkli cümlələrə yox, məsuliyyətə çevirən nadir qələm sahiblərindəndir. Onun sözündə qəzəb qışqırmır, amma susmağa da imkan vermir. O, oxucunu rahatlığından çıxaran, düşünməyə məcbur edən, daxildə gizlənmiş sualları işıq altına çəkən bir poetik mövqenin təmsilçisidir. Bu müsahibədən sonra bir daha aydın olur ki, Ayaz Arabaçı üçün şeir yazmaq məşğuliyyət deyil, mövqedir. Və belə mövqelər susduqda yox, danışdıqca cəmiyyəti silkələyir.
"Duzxeber.az" üçün haırladı