Bakıda yeniyetmə motosiklet oğurlayıb.
DuzXeber.az xəbər verir ki, hadisə Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsində yerləşən binalardan birində qeydə alınıb.
İttiham aktına görə, 16 yaşlı Zakir İsayev (ad və soyad şərtidir) qeyd olunan ünvanda gəzərkən yataqxananın blokunda dəyəri 1500 manat olan “Tufan M350” markalı motosiklet görüb və onu oğurlamaq qərarına gəlib. Gecə saat 1 radələrində valideynləri yatandan sonra həmin yerə qayıdan Zakir motosikleti götürüb. Lakin onu işə sala bilmədiyi üçün ayaqları ilə itələyərək, yaşadığı yerə aparıb.
Bu əməlinə görə, o, zərərçəkənin şikayəti əsasında polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində cinayət işi açılıb.
Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, uzun müddətdir motosiklet sürməyə həvəsi olub. Həmçinin özünün də evdə eyni tip nəqliyyat vasitəsi var. Lakin mühərriki xarab olduğu üçün işləmir. Oğurladığı motosikleti apararaq, mühərrikini söküb. Sökülən mühərriki özünün nəqliyyat vasitəsinə quraşdırmaq istəyərkən polis əməkdaşları onu saxlayıb.
O, əməlindən peşman olduğunu və zərərçəkənə vurduğu ziyanı ödədiyini bildirərək, məhkəmədən yüngül cəza verilməsini xahiş edib.
Məhkəmənin qərarı ilə Zakir İsayev 312 saat ictimai işlər cəzasına məhkum edilib.
Həvəsinə görə məhkəməlik oldu - Bakıda gənc oğlanın ŞOK ƏMƏLİ
Gündəm / Hadisə
Naxçıvanda avtomobil 9 yaşlı uşağı vurdu
Gündəm / Cəmiyyət
İlk Azərbaycan operettasının müəllifi – O, niyə kölgədə qalmışdı?
Gündəm / Kriminal
Ağdamda keçmiş qayınanasını dişləyən gəlin CƏRİMƏLƏNDİ
Gündəm / Cəmiyyət
Bu universitetdə müəllimlər kütləvi şəkildə işdən çıxarıldı
Gündəm / Kriminal
O videoya görə bağça direktoruna cinayət işi açıldı
Gündəm / Cəmiyyət
Kolbasa və sosis xərçəng yaradır? - AÇIQLAMA
Gündəm / Hadisə
Sirkədən zəhərlənən qadın öldü
Gündəm / Kriminal
Siqaretə görə anasını bıçaqladı
Gündəm / Üst xəbər
"Uğur-2" MTK-dan sakinlərə BORC TƏLƏSİ - NARAZILIQ VAR...
Gündəm / Cəmiyyət
Kartofu qaynatmazdan əvvəl doğrayırsınız... və boş yerə: Dietoloq ümumi səhvi izah edir
Gündəm / Cəmiyyət
Bakı-Balakən qatarının hərəkəti bərpa olunur
Gündəm / Dünya
Rusiyanın 5-ci nəsil qırıcısı tamamilə yandı
Gündəm / Üst xəbər
Gəncə Dövlət Universitetində baş verən qanunsuzluqlara kim hüquqi qiymət verəcək? İTTİHAM
Gündəm / Cəmiyyət
Flaminqoların sirri - Niyə bir ayaq üstə dayanırlar?
Gündəm / Hadisə
Zərdabda ağır qəza: Dörd nəfər xəstəxanaya yerləşdirildi
Gündəm / Kriminal
Uşaq bağçasında azyaşlıya fiziki zorakılıqla bağlı cinayət işi açıldı
Gündəm / Sosial
“Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
Gündəm / Cəmiyyət
Niyə bu sabunun üzərinə 72 faiz yazılır?
Gündəm / Dünya
Tehranda SEPAH polkovniki öldürüldü
Gündəm / Kriminal
Azərbaycanda məktəbə "Molotov kokteyli" atıldı - Həbs edilənlər var - FOTO
Gündəm / Manşet
Narkoman avtobus sürücüsü həbs edildi - Video
Gündəm / Cəmiyyət
Psixoloqlara görə telefonda danışarkən gəzməyin əsl səbəbi
Gündəm / Cəmiyyət
Bəzi işçilərə əlavə istirahət veriləcək
Gündəm / Cəmiyyət
Yüksək intellektli insanların 1 nömrəli hobbisi: Bu, şahmat deyil
Gündəm / Siyasət
Milli Məclisin iclası başladı
Gündəm / Sosial
Bakıda hotelin fəaliyyəti dayandırıldı
Gündəm / Dünya / Kriminal
Əvvəlcə ayaqlarından vurdular, sonra xəstəxanada öldürdülər
Gündəm / Cəmiyyət
Dərmanları qazlı su ilə içməyin - Müalicənizi dəyişdirəcək
Gündəm / Bölgə
Qar yağmağa başladı
Gündəm / Sosial
