Duzxeber.az: - Suraxanı rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Mais Məmmədov qanunsuz tapşırıqları və fəaliyyəti ilə böyük narazılıq yaradıb. Xüsusən də MKTB əməkdaşlarının canını boğazına yığan rəis Mais Məmmədov barəsində Prezident İlham Əliyevə və Bakı meri Eldar Əzizova şikayət gedir.
AnaXeber.info.az məlumat verir ki, Tik-Tok platformasında videomüraciət yayan Cavid adlı MKTB işçisi Mais Məmmədov və onun briqada rəhbəri barəsində faktlar açıqlayıb. Şikayətçi bildirib ki, 2-ci qrup əlildir, 400 manat əmək haqqı alır və vəzifəsi məişət tullantılarını yığışdırmaqdır. Ancaq Mais Məmmədovun idarəçiliyi həddini aşır və işçilərə qanunsuz əmrlər verilir. Məsələn, elə MKTB işçisi Caviddən tələb olunur ki, 7 hektar ərazisi olan Neftçilər parkının döşəməsini yuyub silsin. O isə deyir ki, nə sağlamlığı buna imkan verir, nə də vəzifəsi bu işi görməkdir. Sadəcə, məişət tullantılarını yığmaq borcu var. Çıxışında şikayətçi deyib ki, Suraxanı baxımsız vəziyyətdədir, MKTB rəisi isə qanunsuz əməlləri ilə məşğuldur.
Qeyd edək ki, ümumiyyətlə,
Suraxanını xarabalığa çevirən MKTB rəisi Mais Məmmədovun fəaliyyəti kütləvi narazılıq yaradıb. Suraxanı sakinləri bildirirlər ki, Yeni Günəşli və digər ərazilər tör-töküntü, səliqəsiz, bərbad vəziyyətdədir. Mais Məmmədovu isə yalnız gəlir və biznesi maraqlandırır. Bu da Baş Prokurorluq yanında Korrupsiya ilə Mübarizə Baş İdarəsinin Suraxanı MKTB-də araşdırmalar aparmasını zəruri edir. Çünki bir MKTB rəisi postu nə qədər gəlirlidir ki, Mais Məmmədovu oliqarxa çevirib. Onun Yeni Günəşli ərazisində "Neo servis" və başqa avtomobil satışı mərkəzi, o cümlədən iaşə obyektləri, maşın kolleksiyası var.
tutduğu vəzifədən istifadə edərək rayonun ayrı-ayrı qəsəbələrində biznes obyektləri tikdirib.
Mətbuatda yayılan xəbərlərə görə, ona aid Yeni Günəşli qəsəbəsində yerləşən «Qrand» şadlıq sarayını, Şabran rayonundakı dəvə fermasını, eləcə də digər ticarət obyektlərini göstərmək olar. Adıçəkilən məmur ölkə qanunlarının əksinə iş tutur».
Maraqlıdır, Mais Məmmədov MKTB rəisi maaşı ilə bu biznesə necə sahib olub? O baxımdan hüquq-mühafizə orqanlarının yoxlamaları zəruridir. Necə ki "qara maskalı"lar icra başçılarının kabinetinə gələrək" onlara "sürpriz" edirlər, eynilə Suraxanı rayon MKTB rəisinin kabinetində də oxşar mənzərəyə zərurət yarana bilər.
Yerli sakinlər də deyirlər ki, Mais Məmmədovdan şikayətçidirlər. Hazırda rayonda səliqə-sahman yox, zibil yeşikləri tapılmır, amma abadlığa ayrılan vəsait qəhətə çıxır.
Yada salaq ki, Suraxanı MKTB-yə 74, 62, 63, 68, 103, 104 və 105 saylı MKİS-lər daxildir. Birliyin rəisi Mais Məmmədov isə ona tapşırılan işlərin öhdəsindən gələ bilmir. Birliyin tabeliyində olan mənzil-kommunal istismar sahələrinin rəisləri MKTB rəhbərinə hər ay tələb olunan səviyyədə «qulluq» edirlər. Suraxanı rayonu ərazisində heç kim Mais Məmmədovun razılığı olmadan eyvan artıra, dama su çəni qoya, yaxud mənzilinin daxilində əlavə dəyişiklik edə bilməz. «Jek» rəisləri hər gün cavabdeh olduqları ərazilərə çıxıb müşahidə aparırlar. Belə halla qarşılaşan kimi isə Mais müəllimə məlumat verirlər. Birlik rəisi özünə yaxın adamları həmin şəxslərin yanına göndərib görülən işin qarşılığında nəysə verməli olduqlarını bildirirlər. Bununla razılaşmayan şəxslərin iş görməsinə qətiyyən icazə verilmir.
Eyni zamanda, Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin nəzarətində olan ərazilərdə anti-sanitariya baş alıb gedir. Qurumun balansında kifayət qədər texnikanın olmasına baxmayaraq, rayonun bir sıra qəsəbələri zibillik içində itib-batır. «Jek»lərdə əməlli-başlı özbaşınalıq hökm sürür. Belə ki, rəislər vətəndaşlara lazım olan arayışları hansısa maraqlarının qarşılığında verirlər.
Əlavə edək ki, Mais Məmmədov artıq 30 ilə yaxındır sözügedən vəzifənin başındadır. Bəs onu keçmiş və indiki icra başçısı üçün vacib edən hansı səbəblərdir? - Sual açıq qalır, amma adı çəkilən tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.//Anaxeberinfo.az
Adil Əliyev də Mais Məmmədova bata bilmədi - Oliqarx MKTB rəisi kimdir?
Gündəm / Dünya
Trampın İran planı bəlli oldu – Müharibə üçün kritik tarix
Gündəm / Cəmiyyət
Zolaq xətlərinin sarı olmasının vacib səbəbi var imiş
Gündəm / Hadisə
Həmin məktəbə psixoloqlar cəlb olunub
Gündəm / İdman
"Qarabağ" 6 000 manat cərimələndi
Gündəm / Manşet
Qeydiyyatda olmayan “klinika”, qeyri-adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti –FOTO
Gündəm / Cəmiyyət
Yarımqaranlıqda güzgüyə baxan insanlar vəfat etmiş şəxslərin üzlərini görə bilərlər - Araşdırma
Gündəm / Təhsil
Məktəblərdə şahmat məcburi ola bilər
Gündəm / Cəmiyyət
Gələn il yaşayış minimumu və ehtiyac meyarı – Bu qədər olacaq
Gündəm / Sosial
“AzerGold” QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub
Gündəm / Cəmiyyət
Dünyanın ən dərin metro stansiyası
Gündəm / Cəmiyyət
Bu tarixdən hava KƏSKİN DƏYİŞİR - QAR YAĞACAQ
Gündəm / Cəmiyyət
Vəzifəli şəxslərə yeni qadağa - Cəriməsi 5000 manatdır
Gündəm / Üst xəbər
İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi də QANUN HƏRLƏMİR - BU DA FAKT...
Gündəm / Cəmiyyət
Dodaq kənarlarında yaranan çatların səbəbləri açıqlandı
Gündəm / Sosial
Bu işçilərə 2 aylıq maaş eyni anda veriləcək - VACİB AÇIQLAMA
Gündəm / Cəmiyyət
Bu yolda hərəkət məhdudlaşdırıldı
Gündəm / Manşet
Vasif Talıbovun oğlunun "Nəqşicahan Holdinq"i bağlandı — Yarım milyonluq VERGİ BORCU VƏ PASSİV STATUS
Gündəm / Cəmiyyət
Alkoqolun yuxuya təsiri ilə bağlı həqiqət: Həkimdən mühüm xəbərdarlıq
Gündəm / Hadisə
Bakıda məktəblinin müəmmalı ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA
Gündəm / Cəmiyyət
DYP elektroskuter istifadəçilərinə müraciət etdi
Gündəm / Cəmiyyət
Yeni qərar müəllimlərin maaşına təsir edəcək
Gündəm / Cəmiyyət
Küçədəki beton kürələrin ƏSL MƏQSƏDİ AÇIQLANDI
Gündəm / Dünya
10-dan çox ölkədən əhaliyə “hazır ol” çağırışı: Ərzaq, su toplanılır – Nə baş verir?
Gündəm / Hadisə
Bakıda virusa yoluxan uşaq komaya düşüb.
Gündəm / Cəmiyyət
"Korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir" - İlham Əliyev
Gündəm / Cəmiyyət
Paltaryuyana yuyucu tozla birlikdə əlavə edin: Nəticəni görənlər TƏƏCCÜBLƏNİR
Gündəm / Bölgə / Üst xəbər
Kəpəz rayonunda fəlakət: təhlükə Bakıya yaxınlaşır? – Xəbərdarlıq
Gündəm / Hadisə
Yasamalda dəhşət: Şagird məktəbin pəncərəsindən yıxılaraq öldü
Gündəm / Kriminal
Naxçıvanda 17 yaşlı yeniyetmə bıçaqlandı
Gündəm / Cəmiyyət
