Əməkdar artist Xumar Qədimovanın adından dələduzluq edilib.
DuzXeber.az xəbər verir ki, məkanlardan birinin sosial media hesabında müğənninin sentyabrın 11-də həmin yerdə çıxış edəcəyi ilə bağlı anons paylaşılıb.
Bununla bağlı Xumar Qədimovanın sosial şəbəkə hesabında açıqlama yayılıb. Bildirilib ki, sənətçinin sentyabrın 11-də heç bir məkanda çıxışı nəzərdə tutulmayıb.
“Dostlar, diqqət! 11.09.2026 tarixində dəyərli Xumar Qədimovanın heç bir məkanda səhnə çıxışı olmayacaq. Bu tarixlə bağlı bizim tərəfimizdən paylaşılmayan anons və elanlara rast gəlsəniz, inanmayın. Çünki hər anons doğru xəbər, hər vəd isə gerçək proqram demək deyil” deyə, açıqlamada qeyd olunub.(Publika.az)

Paylaş