Bakıda 508 saylı marşrut xətti üzrə hərəkət edən avtobusun sürücüsü ilə sərnişinlər arasında narazılıq yaranıb.
Bu barədə DuzXeber.az-a sərnişinlər məlumat verib.
Görüntülərdən məlum olur ki, sürücü adamlarla dolu avtobusu yol kənarında saxlayaraq yerə düşür.
Onların sözlərinə görə, sürücü sərnişinlərlə kobud danışıb və yaranan mübahisədən sonra nəqliyyat vasitəsindən düşüb.
Hadisənin hansı səbəbdən baş verdiyi və avtobusun hərəkətini nə qədər müddətə dayandırdığı barədə əlavə məlumat yoxdur.


