İsrail ordusu İordan çayının qərb sahilində nəzarəti gücləndirmək və bölgədə yuva salan terror qruplaşmalarını tamamilə təmizləmək üçün miqyaslı hərbi müdaxiləyə hazırlaşır.

DuzXeber.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Benyamin Netanyahu açıqlama verib. Hökumət başçısı bildirib ki, planlaşdırılan tədbirlər çərçivəsində əhali təhlükəsiz zonalara köçürüləcək, hər bir ev bir-bir yoxlanılacaq, qanunsuz silah-sursat müsadirə olunacaq və bütün terror infrastrukturu kökündən məhv ediləcək.

Qeyd edək ki, bu irimiqyaslı əməliyyat İsrailin İordan çayının qərb sahilinə nəzarəti ələ keçirdiyi 1967-ci ildən bəri həyata keçirilən ilk bu səviyyədə ən böyük hərbi kampaniya olacaq. Əməliyyatın başlanacağı dəqiq tarix isə yaxın günlərdə açıqlanacaq.//Əli Səfərli

Paylaş