22.01.2026
Duzxeber.az: - Sovet dönəmində Bakıda cəmi iki nüfuzlu təmayül məktəbi fəaliyyət göstərirdi: Kimya-Biologiya və Fizika-Riyaziyyat. Bu məktəblər sıradan orta təhsil müəssisələri deyildi, buranı bitirənlər faktiki olaraq ölkənin təhsil elitası hesab olunurdu. Statistikaya görə, həmin məktəblərin məzunlarının təxminən 99 faizi ilk ilcə Bakıda ali məktəblərə qəbul olunurdu.

Bu reallıq fonunda bəzi bioqrafik faktlar istər-istəməz sual doğurur.
AzFakt.com xəbər verir ki,1979-cu ildə 5 saylı kimya-biologiya təmayüllü məktəbi bitirmiş,hal-hazırda Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin rektoru,professor Ədalət Muradov Azərbaycanda imtahan verib ali məktəbə daxil ola bilmir. Orta məktəbi bitirdikdən 6 il sonra 1985-ci ildə Taras Şevçenko adına Kiyev Dövlət Universitetinin İqtisadiyyat fakültəsinə daxil olur və 1990-cı ildə həmin fakültəni bitirir.

Taras Şevçenko adına Kiyev Dövlət Universiteti
Sual isə açıq qalır,əgər həmin dövrdə bu məktəblərin məzunları, orta məktəbi bitirən kimi ali məktəblərə qəbul olunurdusa, niyə bu istisna baş verdi?
Sovet reallıqları yaxşı xatırlanır ki, o dövrdə Bakıda ali məktəblərə qəbul ola bilməyən, zəif oxuyan və ya imtahanlarda uğur qazana bilməyən abituriyentlər SSRİ-nin müxtəlif şəhərlərinə – Ukrayna, Rusiya, Belarus universitetlərinə üz tuturdular. Bu, yazılmamış, amma hamıya məlum olan bir praktika idi.Məhz bu kontekstdə kimya-biologiya təmayüllü 5 saylı məktəbin məzunu Ədalət Muradovun bioqrafiyasında ciddi və izaha ehtiyacı olan ziddiyyətlər üzə çıxır.Əgər hər şey bu qədər ideal idisə, bəs nə üçün elit məktəb məzunu orta məktəbi bitirdikdən sonra, 6 il ərzində ali məktəbə daxil ola bilməyib?
Ədalət Murdov 1993-cü ildə "Bazar iqtisadiyyatına keçid şəraitində region iqtisadiyyatının struktur dəyişiklikləri" ("Структурные преобразования экономики региона при переходе к рынку") mövzusunda namizədlik dissertasiyasını, 1995-ci ildə isə Kiyev Dövlət Universitetində doktoranturaya daxil olmuş və 1998-ci ildə isə "Keçid iqtisadiyyatının dünya təsərrüfatı sisteminə inteqrasiyası" ("Интеграция переходной экономики в систему мирового хозяйства") mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
Akademik karyera ilə bağlı iddialı mövqelərdə olan şəxslərin keçmişi tənqid və suallar üçün açıq olmalıdır. Xüsusən də bu keçmiş, dövrün ümumi təhsil statistikası ilə ziddiyyət təşkil edirsə.Daha maraqlısı odur ki, bu uzun “susqunluq dövrü”ndən sonra birdən-birə Ukraynada universitetə qəbul, ardınca sürətli akademik yüksəliş təqdim olunur. Bu sual cavabsız qaldıqca, təqdim olunan akademik uğurlar da şübhə altına düşür. Çünki cəmiyyət təkcə diplomlara yox, o diplomlara gedən yolun dürüstlüyünə inanmaq istəyir.//AzFakt.com
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?

Xəbər lenti
-
6.08.2026Bakıda ofisdən meyit tapıldı
-
6.08.2026FHN: Küləkli havada dənizə girmək təhlükəlidir
-
6.08.2026Pensiyalar bu tarixdə veriləcək
-
6.08.2026ABŞ-ın Yaxın Şərqdə strateji prioriteti dəyişir: Türkiyə ön planda, İsrail təklənir
-
6.08.2026Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilir
-
6.08.2026“Azərişıq” ASC Bakı və ətraf ərazilərində yeni güc mərkəzləri yaradır
-
6.08.2026Tərtərdə ər-arvadın yanaraq öldüyü dəhşətli hadisənin TƏFƏRRÜATI
-
6.08.2026Məcburi köçkünlərlə bağlı mühüm dəyişiklik: Bu şəxslərə müavinət verilməyəcək
-
6.08.2026DİN-in tabeliyindəki 3 bağça BŞTİ-yə verildi
-
6.08.2026ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışının müddətini artırır
-
6.08.2026Keçirilən qabiliyyət imtahanlarının statistikası açıqlandı
-
6.08.2026DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
-
6.08.2026Qızıl bahalaşdı
-
6.08.2026Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri başlayıb
-
6.08.2026Rusiyanın ən böyük 5 neft emalı zavodunda biri vuruldu
-
6.08.2026“Qarabağ” - “Dinamo” matçının biletləri satışa çıxarılır
-
6.08.2026Bakıda ticarət mərkəzində faciə – Ölən var
-
6.08.2026Bakı metrosunda sərnişinlər qatardan DÜŞÜRÜLDÜLƏR
-
5.08.2026Üç uşaq anası estetik əməliyyatdan sonra öldü
-
5.08.2026Şirvan kanalı bərpa edildi - FOTO
-
5.08.2026Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
-
5.08.2026Kiyevdə matəm elan edildi
-
5.08.2026“Bar-bar bağırdı ki, mən sənin...” -Təhsil mərkəzində qalmaqal: "Qapını bağla!"
-
5.08.2026Məleykə Abbaszadədən abituriyentlərə VACİB ÇAĞIRIŞ
-
5.08.2026İlon Maskın raketi Ayın səthinə çırpıldı: Yeni krater yarandı
-
5.08.2026Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində 20 min manat...
-
5.08.2026Rahat Marketdə satılan “Pınar” kolbasası müzakirə yaratdı - Tarix niyə silinmiş görünür?
-
5.08.2026İspaniya sərhədində dəhşət: 141 miqrant həlak oldu
-
5.08.2026Məhkumun gizlətdiyi silah üzə çıxdı - BİRGƏ ƏMƏLİYYAT
-
5.08.2026“Məni narahat edən rəqib yox, özümüzük” – Qurban Qurbanov