5.08.2026
“Mən bilmirəm “National Prime Hospital”ın estetik cərrahı Nicat Həsənov qarın kəsir yoxsa, burun? Onu bilirəm ki, bu həkim 35 yaşlı bir qadını torpağın altına qoydu...”
DuzXeber.az xəbər verir ki, bu iddialarla “Qafqazinfo”ya adıçəkilən həkim tərəfindən icra olunan əməliyyatdan sonra vəfat edən Nərmin Zeynalovanın bacısı Günay Əsgərova müraciət edib.
O bildirib ki, fevralın 17-də bacısı abdominoplastika (red- qarın nahiyəsindəki artıq dərini və piyləri çıxarmaq, zəifləmiş əzələləri bərpa etmək və daha düz bir görünüş yaratmaq üçün edilən cərrahi əməliyyat) etdirib: “4-5 gün xəstəxanada qaldı. Evə gəldikdən sonra isə vəziyyəti yaxşı deyildi. Həkimə bunu bildirsək də, qabaqlayıcı heç bir müalicə yazmadı. Bir neçə gün sonra yoxlanışa getdik, həkim dəri altına qoyulan şlanqları (drenlər) çıxartdı. Bacımın vəziyyəti heç yaxşı olmurdu, nə düzgün qidalanırdı, nə də yata bilirdi.
Həkim sadəcə iki dərman yazdı, biri seftriakson antibiotik, digəri isə ketonal. Halbuki bu dərmanları insanlar qripə və digər yüngül ağrılara qarşı istifadə edirlər. Biz sonradan bildik ki, bacımda 3 əməliyyat icra olunub, ancaq sadəcə birindən məlumatlı idik. Axı bu necə ola bilər? Sən demə, 3 ağır əməliyyat keçirib. Belə ki, qarıngərmə ilə yanaşı, liposaksiya (red-bədənin müəyyən nahiyələrindən pəhriz və idmanla getməyən artıq piylərin xüsusi vakuum vasitəsilə sorulub çıxarılması üzrə estetik cərrahiyyə və bədən şəkilləndirmə proseduru) və popofilinq də (red-müvafiq nahiyənin formasını yaxşılaşdırmaq, həcm vermək və ya simmetriya yaratmaq məqsədilə edilən estetik prosedurdur) olub.

Bu qədər ağır əməliyyatdan sonra isə sadəcə antibiotik yazmışdı. Nəticədə bacım artıq şlanqlar çıxarıldıqdan sonra evdə boğularaq vəfat etdi. O həkim bir dəfə də geriyə dönüb baxmadı...”
Mərhumun bacısının sözlərinə görə, həkim əməliyyat zamanı xəstəyə ailəsindən xəbərsiz qan vurub: “Bu 3 əməliyyatdan xəbərimiz olmadığı kimi, əlavə qan vurulmasından da xəbərsizdik. Belə ki, proses bitdikdən sonra dedilər ki, “qan pulu borcunuzu ödəyin”. Mən anlamıram, əgər bu orqanizm çatdıra bilmirdisə, niyə bizdən xəbərsiz bu qədər əməliyyat icra olunub? Həkim bacım vəfat etdikdən sonra özündə heç bir günah görmədi, kobud danışdı. Getdik yanına, qışqıraraq dedi ki, “məndən nə istəyirsiniz, kimə şikayət edirsinizsə, edin, mənim əlimdə ekspert rəyi var”.
Fevralın 17-də əməliyyat edilən Nərmin Zeynalova 3 gün sonra evə buraxılıb. Həmin ayın 24-ü yenidən müayinə üçün hospitala gedib, 25-i səhər saatlarında isə yaşadığı ünvanda ölüb.

Bacımın vəfatından sonra ekspert rəyi verildi. Rəydə qeyd olunub ki, trombdan ölüb. Bəs belə idisə, niyə tromba görə ağrıkəsici yazmışdı? Ümumilikdə xəstəxanaya 3600 manat pul ödəmişdik. Onu da qaytarmaq istəmirdilər. Bizim təkidimizlə qaytardılar və orada yazılmışdı ki, “ailənin maddi durumu aşağı olduğuna görə, ödəniş geri verilir”.
Niyə belə minnət edirlər anlamıram. Atam əlildir, anam xəstədir. Geridə bacımın azyaşlı uşaqları qalıb. O həkim bir düşünmədi ki, 35 yaşlı bir qadını torpağın altına qoydu. Hələ bizə deyir ki, “gördüyüm işə arxayınam”, budur gördüyün iş? Çıxıb cavab verməlidir. Xəstəxana ilə bağlı heç bir sənədimiz, arayışımız da yoxdur”.
Şikayətçi həmçinin qeyd edib ki, klinika rəhbərliyindən bir neçə şəxs mərhumun yas mərasiminə gələrək ailəyə maddi yardım göstərmək istəyiblər: “Özlərində günah görmürlər, hətta deyirlər ki, “nə etməliydik?! Yasa da gəlmişik”. Yasa hamı gəlir, küsülü də, qanlı da, yad da. Yasın ortasında gəlib bizə pul təklif etdilər ki, “maddi dəstək olaq”. Mənə pul lazımdır? Nəyi qaytaracaqsınız? Yasın ortasında belə şey edərlər? Onlar bizə başsağlığı vermədilər, pul təklif etdilər...”

İddialarla bağlı estetik cərrah Nicat Həsənovla əlaqə saxlamağa çalışsaq da, zənglərimizə və mesajlarımıza geridönüş ala bilmədik.
Şikayətçinin saytımıza göndərdiyi sənədlərdən aydın olur ki, sözügedən ölüm faktı əsasında cinayət işinin başlanması rədd edilib. Nərimanov rayon prokurorluğunun qərarında deyilir ki, Nərmin Zeynalovanın əməliyyatı və müalicəsi zamanı plastik cərrah Həsənov Nicat Bəxtiyar oğlu və digər şəxslər tərəfindən onun üzərində aparılmış tibbi müdaxilələr (cərrahiyyə əməliyyatları) təyin edilmiş diaqnoza və vəziyyətinə uyğun olub. Ona göstərilmiş tibbi xidmət zamanı səhiyyə sistemində mövcud olan təlimat qaydalarının tələblərinə uyğunsuzluq müəyyən edilməyib.
Məsələ ilə əlaqədar Analitik Ekspertiza Mərkəzinə (AEM) də sorğu ünvanladıq. Qurumdan cavab olaraq bildirildi ki, araşdırma aparılması üçün vətəndaşın mərkəzə birbaşa müraciət etməsi lazımdır: “Göstərilən tibbi xidmətin keyfiyyətindən narazıdırlarsa, o zaman qanunvericiliyə əsasən, hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər. Bu halda məhkəmə-tibbi ekspertizası təyin edilir və tibbi xidmətin necə göstərilməsi ilə bağlı rəy verilir. AEM isə öz növbəsində, təsdiqedici sənədlərlə birgə rəsmi müraciət olduğu halda araşdırma aparır, həmin klinikanın və həkimin göstərilən fəaliyyət üzrə müvafiq sənədlərinin olub-olmamasını müəyyən edir. Fakt öz təsdiqini taparsa, qanunvericiliyə uyğun lazımi tədbirlər görülür.
Ortada ölüm faktı varsa, artıq məsələ hüquq-mühafizə orqanlarının səlahiyyətinə keçir. Onlar araşdırır və ehtiyac olarsa, bizə müraciət etdikləri halda rəyimizi onlara təqdim edirik”. (nocomment.az)
Üç uşaq anası estetik əməliyyatdan sonra öldü
“Mən bilmirəm “National Prime Hospital”ın estetik cərrahı Nicat Həsənov qarın kəsir yoxsa, burun? Onu bilirəm ki, bu həkim 35 yaşlı bir qadını torpağın altına qoydu...”DuzXeber.az xəbər verir ki, bu iddialarla “Qafqazinfo”ya adıçəkilən həkim tərəfindən icra olunan əməliyyatdan sonra vəfat edən Nərmin Zeynalovanın bacısı Günay Əsgərova müraciət edib.

Oxşar xəbərlər
-
1.08.2026Azərbaycanda xəstələr dərmanları pulsuz nə vaxt alacaqlar? -
12.05.2026"General Hospital" hepatit aşkarlanan vətəndaşa saxta sağlamlıq arayışı verdi -ŞİKAYƏT -
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
27.02.2026Anar Seyfullayev: "Səhnə mənim həyatımdır" - Səmimi söhbət -
21.01.2026Goranboy şəhər Asif Məmmədov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbində nələr baş verir??? ŞOK FAKTLAR
Xəbər lenti
-
5.08.2026Üç uşaq anası estetik əməliyyatdan sonra öldü
-
5.08.2026Şirvan kanalı bərpa edildi - FOTO
-
5.08.2026Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
-
5.08.2026Kiyevdə matəm elan edildi
-
5.08.2026“Bar-bar bağırdı ki, mən sənin...” -Təhsil mərkəzində qalmaqal: "Qapını bağla!"
-
5.08.2026Məleykə Abbaszadədən abituriyentlərə VACİB ÇAĞIRIŞ
-
5.08.2026İlon Maskın raketi Ayın səthinə çırpıldı: Yeni krater yarandı
-
5.08.2026Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində 20 min manat...
-
5.08.2026Rahat Marketdə satılan “Pınar” kolbasası müzakirə yaratdı - Tarix niyə silinmiş görünür?
-
5.08.2026İspaniya sərhədində dəhşət: 141 miqrant həlak oldu
-
5.08.2026Məhkumun gizlətdiyi silah üzə çıxdı - BİRGƏ ƏMƏLİYYAT
-
5.08.2026“Məni narahat edən rəqib yox, özümüzük” – Qurban Qurbanov
-
5.08.2026Rusiya, Britaniya, Fransa və Almaniya: Vyanadakı gizli görüşün təfərrüatları yayıldı
-
5.08.2026Xocavəndə növbəti köç karvanı mənzil başına çatdı - YENİLƏNDİ
-
5.08.2026Hikmət Hacıyevdən önəmli AÇIQLAMA: "Azərbaycan heç vaxt öz ərazisinin..."
-
5.08.2026Uşaqların sosial şəbəkələrdə qeydiyyatı ilə bağlı yeni tələblər...
-
5.08.2026“Övladlarınızı Tibb Universitetinə qəbul etdirəcəyəm“ dedi... - 26 minlik dələduzluq
-
5.08.2026Müəllim olmaq istəyənlərə xəbər: Vakansiya seçimi başladı
-
5.08.2026İldırım kabusu: 13 nəfər saniyələr içində öldü
-
5.08.2026Zaqatalada selin qarşısını almaq üçün dağ çaylarına ağır texnika cəlb edilib
-
5.08.2026Laçında Bərpa-tikinti adı ilə milyonlar bir mənbədən xərclənir(?)! –Əsaslı şübhələr var...
-
5.08.2026Sabah Bakıda yağış yağacaq, güclü külək əsəcək
-
5.08.2026Qabırğası sınıb ürəyinə girmişdi - Kürəkəninə 10 il həbs verildi
-
5.08.2026Rusiya Azərbaycan vətədaşlarını deport etdi
-
5.08.2026Dünyanın yenidən bölünməsi və ya:biz tarixi tələyə düşmüşük
-
5.08.2026Abşeronda yanacaqdoldurma məntəqəsinin ərazisində yanğın - Video
-
5.08.2026DYP-dən sürücülərə MÜRACİƏT
-
5.08.2026Bu günün valyuta məzənnələri
-
5.08.2026Ağcabədidə iki avtomobil toqquşdu, xəsarət alanlar var - FOTO
-
5.08.2026Toy etmək istəyənlərin NƏZƏRİNƏ: Zamanında addım atmasanız...