6.02.2026
Bakının Yasamal rayonunda tanışını anlaqsız vəziyyətdə öldürməkdə ittiham olunan məşhur iş adamı Emil Ağacanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Duzxeber.az Teleqraf-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili vəsatət verib. O, iclasın qapalı keçirilməsi xahiş edib.
Təqsirləndirilən şəxs vəkilinin vəsatətini müdafiə edib. Dövlət ittihamçısı vəsatətin təmin edilməməsini təklif edib.
Müdafiə tərəfinin vəkili və zərərçəkmiş şəxsin hüquqi varisi vəsatətin təmin olunmamasını xahiş edib.
Vəsatət təmin olunmayıb.
Daha sonra prosesdə şahid qismində Elnur Həbibov ifadə verib. O, bildirib ki, 2024-cü ilin iyul ayında Emil ona vəhy gəldiyini deyib: “Deyirdi ki, mən Mehdiyəm. Anasını qucaqlayıb “sən bu duanı et” deyə tapşırıq verirdi. Mənə zəng gəldi ki, dur bizə gəl. Mən gəlib içəri girəndə Emil mənə kəllə atdı, qayıtdı ki, sən şeytansan, diz çök, bu duaları de. Onu həkimə apardıq ki, sakitləşdirici iynə vursunlar. O, alt paltarında pəncərədən tullanıb həkimin yanından qaçdı. Dalıyca qaçıb onu tutdum. Emil hər şeydə məni günahlandırırdı. Onu həkim yanına apardıq, dərman verdik, sakitləşdi.
İradə Muradova ilə Emilin ortaq tanışları var idi. Ən çox bağlı olduğu adam İradə idi. Bizim zənglərimizə cavab vermirdi. Narahat qaldıq, evinə getdik. Qapıya çatanda qışqırıqlı dua səsləri eşitdik. Mən girdim içəri, hamama keçəndə gördüm, İradə də, Emil də rdadır. Emil İradəni qucaqlayıb qışqıra-qışqıra dualar edirdi”.
İttihama görə, qətl 2025-ci il avqustun 23-də Bakının Yasamal rayonunda baş verib. Paytaxt sakini İradə Muradovanın meyiti Emil Ağacanova məxsus mənzilin hamamında vannada paltarsız vəziyyətdə aşkar olunub. İlkin araşdırmalarla qadının Emil Ağacanov tərəfindən xüsüsi amansızlıqla qətlə yetirildiyi məlum olub.
Emil uzun müddət sevgi münasibətində olduğu İradə ilə öz evində narkotikin təsriri altında dini mahnılara qulaq asıb. Daha sonra onu bıçaqlayaraq öldürüb.
Növbəti məhkəmə prosesi fevralın 12-nə təyin edilib.
Təqsirləndirilən barədə ilkin olaraq həbs qətimkan tədbiri seçilsə də, daha sonra onun anlaqsız vəziyyətdə olduğu nəzərə alınaraq psixiatriya xəstəxanasında məcburi müalicəyə cəlb olunaraq polisin nəzarətinə verilib.
Qeyd edək ki, Emil Ağacanov “Chermington Transportation Services” MMC, “AZRENT” MMC, “Caspi Style” MMC və “Port Baku” ticarət mərkəzində yerləşən italyan brendi “YAMAMAY”ın sahibi olub.
Qətlə yetirilən İradə Muradova isə sahibkarın “YAMAMAY” mağazasının icraçı direktoru vəzifəsində çalışıb.
Emil Ağacanov barəsində Cinayət Məcəlləsiin 120.2.4-cü (xüsüsi amansızlıqla adam öldürmə) maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.
İş adamı tanışını anlaqsız vəziyyətdə öldürüb?
Bakının Yasamal rayonunda tanışını anlaqsız vəziyyətdə öldürməkdə ittiham olunan məşhur iş adamı Emil Ağacanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.Duzxeber.az Teleqraf-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili vəsatət verib. O, iclasın qapalı keçirilməsi xahiş edib.
Təqsirləndirilən şəxs vəkilinin vəsatətini müdafiə edib. Dövlət ittihamçısı vəsatətin təmin edilməməsini təklif edib.
Müdafiə tərəfinin vəkili və zərərçəkmiş şəxsin hüquqi varisi vəsatətin təmin olunmamasını xahiş edib.
Vəsatət təmin olunmayıb.
Daha sonra prosesdə şahid qismində Elnur Həbibov ifadə verib. O, bildirib ki, 2024-cü ilin iyul ayında Emil ona vəhy gəldiyini deyib: “Deyirdi ki, mən Mehdiyəm. Anasını qucaqlayıb “sən bu duanı et” deyə tapşırıq verirdi. Mənə zəng gəldi ki, dur bizə gəl. Mən gəlib içəri girəndə Emil mənə kəllə atdı, qayıtdı ki, sən şeytansan, diz çök, bu duaları de. Onu həkimə apardıq ki, sakitləşdirici iynə vursunlar. O, alt paltarında pəncərədən tullanıb həkimin yanından qaçdı. Dalıyca qaçıb onu tutdum. Emil hər şeydə məni günahlandırırdı. Onu həkim yanına apardıq, dərman verdik, sakitləşdi.
İradə Muradova ilə Emilin ortaq tanışları var idi. Ən çox bağlı olduğu adam İradə idi. Bizim zənglərimizə cavab vermirdi. Narahat qaldıq, evinə getdik. Qapıya çatanda qışqırıqlı dua səsləri eşitdik. Mən girdim içəri, hamama keçəndə gördüm, İradə də, Emil də rdadır. Emil İradəni qucaqlayıb qışqıra-qışqıra dualar edirdi”.
İttihama görə, qətl 2025-ci il avqustun 23-də Bakının Yasamal rayonunda baş verib. Paytaxt sakini İradə Muradovanın meyiti Emil Ağacanova məxsus mənzilin hamamında vannada paltarsız vəziyyətdə aşkar olunub. İlkin araşdırmalarla qadının Emil Ağacanov tərəfindən xüsüsi amansızlıqla qətlə yetirildiyi məlum olub.
Emil uzun müddət sevgi münasibətində olduğu İradə ilə öz evində narkotikin təsriri altında dini mahnılara qulaq asıb. Daha sonra onu bıçaqlayaraq öldürüb.
Növbəti məhkəmə prosesi fevralın 12-nə təyin edilib.
Təqsirləndirilən barədə ilkin olaraq həbs qətimkan tədbiri seçilsə də, daha sonra onun anlaqsız vəziyyətdə olduğu nəzərə alınaraq psixiatriya xəstəxanasında məcburi müalicəyə cəlb olunaraq polisin nəzarətinə verilib.
Qeyd edək ki, Emil Ağacanov “Chermington Transportation Services” MMC, “AZRENT” MMC, “Caspi Style” MMC və “Port Baku” ticarət mərkəzində yerləşən italyan brendi “YAMAMAY”ın sahibi olub.
Qətlə yetirilən İradə Muradova isə sahibkarın “YAMAMAY” mağazasının icraçı direktoru vəzifəsində çalışıb.
Emil Ağacanov barəsində Cinayət Məcəlləsiin 120.2.4-cü (xüsüsi amansızlıqla adam öldürmə) maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.
Oxşar xəbərlər
-
30.01.2026Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar -
3.01.2026İşçisini evində öldürməkdə ittiham edilən biznesmen – Cəza almaya bilər… -
27.12.2025Ermənilərin məhkəməsində məhkəmə baxışı BAŞA ÇATDI -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ! -
10.12.2025Mehdiyev ”Pendik Şifa” klinikasını necə ələ keçirib? – DETALLAR
Xəbər lenti
-
24.06.2026Türkiyəyə 200 kq ağırlığında dron düşdü
-
24.06.2026Azərbaycanda universitetlərə imtahansız qəbul - Bu şansı kimlər qazana bilir?
-
24.06.2026ABŞ Senatı İrana qarşı müharibənin dayandırılmasını nəzərdə tutan qətnaməni təsdiqləyib
-
23.06.2026Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

23.06.2026Azərbaycanda hansı hallarda saytlara giriş məhdudlaşdırıla bilər?
-
23.06.2026Portuqaliya və İngiltərə ikinci oyununa çıxır
-
23.06.2026Hacı Şahinin oğlu məzun oldu
-
23.06.2026Qəbələdə 4 ton çətənə kolu məhv edildi
-
23.06.2026Litvanın Baş naziri istefa verdi
-
23.06.2026Bütün sosial ödənişlər bu tarixdə ödəniləcək
-
23.06.2026Xankəndidə kafedə İNSİDENT: həbs olunanlar var
-
23.06.2026İşdən çıxamağınızla bağlı ərizə yazmayın - Təhsil eksperti
-
23.06.2026İlham Əliyev həmkarını yola saldı
-
23.06.2026"Kəpəz" yeni baş məşqçisini açıqladı
-
23.06.2026Bir gecəyə silsilə oğurluqlar edən TUTULDU
-
23.06.2026Şəhid övladları liseyə qəbul olundular - ADLAR
-
23.06.2026"Politico": Cənubi Koreya dünyanın ən böyük silah təchizatçıları siyahısına düşüb
-
23.06.2026"Vaşinqtona etimad göstərmirik" - İran
-
23.06.2026Quterreş süni intellekt şirkətlərinə ÇAĞIRIŞ etdi
-
23.06.2026Yumurta yenidən bahalaşdı – 15 qəpik oldu
-
23.06.2026Özbəkistanda korrupsiyaya yol vermiş şəxslər reyestrə daxil ediləcək
-
23.06.2026Sabah bəzi yerlərə yağış yağacaq - PROQNOZ
-
23.06.2026Rusiya Ermənistana xəbərdarlıq etdi
-
23.06.2026Aİ rəsmisi: Orta Dəhlizi Türkiyəsiz təsəvvür etmək mümkün deyil
-
23.06.2026Kənd təsərrüfatı torpaqları 5 hektardan az satmaq mümkün olmayacaq
-
23.06.2026Bakı zooparkı ləğv olunur
-
23.06.2026Təbiəti çirkləndirənlərə ağır cəza: Azərbaycanda 7 min manatadək yeni cərimə
-
23.06.2026Azərbaycanda ən çox sürülən maşınlar - STATİSTİKA
-
23.06.2026TƏBİB-in icraçı direktoru Şuşada vətəndaşları qəbul edəcək