28.05.2026

Qurban bayramı paylaşmaq, mərhəmət göstərmək, insanın insana dəyər verməsi fəlsəfəsinin simvoludur. Amma görünür, bəzi məmurlar üçün bu anlayış artıq formal hesabatdan başqa bir şey deyil. Çünki DogruXeber.tv-nin redaksiyasına daxil olan videogörüntülər göstərir ki, Cəlilabad rayonunun Qarazəncir kəndində şəhid ailələrinə verilən “bayram payı” nə hörmətə, nə də insanlıq anlayışına sığır.
VİDEO BURADA: https://vt.tiktok.com/ZSxqBpWBj/
Görüntülərdə iddia olunur ki, icra hakimiyyəti tərəfindən Qurban bayramı münasibətilə paylanan ətlər qaralmış, iyi gələn və istifadəyə yararsız vəziyyətdə olub. Ən acınacaqlısı isə budur ki, bu “yardım” adi bir ailəyə yox, Vətən uğrunda can vermiş insanların ailələrinə təqdim edilib.
İndi ortaya çox ağır bir sual çıxır: Şəhid ailəsinə layiq görülən münasibət budursa, bəs cəmiyyətə göstərilən “hörmət” hansı səviyyədədir?
Məsələnin daha maraqlı tərəfi isə hadisənin özündən sonra başlayır. Çünki görüntülər sosial şəbəkələrdə yayımlandıqdan sonra problemi araşdırmaq əvəzinə, görüntülərin silinməsi üçün redaksiyaya zənglər olunub. Bildirilir ki, kənd üzrə icra nümayəndəsi Səməd Mustafayev və Xəyalə Şahbazova videoların silinməsini tələb ediblər.
Maraqlıdır, görəsən burada əsas problem xarab olmuş ət idi, yoxsa həmin ətin görüntülərinin yayılması?
Çünki bəzi yerli idarəçilər üçün problemin həlli deyil, problemin görünməməsi daha vacibdir. Onların düşüncəsində sosial narazılığı aradan qaldırmağın yolu vəziyyəti düzəltməkdən yox, kameranı söndürməkdən keçir. Halbuki XXI əsrdə idarəçilik artıq qorxu və təzyiq mexanizmi ilə yox, şəffaflıq və məsuliyyət prinsipi ilə ölçülür.
Əgər doğrudan da həmin məhsullar keyfiyyətli idisə, niyə bu qədər narahatlıq yarandı? Əgər ortada heç bir nöqsan yoxdursa, niyə medianın susdurulmasına ehtiyac duyuldu?
Bu hadisə bir daha göstərir ki, bəzi məmurlar üçün şəhid ailəsi müqəddəs anlayış yox, statistik hesabat sətridir. Bayram öncəsi şəkil çəkdirib “qayğı göstərildi” görüntüsü yaratmaq asandır. Çətin olan isə o ailələrin qapısını vicdanla döyməkdir.
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilovun bu məsələyə münasibəti isə artıq ictimai maraq predmetinə çevrilib. Çünki söhbət təkcə xarab olmuş bir neçə kiloqram ətdən getmir. Burada söhbət dövlət-vətəndaş münasibətindən, şəhid ailəsinə yanaşmadan və yerli idarəçiliyin mənəvi durumundan gedir.
Unudulmamalıdır ki, xalq hər şeyi gec-tez unuda bilər, amma şəhid ailəsinə göstərilən hörmətsizliyi heç vaxt bağışlamır.
DogruXeber.tv
“Şəhid ailəsinə bayram payı”, yoxsa vicdanın çürümüş üzü? – Cəlilabadda baş verənlər düşündürür

Oxşar xəbərlər
-
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
26.01.2026Sükutu sındıran söz: Ayaz Arabaçı ilə vicdanın poeziyası – Ədəbi müsahibə -
22.01.2026Səmadan görünən nizam: Horovlu kəndində qış mənzərəsi -
15.01.2026GORANBOYDA AÇIQ QANUNSUZLUQ VƏ SUSQUN MƏMURLAR - FOTOLAR -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ!
Xəbər lenti
-
29.05.2026ABŞ Kastronu ekstradisiya etmək istəyir
-
29.05.2026İsrail ordusu HƏMAS-ın yüksək rütbəli komandirini öldürüb
-
29.05.2026İntensiv yağış, şimşək, dolu və QAR - Sabahın HAVASI
-
29.05.2026Pezeşkian İrana mal idxalı üçün Azərbaycanın imkanlarından istifadə etməyə çağırıb
-
29.05.2026Qızdırıcı partladı - 30 yaşlı kişi xəstəxanalıq oldu
-
29.05.2026Hökməli evləri su basıb sakinlər evlərini tərk edib
-
29.05.2026Putin və Lukaşenko Ermənistan məsələsini müzakirə etdi - Detallar
-
29.05.2026Rusiya Ukraynada dörd yaşayış məntəqəsini nəzarətə götürdü
-
29.05.2026Çexiyanın Baş naziri: Azərbaycan ölkəmizə xam neftin ən böyük təchizatçısıdır
-
29.05.2026“Azərişıq” ASC-nin nümayəndələri Naxçıvan şəhərində fermer və sahibkarlarla görüş keçirib
-
29.05.2026Həbsdən qaçan şəxsi qatar vurub öldürdü
-
29.05.2026Avropa çempionatı: Azərbaycan millisi bu gün İtaliya ilə qarşılaşacaq
-
29.05.2026MMA döyüşçüsünü ayı parçaladı
-
29.05.2026Qəzzanın 70%-nin tutulması üçün əmr verildi
-
28.05.2026"Azəriqaz" qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq
-
28.05.2026Belçika klubunun futbolçusu millimizdə
-
28.05.2026Saleh Məmmədovun adamları dindirilir - Korrupsiya araşdırması başladı
-
28.05.2026Azərbaycandan Ermənistana un göndəriləcək
-
28.05.2026Qəhvə qocalmağın qarşısını alırmış - Yeni araşdırma
-
28.05.2026Azərbaycan İƏT-ə sədrlik dövründə iqtisadiyyat və iqlimə diqqət yetirməyi planlaşdırır
-
28.05.2026"İdeal"ın bank hesablarına həbs qoyuldu
-
28.05.2026Niyə smartfon üzlükləri istidə təhlükəli ola bilər?
-
28.05.2026BMT-dən ciddi xəbərdarlıq: Asiyada su qıtlığı təhlükəsi artır
-
28.05.2026DTX onu axtarışa verib:Nuriyev nə edib?— FOTO
-
28.05.2026Rusiya həbsxanasında dəhşət iddiası: ukraynalı jurnalistin kəllə sümüyü sındırılıb
-
28.05.2026İki avtobus dayanacaqda yanıb
-
28.05.2026Ülviyyə Həmzəyeva yenidən Naxçıvan Rəssamlar Birliyinin sədri seçilib
-
28.05.2026Macarıstanda Orban dövrünə ilk zərbə: Beynəlxalq Cinayət Məhkəməsinin qərarı ləğv edildi.
-
28.05.2026Ermənistan Rusiyadan qaz sazişinin ləğvi ehtimalı ilə bağlı məktub aldığını təsdiqləyib
-
28.05.2026"Qara günlər" başlayır - Yay ayları ilə bağlı xəbərdarlıq edilib