Canlı yayım
23.06.2026

Şəhid övladları liseyə qəbul olundular - ADLAR

Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinə keçirilən 5-ci sinif üzrə qəbul imtahanın nəticələri məlum olub.

DuzXeber.az: "modern.az"-ın liseydən əldə etdiyi məlumata görə, qəbul imtahanında uğur qazanmış şagirdlər sırasında şəhid övladları da var.

Belə ki, şəhid mayor Xəyal Məmmədovun qızı Selin Məmmədova, şəhid gizir Ceyhun Abbasovun qızı Kəmalə Abbasova və şəhid Fərid Hüseynovun qızı Damla Hüseynova da yaxşı nəticə ilə Bakı Türk Liseyinə qəbul olunublar.

Qəbul imtahanlarında Selin Məmmədova 80, Kəmalə Abbasova 80, Damla Hüseynova 80,25 bal toplayıblar.

Xəbər lenti