28.11.2025
Tailandda keçirilən və qalmaqallarla yadda qalan “Kainat Gözəli 2025” beynəlxalq gözəllik müsabiqəsinin qalibi 25 yaşlı meksikalı Melissa (Fatima) Boş olub. Lakin yarışma başa çatsa da, onun ətrafındakı qalmaqallar səngimir.
Duzxeber.az xəbər verir ki, müsabiqənin sahibi, taylandlı media maqnatı Anna Cakkaponq Cakracatutxip dələduzluq və insan alveri ilə bağlı ittihamlarla üzləşib. Onun barəsində 30 milyon batlıq (təxminən 930 min dollar) cinayət işi çərçivəsində həbs qətimkan tədbiri seçilib. Anna məhkəməyə gəlmədiyi üçün hazırda axtarışa verilib.
Bununla paralel olaraq, onun biznes tərəfdaşı barədə Meksikada silah və narkotik qaçaqmalçılığı ilə bağlı istintaq aparılır.
"Associated Press" yazır ki, Annanın sahibi olduğu "JKN Global" 2023-cü ildən maliyyə böhranı yaşayır və investorlar qarşısında öhdəliklərini yerinə yetirə bilmədiyi üçün defolta düşüb. Şirkət 2024-cü ildə 3 milyard bat (təxminən 92,6 milyon dollar) borcu ilə bağlı məhkəməyə maliyyə bərpası üçün müraciət edib.
Tayland Qiymətli Kağızlar və Birja Komissiyası isə Anna və şirkətini maliyyə hesabatlarında “yanıldıcı məlumat” verdiyi üçün 4 milyon bat cərimələyib. Qeyd olunur ki, JKN Global 2023-cü ildə müsabiqənin 50% payının meksikalı iş adamı Raul Rocha Cantuya satılmasını investorlara tam açıqlamayıb.
Sanksiyalardan sonra Anna rəhbər vəzifələrdən uzaqlaşıb, amma şirkətdə aksioner olaraq qalıb. O, bu il Bangkokda keçirilən final mərasimində də iştirak etməyib.
Qeyd edək ki, müsabiqənin hüquqları 2022-ci ildən Anna və JKN Global-a məxsusdur. Bundan əvvəl isə yarışma ABŞ-nın keçmiş prezidenti Donald Trampa aid idi.
“Kainat Gözəli 2025” müsabiqəsinin sahibi barədə həbs qərarı
Tailandda keçirilən və qalmaqallarla yadda qalan “Kainat Gözəli 2025” beynəlxalq gözəllik müsabiqəsinin qalibi 25 yaşlı meksikalı Melissa (Fatima) Boş olub. Lakin yarışma başa çatsa da, onun ətrafındakı qalmaqallar səngimir.Duzxeber.az xəbər verir ki, müsabiqənin sahibi, taylandlı media maqnatı Anna Cakkaponq Cakracatutxip dələduzluq və insan alveri ilə bağlı ittihamlarla üzləşib. Onun barəsində 30 milyon batlıq (təxminən 930 min dollar) cinayət işi çərçivəsində həbs qətimkan tədbiri seçilib. Anna məhkəməyə gəlmədiyi üçün hazırda axtarışa verilib.
Bununla paralel olaraq, onun biznes tərəfdaşı barədə Meksikada silah və narkotik qaçaqmalçılığı ilə bağlı istintaq aparılır.
"Associated Press" yazır ki, Annanın sahibi olduğu "JKN Global" 2023-cü ildən maliyyə böhranı yaşayır və investorlar qarşısında öhdəliklərini yerinə yetirə bilmədiyi üçün defolta düşüb. Şirkət 2024-cü ildə 3 milyard bat (təxminən 92,6 milyon dollar) borcu ilə bağlı məhkəməyə maliyyə bərpası üçün müraciət edib.
Tayland Qiymətli Kağızlar və Birja Komissiyası isə Anna və şirkətini maliyyə hesabatlarında “yanıldıcı məlumat” verdiyi üçün 4 milyon bat cərimələyib. Qeyd olunur ki, JKN Global 2023-cü ildə müsabiqənin 50% payının meksikalı iş adamı Raul Rocha Cantuya satılmasını investorlara tam açıqlamayıb.
Sanksiyalardan sonra Anna rəhbər vəzifələrdən uzaqlaşıb, amma şirkətdə aksioner olaraq qalıb. O, bu il Bangkokda keçirilən final mərasimində də iştirak etməyib.
Qeyd edək ki, müsabiqənin hüquqları 2022-ci ildən Anna və JKN Global-a məxsusdur. Bundan əvvəl isə yarışma ABŞ-nın keçmiş prezidenti Donald Trampa aid idi.
Oxşar xəbərlər
-
27.11.2025Keti Perri 85 yaşlı veterana qalib gəldi: 1,8 dollar alacaq -
24.11.2025“Şübhələnən prokurorluğa müraciət etsin” – 16 yaşlı qızın intiharında müəmmalar -
21.11.2025Ali Məhkəmədən xarici hökmlərin ölkəmizdə tanınmasına dair mühüm qərar -
21.11.2025Media subyektlərinin gəlir vergisindən azadolma müddəti artırılır -
19.11.2025Rəqsanə ev dustaqlığına buraxıldı, zərərin müəyyən hissəsi ödənildi
Xəbər lenti
-
25.06.2026Bakıda "Range Rover" ağır qəza törətdi: ölən var
-
25.06.2026Vinisius Ançelottidən hədiyyə gözləyir
-
25.06.2026Aqşin Fatehin restoranı yenə bağlandı
-
25.06.2026Bakıdakı metro stansiyalardan birində lift olacaq
-
25.06.2026Ötən il 764 xarici diplom tanınmayıb - Rəsmi
-
25.06.2026Ötən gün 62 cinayətin üstü açılıb
-
25.06.2026Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı
-
25.06.2026Türkiyədə binada yanğın: Ölənlər var
-
25.06.2026“AFB Bank”ın eks-filial müdiri 12 min “otkat” alıb
-
25.06.2026“AzerGold” QSC və onun törəmə şirkətlərinin 2025-ci ilin yekunlarına dair maliyyə nəticələri açıqlanıb
-
25.06.2026Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm xəbər: Tikinti bu tarixdə başlayır
-
25.06.2026Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq
-
25.06.2026Ukrayna strateji bölgəni azad etdi
-
25.06.2026Təl-Əvivdən Moskvaya uçuşlar dayandırıldı
-
25.06.2026Həvəsinə görə məhkəməlik oldu - Bakıda gənc oğlanın ŞOK ƏMƏLİ
-
25.06.2026İyunun 26-da hava dəyişir: Yağış yağacaq, şimşək çaxacaq
-
25.06.2026Azərbaycan Suriyada 10 məktəbin yenidən inşasına, daha 100-nün bərpasına dəstək verəcək
-
25.06.2026Azərbaycanda məsafədən verilən istehlak kreditlərinə dair yeni tələblər müəyyənləşdirilib
-
25.06.2026II və III ixtisas qrupları üzrə 2-ci cəhd imtahanı bu tarixdə keçiriləcək
-
25.06.2026“Qarabağ”dan 2.7 milyonluq transfer - Artıq Bakıdadır
-
25.06.2026Azərbaycanın bank sektorunun aktivləri artıb
-
25.06.2026Metrodan istifadə edənlərin DİQQƏTİNƏ - Dəyişiklik olacaq
-
25.06.2026Ölü insanların kimliyindən istifadə edib milyonlar qazandılar
-
25.06.2026"Orta əsrlərdə yaşayırsınız" dedi, çimərlikdən qovuldu
-
25.06.2026TƏBİB rəhbəri daha üç xəstəxananın direktorunu işdən çıxardı
-
25.06.2026“Azərişıq” ASC-yə ISO beynəlxalq standartları üzrə sertifikatlar təqdim olunub
-
25.06.2026Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı
-
25.06.202660 yaşlı kişi mağazada öldü
-
25.06.2026Azərbaycanda yeni rüsum müəyyənləşir - 70 manat
-
25.06.2026Dollar almaq istəyənlərin nəzərinə



