14.02.2026
Duzxeber.az: - Son günlər vəzifəsindən azad edilən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sabiq sədri Saleh Məmmədovun ailə üzvləri ilə bağlı məlumatlar ictimai müzakirələrə səbəb olub.
Bizimesr.az bildirir ki, məsələ sabiq sədrin oğlu, 1997-ci il təvəllüdlü Sübhan Məmmədli ilə bağlıdır. Açıq mənbələrdə və Böyük Britaniyanın rəsmi şirkət reyestrində yer alan məlumatlara əsasən, Sübhan Məmmədli gənc yaşlarında Avropada biznes fəaliyyəti ilə məşğuldur.
Məlumatlara görə, o, 20 yaşında Avstriyada, 21 yaşında isə Böyük Britaniyada şirkət təsis edib. Britaniya Ədliyyə Nazirliyinin şirkətlər üzrə açıq reyestr sənədlərində qeyd olunur ki, 13 dekabr 2018-ci il tarixində Sübhan Məmmədli Londonda fəaliyyət göstərən SPLENTO LTD şirkətinin paylarını alaraq şirkətə şərik olub.
Qeyd edək ki, SPLENTO LTD 18 may 2015-ci ildən fotoqrafiya və vizual xidmətlər sahəsində fəaliyyət göstərir. Şirkətin hüquqi ünvanı Londonun mərkəzində - Air Street 20 ünvanında yerləşir. Bu ərazi paytaxtın prestijli və yüksək kommersiya dəyərinə malik biznes zonalarından biri hesab olunur.
21 yaşlı bir şəxsin bu miqyasda biznes paylarını hansı maliyyə imkanları hesabına əldə etməsi necə baş verib?
Açıq mənbələrdə Sübhan Məmmədlinin həmin dövrə qədər iri investisiya fəaliyyəti və ya uzunmüddətli beynəlxalq biznes təcrübəsi barədə geniş məlumat mövcud deyil. Bu isə müxtəlif sualların yaranmasına səbəb olur.
Qanunvericiliyə əsasən, dövlət vəzifəli şəxslərin və onların yaxın ailə üzvlərinin gəlir mənbələrinin şəffaflığı ictimai etimad baxımından xüsusi əhəmiyyət daşıyır. Xüsusilə xaricdə yaradılan şirkətlər və əldə olunan biznes aktivləri ilə bağlı məlumatların açıq və aydın izahı ictimai maraq doğuran məsələlər sırasındadır.
Onu da qeyd edək ki, Saleh Məmmədov “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sabiq rəhbəri Rauf Vəliyevlə qudadır. Sübhan Məmmədli Rauf Vəliyevin qızı ilə ailə həyatı qurub.
Mövzu ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.//Bizimesr.az
Saleh Məmmədovun 21 yaşlı oğlu Londonda milyonluq biznesin sahibidir
Duzxeber.az: - Son günlər vəzifəsindən azad edilən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sabiq sədri Saleh Məmmədovun ailə üzvləri ilə bağlı məlumatlar ictimai müzakirələrə səbəb olub.Bizimesr.az bildirir ki, məsələ sabiq sədrin oğlu, 1997-ci il təvəllüdlü Sübhan Məmmədli ilə bağlıdır. Açıq mənbələrdə və Böyük Britaniyanın rəsmi şirkət reyestrində yer alan məlumatlara əsasən, Sübhan Məmmədli gənc yaşlarında Avropada biznes fəaliyyəti ilə məşğuldur.
Məlumatlara görə, o, 20 yaşında Avstriyada, 21 yaşında isə Böyük Britaniyada şirkət təsis edib. Britaniya Ədliyyə Nazirliyinin şirkətlər üzrə açıq reyestr sənədlərində qeyd olunur ki, 13 dekabr 2018-ci il tarixində Sübhan Məmmədli Londonda fəaliyyət göstərən SPLENTO LTD şirkətinin paylarını alaraq şirkətə şərik olub.
Qeyd edək ki, SPLENTO LTD 18 may 2015-ci ildən fotoqrafiya və vizual xidmətlər sahəsində fəaliyyət göstərir. Şirkətin hüquqi ünvanı Londonun mərkəzində - Air Street 20 ünvanında yerləşir. Bu ərazi paytaxtın prestijli və yüksək kommersiya dəyərinə malik biznes zonalarından biri hesab olunur.
21 yaşlı bir şəxsin bu miqyasda biznes paylarını hansı maliyyə imkanları hesabına əldə etməsi necə baş verib?
Açıq mənbələrdə Sübhan Məmmədlinin həmin dövrə qədər iri investisiya fəaliyyəti və ya uzunmüddətli beynəlxalq biznes təcrübəsi barədə geniş məlumat mövcud deyil. Bu isə müxtəlif sualların yaranmasına səbəb olur.
Qanunvericiliyə əsasən, dövlət vəzifəli şəxslərin və onların yaxın ailə üzvlərinin gəlir mənbələrinin şəffaflığı ictimai etimad baxımından xüsusi əhəmiyyət daşıyır. Xüsusilə xaricdə yaradılan şirkətlər və əldə olunan biznes aktivləri ilə bağlı məlumatların açıq və aydın izahı ictimai maraq doğuran məsələlər sırasındadır.
Onu da qeyd edək ki, Saleh Məmmədov “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sabiq rəhbəri Rauf Vəliyevlə qudadır. Sübhan Məmmədli Rauf Vəliyevin qızı ilə ailə həyatı qurub.
Mövzu ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.//Bizimesr.az
Oxşar xəbərlər
-
10.02.2026Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... FOTO -
3.02.2026QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - Dövlət büdcəsi məmurlar arasında belə bölüşdürülür -
28.01.2026Sarvan Cəfərov ekologiya və təbii sərvətlər naziri olacaq? - Təyinat gözlənilir -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ! -
10.12.202590-RB-009 nömrəli “Gelandewagen” görün kimin imiş: Biznes, siyasət və qalmaqallarla bağlı mediada geniş əks-səda doğuran şəxs (FOTO-VİDEO)
Xəbər lenti
-
25.06.2026Bakıda "Range Rover" ağır qəza törətdi: ölən var
-
25.06.2026Vinisius Ançelottidən hədiyyə gözləyir
-
25.06.2026Aqşin Fatehin restoranı yenə bağlandı
-
25.06.2026Bakıdakı metro stansiyalardan birində lift olacaq
-
25.06.2026Ötən il 764 xarici diplom tanınmayıb - Rəsmi
-
25.06.2026Ötən gün 62 cinayətin üstü açılıb
-
25.06.2026Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı
-
25.06.2026Türkiyədə binada yanğın: Ölənlər var
-
25.06.2026“AFB Bank”ın eks-filial müdiri 12 min “otkat” alıb
-
25.06.2026“AzerGold” QSC və onun törəmə şirkətlərinin 2025-ci ilin yekunlarına dair maliyyə nəticələri açıqlanıb
-
25.06.2026Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm xəbər: Tikinti bu tarixdə başlayır
-
25.06.2026Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq
-
25.06.2026Ukrayna strateji bölgəni azad etdi
-
25.06.2026Təl-Əvivdən Moskvaya uçuşlar dayandırıldı
-
25.06.2026Həvəsinə görə məhkəməlik oldu - Bakıda gənc oğlanın ŞOK ƏMƏLİ
-
25.06.2026İyunun 26-da hava dəyişir: Yağış yağacaq, şimşək çaxacaq
-
25.06.2026Azərbaycan Suriyada 10 məktəbin yenidən inşasına, daha 100-nün bərpasına dəstək verəcək
-
25.06.2026Azərbaycanda məsafədən verilən istehlak kreditlərinə dair yeni tələblər müəyyənləşdirilib
-
25.06.2026II və III ixtisas qrupları üzrə 2-ci cəhd imtahanı bu tarixdə keçiriləcək
-
25.06.2026“Qarabağ”dan 2.7 milyonluq transfer - Artıq Bakıdadır
-
25.06.2026Azərbaycanın bank sektorunun aktivləri artıb
-
25.06.2026Metrodan istifadə edənlərin DİQQƏTİNƏ - Dəyişiklik olacaq
-
25.06.2026Ölü insanların kimliyindən istifadə edib milyonlar qazandılar
-
25.06.2026"Orta əsrlərdə yaşayırsınız" dedi, çimərlikdən qovuldu
-
25.06.2026TƏBİB rəhbəri daha üç xəstəxananın direktorunu işdən çıxardı
-
25.06.2026“Azərişıq” ASC-yə ISO beynəlxalq standartları üzrə sertifikatlar təqdim olunub
-
25.06.2026Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı
-
25.06.202660 yaşlı kişi mağazada öldü
-
25.06.2026Azərbaycanda yeni rüsum müəyyənləşir - 70 manat
-
25.06.2026Dollar almaq istəyənlərin nəzərinə



