Canlı yayım
26-02-2026, 09:00

Xocalı soyqırımı – Millətin qan yaddaşı

26 fevral – Azərbaycan xalqının tarixində silinməz iz buraxmış bir gündür. Xocalı soyqırımı təkcə bir şəhərin faciəsi deyil, bütöv bir millətin yaddaşına yazılmış ağır bir dərsdir. Bu tarix həm hüznümüz, həm də ədalət uğrunda mübarizə əzmimizin simvoludur.


1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Xocalıda dinc əhaliyə qarşı misli görünməmiş qəddarlıq törədildi. 613 nəfər qətlə yetirildi, onlardan 63-ü uşaq, 106-sı qadın idi. Ailələr məhv edildi, uşaqlar valideynlərini, valideynlər övladlarını itirdi. Bu, insanlığa qarşı yönəlmiş ağır cinayət idi.

Xocalı faciəsi Azərbaycan xalqını sarsıtsa da, sındıra bilmədi. Əksinə, bu ağrı milli birliyi möhkəmləndirdi, haqqın və ədalətin bərqərar olması üçün mübarizə ruhunu gücləndirdi. Bu gün Xocalı şəhidlərinin ruhu qarşısında baş əyərkən bir həqiqəti bir daha xatırladırıq: tarix unudulmur və unutdurulmur.


Duzxeber.az olaraq bəyan edirik ki, Xocalı soyqırımının həqiqətləri daim gündəmdə saxlanmalı, gələcək nəsillərə ötürülməlidir. Çünki yaddaşını qoruyan xalq gələcəyini də qoruyur.


Şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla anırıq.


Xocalı – qan yaddaşımız, milli qürurumuz və ədalət çağırışımızdır.


Xəbər lenti