“Azərbaycan Respublikasının Kino Agentliyi” publik hüquqi şəxsi “Sözün varsa, de!” tammetrajlı bədii filminin istehsalının həyata keçirilməsi xidmətlərinə və hüquqlarının alınmasına 400 000 AZN sərf edəcək.

Duzxeber.az-ın Pravda.az-a istinad  xəbərinə görə, vəsait “Seyidbəyli Film” MMC-yə köçürüləcək.

Tərəflər arasında bağlanan müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib. MMC-nin rəhbəri Seymur Oktay oğlu Seyid-Bəylidir.

Paylaş