Sosial şəbəkələrdə satışı həyata keçirilən sosiska məhsulu ilə bağlı görüntülər yayılıb.

DuzXeber.az xəbər verir ki, videoda “Ovçular” markasının “Külləmə” adlı sosiskasının içərisindən tükə bənzər yad cismin çıxdığı iddia olunur.

Videonu çəkən şəxs məhsulun qiymətinin 6,75 manat olduğunu bildirir və görüntülərdə məhsulun içərisində olduğu iddia edilən tükü kameraya göstərir.

Şəxs videoda əvvəlcə məhsulun içərisindəki yad cismi göstərərək onun tük olduğunu iddia edir. Daha sonra həmin hissəni məhsuldan çıxararaq kameraya nümayiş etdirir.

Məsələ ilə bağlı məhsulun istehsalçısının və aidiyyəti qurumların açıqlaması olarsa, təqdim edəcəyik.

Paylaş