25.03.2026
Duzxeber.az: - Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli ilə bağlı sosial şəbəkələrdə yayılan sənədlər ictimai müzakirələrə səbəb olub. Söhbət onun ali təhsili barədə yayılan diplom şəkillərindən gedir.
Yayılan diplom məlumatlarına əsasən, Sənan Mənsimli 2009–2013-cü illərdə Azərbaycan Texnologiya Universitetində bakalavr təhsili alıb. Sənəddə göstərilir ki, o, Telekommunikasiya fakültəsinin “Rabitə qovşaqları və kommutasiya sistemləri” ixtisası üzrə təhsil alıb. Bu ixtisas texniki sahəyə aid olmaqla, nə “idarəetmə”, nə də “təhsil” profilli ixtisaslar sırasına daxil deyil.

Mediatv.az bildirir ki, maraqlı məqam ondan ibarətdir ki, hazırda Sənan Mənsimli ölkənin strateji əhəmiyyət daşıyan regionlarından biri olan Qarabağda təhsil sisteminin idarə olunmasına cavabdeh əsas vəzifəli şəxsdir. Halbuki onun ali təhsil ixtisası ilə tutduğu vəzifə arasında açıq uyğunluq görünmür.Məsələ təkcə ictimai maraq doğuran faktla bitmir — burada qanunvericiliyin tələbləri ilə tutulan vəzifə arasındakı uyğunluq sualı ortaya çıxır.“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 29.0.3-cü maddəsinə əsasən:Təhsil müəssisələrinin və təhsili idarəetmə orqanlarının rəhbər işçiləri müvafiq sahə üzrə ali təhsilə və pedaqoji, elmi-pedaqoji və ya idarəetmə fəaliyyətinə dair peşə hazırlığına malik olmalıdırlar.Texniki rabitə ixtisası üzrə bakalavr təhsilinin təhsil idarəçiliyi anlayışı ilə hansı formada uyğunlaşdırıldığı isə sual doğurur.“Dövlət qulluğu haqqında” Qanunun 7.0.2-ci maddəsində qeyd olunur ki, dövlət qulluğuna qəbul zamanı: vəzifənin icrası üçün zəruri olan ixtisas və peşə hazırlığı əsas meyar hesab edilir.Eyni zamanda, 28-ci maddəyə əsasən:dövlət qulluqçusu tutduğu vəzifəyə peşə yararlılığı baxımından uyğun olmalıdır.Regional təhsil idarəsi müdiri vəzifəsi isə yüksək səviyyəli sahə biliyi, normativ-hüquqi biliklər və təhsil menecmenti bacarıqları tələb edən postdur.Elm və Təhsil Nazirliyinin səlahiyyətlərini müəyyən edən normativ aktlara görə, nazirlik təhsil sahəsində kadr siyasətinin formalaşdırılmasına,rəhbər vəzifələrə peşəkar kadrlan seçilməsinə cavabdehdir. Bu baxımdan, texniki rabitə ixtisası üzrə ali təhsil almış bir şəxsin Qarabağ Regional Təhsil İdarəsinə rəhbər təyin edilməsi kadr siyasətində istisna haldırmı, yoxsa sistemli yanaşmanın nəticəsidir?
Hazırda Təhsil Nazirliyinin rəsmi səhifəsində belə bir iddianı təsdiq və ya inkar edən açıqlama yer almır.Sosial şəbəkələrdə yayılan məlumata görə S.Mənsimli Emin Əmrullayevin yaxın dostudur.O nazirin dostu olduğu üçün bu vəzifəyə sahiblənə bilib. Sənan Mənsimlinin təhsil sahəsi üzrə əlavə ixtisaslaşması, magistratura və ya idarəetmə təhsili varmı?Əgər yoxdursa, bu təyinat “Təhsil haqqında” Qanunun 29-cu maddəsinin tələblərinə necə uyğunlaşdırılıb?Qarabağ kimi strateji və həssas regionda təhsilin idarə edilməsi eksperimental kadr yanaşması iləmi həyata keçirilir?
Qarşı tərəfin cavab haqqını tanıyırıq.// Mediatv.az
Qarabağ Regional Təhsil İdarəsinin müdiri hansı peşə hazırlığına malikdir?
Duzxeber.az: - Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli ilə bağlı sosial şəbəkələrdə yayılan sənədlər ictimai müzakirələrə səbəb olub. Söhbət onun ali təhsili barədə yayılan diplom şəkillərindən gedir.Yayılan diplom məlumatlarına əsasən, Sənan Mənsimli 2009–2013-cü illərdə Azərbaycan Texnologiya Universitetində bakalavr təhsili alıb. Sənəddə göstərilir ki, o, Telekommunikasiya fakültəsinin “Rabitə qovşaqları və kommutasiya sistemləri” ixtisası üzrə təhsil alıb. Bu ixtisas texniki sahəyə aid olmaqla, nə “idarəetmə”, nə də “təhsil” profilli ixtisaslar sırasına daxil deyil.

Mediatv.az bildirir ki, maraqlı məqam ondan ibarətdir ki, hazırda Sənan Mənsimli ölkənin strateji əhəmiyyət daşıyan regionlarından biri olan Qarabağda təhsil sisteminin idarə olunmasına cavabdeh əsas vəzifəli şəxsdir. Halbuki onun ali təhsil ixtisası ilə tutduğu vəzifə arasında açıq uyğunluq görünmür.Məsələ təkcə ictimai maraq doğuran faktla bitmir — burada qanunvericiliyin tələbləri ilə tutulan vəzifə arasındakı uyğunluq sualı ortaya çıxır.“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 29.0.3-cü maddəsinə əsasən:Təhsil müəssisələrinin və təhsili idarəetmə orqanlarının rəhbər işçiləri müvafiq sahə üzrə ali təhsilə və pedaqoji, elmi-pedaqoji və ya idarəetmə fəaliyyətinə dair peşə hazırlığına malik olmalıdırlar.Texniki rabitə ixtisası üzrə bakalavr təhsilinin təhsil idarəçiliyi anlayışı ilə hansı formada uyğunlaşdırıldığı isə sual doğurur.“Dövlət qulluğu haqqında” Qanunun 7.0.2-ci maddəsində qeyd olunur ki, dövlət qulluğuna qəbul zamanı: vəzifənin icrası üçün zəruri olan ixtisas və peşə hazırlığı əsas meyar hesab edilir.Eyni zamanda, 28-ci maddəyə əsasən:dövlət qulluqçusu tutduğu vəzifəyə peşə yararlılığı baxımından uyğun olmalıdır.Regional təhsil idarəsi müdiri vəzifəsi isə yüksək səviyyəli sahə biliyi, normativ-hüquqi biliklər və təhsil menecmenti bacarıqları tələb edən postdur.Elm və Təhsil Nazirliyinin səlahiyyətlərini müəyyən edən normativ aktlara görə, nazirlik təhsil sahəsində kadr siyasətinin formalaşdırılmasına,rəhbər vəzifələrə peşəkar kadrlan seçilməsinə cavabdehdir. Bu baxımdan, texniki rabitə ixtisası üzrə ali təhsil almış bir şəxsin Qarabağ Regional Təhsil İdarəsinə rəhbər təyin edilməsi kadr siyasətində istisna haldırmı, yoxsa sistemli yanaşmanın nəticəsidir?
Hazırda Təhsil Nazirliyinin rəsmi səhifəsində belə bir iddianı təsdiq və ya inkar edən açıqlama yer almır.Sosial şəbəkələrdə yayılan məlumata görə S.Mənsimli Emin Əmrullayevin yaxın dostudur.O nazirin dostu olduğu üçün bu vəzifəyə sahiblənə bilib. Sənan Mənsimlinin təhsil sahəsi üzrə əlavə ixtisaslaşması, magistratura və ya idarəetmə təhsili varmı?Əgər yoxdursa, bu təyinat “Təhsil haqqında” Qanunun 29-cu maddəsinin tələblərinə necə uyğunlaşdırılıb?Qarabağ kimi strateji və həssas regionda təhsilin idarə edilməsi eksperimental kadr yanaşması iləmi həyata keçirilir?
Qarşı tərəfin cavab haqqını tanıyırıq.// Mediatv.az
Oxşar xəbərlər
-
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
26.01.2026Təhsil sistemində ixtisas paradoksu:Mühasibdən paytaxt təhsilinin idarəçisinə aparan yol -
14.01.2026Ceyhun Kərəmovun yoxa çıxardığı milyonlar – Peşə Təhsil Mərkəzləri pulu hara xərcləyib? -
13.01.2026Pedaqoji təhsili olmayan məmur regional təhsilə necə rəhbərlik etdi? – Qanunlar nə deyir? -
5.01.2026Qarabağ Regional Təhsil İdarəsinin müdiri hansı peşə hazırlığına malikdir?
Xəbər lenti
-
23.06.2026Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var
-
23.06.2026Azərbaycanda hansı hallarda saytlara giriş məhdudlaşdırıla bilər?
-
23.06.2026Portuqaliya və İngiltərə ikinci oyununa çıxır
-
23.06.2026Hacı Şahinin oğlu məzun oldu
-
23.06.2026Qəbələdə 4 ton çətənə kolu məhv edildi
-
23.06.2026Litvanın Baş naziri istefa verdi
-
23.06.2026Bütün sosial ödənişlər bu tarixdə ödəniləcək
-
23.06.2026Xankəndidə kafedə İNSİDENT: həbs olunanlar var
-
23.06.2026İşdən çıxamağınızla bağlı ərizə yazmayın - Təhsil eksperti
-
23.06.2026İlham Əliyev həmkarını yola saldı
-
23.06.2026"Kəpəz" yeni baş məşqçisini açıqladı
-
23.06.2026Bir gecəyə silsilə oğurluqlar edən TUTULDU
-
23.06.2026Şəhid övladları liseyə qəbul olundular - ADLAR
-
23.06.2026"Politico": Cənubi Koreya dünyanın ən böyük silah təchizatçıları siyahısına düşüb
-
23.06.2026"Vaşinqtona etimad göstərmirik" - İran
-
23.06.2026Quterreş süni intellekt şirkətlərinə ÇAĞIRIŞ etdi
-
23.06.2026Yumurta yenidən bahalaşdı – 15 qəpik oldu
-
23.06.2026Özbəkistanda korrupsiyaya yol vermiş şəxslər reyestrə daxil ediləcək
-
23.06.2026Sabah bəzi yerlərə yağış yağacaq - PROQNOZ
-
23.06.2026Rusiya Ermənistana xəbərdarlıq etdi
-
23.06.2026Aİ rəsmisi: Orta Dəhlizi Türkiyəsiz təsəvvür etmək mümkün deyil
-
23.06.2026Kənd təsərrüfatı torpaqları 5 hektardan az satmaq mümkün olmayacaq
-
23.06.2026Bakı zooparkı ləğv olunur
-
23.06.2026Təbiəti çirkləndirənlərə ağır cəza: Azərbaycanda 7 min manatadək yeni cərimə
-
23.06.2026Azərbaycanda ən çox sürülən maşınlar - STATİSTİKA
-
23.06.2026TƏBİB-in icraçı direktoru Şuşada vətəndaşları qəbul edəcək
-
23.06.2026Toyda SİLAHLI İNSİDENT: yeniyetmə 11 nəfəri güllələdi
-
23.06.2026“Azeri Light” 80 dollara satılır
-
23.06.2026Keçmiş icra başçısına yeni vəzifə verildi - Foto
-
23.06.2026"Badam" klinikasının direktoru istefa verdi - SƏBƏB



