28-03-2026, 18:00
"Ənənəvi olaraq hər il fevralın sonu martın əvvəllərində tikinti bazarı aktivləşir. Bu aktivləşmə fonunda fərdi mənzillər üçün torpaq sahələrinə tələb artır. Tələb artdıqca qiymətlər də yüksəlir. Proqnozlara görə bu il perspektiv inkişaf planına daxil olan torpaqların qiyməti daha çox artacaq”. Bunu Abşeron yarımadasındakı torpaq sahələrinin qiyməti ilə bağlı Bizim.Media-ya danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətin sədri Vüqar Oruc deyib.
O bildirib ki, Masazır, Xocəsən, Hökməli, Binəqədi ətrafı və Sulutəpə ərazisində tikinti aktivləşdiyinə görə bu ərazilərdə torpağın qiymətinin daha çox artımı gözlənilir:
"Dənizkənarı ərazilərdəki torpaqlara da tələbat artacaq. Çünki imkanlı şəxslər özləri üçün "bağ evi” inşa etdirməyə üstünlük verirlər. "Bağ evi” üçün də arzuolunan ərazi dəniz sahilləridir. Bu mənada "bağ evləri” üçün torpaq sahələrinə bu il ehtiyac daha böyük olacaq. Ənənəvi olaraq Mərdəkan, Şüvəlan, Buzovna, Bilgəh və Novxanı ərazilərində bağ həvəskarları torpaq axtarır. Hazırda bu ərazilərdə torpağın qiyməti 40-50 min manatdan başlayır. "SEA Breeze”ə yaxın ərazilərdə isə qiymətlər 70-80 minə çatır.
Paytaxta gəldikdə isə onu demək olar ki, hazırda ən çox tikinti Nərimanov, Xətai rayonlarında gedir. Xətai rayonun "Qara şəhər” ərazisində, Babək prospektinin və Həzi Aslanov metrosunun ətrafında mənzil tikintisi sürətlə davam edir. Zığ və Hövsan qəsəbələrində də tikinti bumu var. Bu ərazilərdə qiymətlərin artması qaçılmazdır.
Adını çəkdiyim ərazilərdə torpağın qiymətinin 20-25 faiz yüksəlməsi gözlənilir. Qobu-Hökməli yolunun yenidən inşası və Ziya Bünyadov prospekti ilə Heydər Əliyev prospektinin kəsişməsində yeni kompleksin tikintisinə hazırlıq həmin ərazilərdə torpaq sahələrinin qiymət artımını qaçılmaz edəcək”.
Bəs hansı ərazilərdi torpaqların qiymətində böyük dəyişiklik?
Müsahibimiz əsaslı qiymət artımı gözlənilməyən əraziləri də qeyd edib:
"Bəzi ərazilər var ki, orada qiymət artımı gözlənilmir. Qaradağ və Pirallahı rayonlarının, eləcə də Xəzər rayonun cənub-qərb ərazilərində torpaqların qiymətində ciddi artım gözlənilmir. Ən yaxşı halda həmin ərazilərdə qiymətlər çox cüzi yüksələ bilər”.
Torpaq kəskin bahalaşacaq
"Ənənəvi olaraq hər il fevralın sonu martın əvvəllərində tikinti bazarı aktivləşir. Bu aktivləşmə fonunda fərdi mənzillər üçün torpaq sahələrinə tələb artır. Tələb artdıqca qiymətlər də yüksəlir. Proqnozlara görə bu il perspektiv inkişaf planına daxil olan torpaqların qiyməti daha çox artacaq”. Bunu Abşeron yarımadasındakı torpaq sahələrinin qiyməti ilə bağlı Bizim.Media-ya danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətin sədri Vüqar Oruc deyib.O bildirib ki, Masazır, Xocəsən, Hökməli, Binəqədi ətrafı və Sulutəpə ərazisində tikinti aktivləşdiyinə görə bu ərazilərdə torpağın qiymətinin daha çox artımı gözlənilir:
"Dənizkənarı ərazilərdəki torpaqlara da tələbat artacaq. Çünki imkanlı şəxslər özləri üçün "bağ evi” inşa etdirməyə üstünlük verirlər. "Bağ evi” üçün də arzuolunan ərazi dəniz sahilləridir. Bu mənada "bağ evləri” üçün torpaq sahələrinə bu il ehtiyac daha böyük olacaq. Ənənəvi olaraq Mərdəkan, Şüvəlan, Buzovna, Bilgəh və Novxanı ərazilərində bağ həvəskarları torpaq axtarır. Hazırda bu ərazilərdə torpağın qiyməti 40-50 min manatdan başlayır. "SEA Breeze”ə yaxın ərazilərdə isə qiymətlər 70-80 minə çatır.
Paytaxta gəldikdə isə onu demək olar ki, hazırda ən çox tikinti Nərimanov, Xətai rayonlarında gedir. Xətai rayonun "Qara şəhər” ərazisində, Babək prospektinin və Həzi Aslanov metrosunun ətrafında mənzil tikintisi sürətlə davam edir. Zığ və Hövsan qəsəbələrində də tikinti bumu var. Bu ərazilərdə qiymətlərin artması qaçılmazdır.
Adını çəkdiyim ərazilərdə torpağın qiymətinin 20-25 faiz yüksəlməsi gözlənilir. Qobu-Hökməli yolunun yenidən inşası və Ziya Bünyadov prospekti ilə Heydər Əliyev prospektinin kəsişməsində yeni kompleksin tikintisinə hazırlıq həmin ərazilərdə torpaq sahələrinin qiymət artımını qaçılmaz edəcək”.
Bəs hansı ərazilərdi torpaqların qiymətində böyük dəyişiklik?
Müsahibimiz əsaslı qiymət artımı gözlənilməyən əraziləri də qeyd edib:
"Bəzi ərazilər var ki, orada qiymət artımı gözlənilmir. Qaradağ və Pirallahı rayonlarının, eləcə də Xəzər rayonun cənub-qərb ərazilərində torpaqların qiymətində ciddi artım gözlənilmir. Ən yaxşı halda həmin ərazilərdə qiymətlər çox cüzi yüksələ bilər”.
Oxşar xəbərlər
-
23-03-2026, 14:15Bakıda yeni nəqliyyat dəhlizləri yaradılır -
17-03-2026, 13:15Bakıda daha 7 marşrut xəttinin avtobusları tam elektrikləşdirildi -
21-01-2026, 17:30Vidadi Zeynalovun milyonluq əmlakları satışa çıxarılır - SİYAHI -
7-01-2026, 17:30“Xəzər Dəniz Gəmiçiliyi” batır – dəhşətli borc, qaranlıq əməliyyatlar -
24-12-2025, 14:00Şüvəlanda Ruslan Eyyubovun “Tarkhan” sirli limanı? -Fotofakt
Xəbər lenti
-
Dün, 15:00Heydər Əliyev Mərkəzində "İz" sənədli filminin nümayişi olub
-
Dün, 14:30Deputat oğlunun Dubayda milyonluq mənzilləri üzə çıxdı
-
Dün, 14:15Ötən gün cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb
-
Dün, 14:00AZAL Təl-Əvivə uçuşları bərpa edir
-
Dün, 13:45Azərbaycanda icbari sığorta bazarı 28 %-dən çox kiçilib
-
Dün, 13:15Aeroport şosesində qəza olub, yolda sıxlıq yaranıb
-
Dün, 13:00Yol Polisi həftəsonu yollardakı vəziyyətlə bağlı sürücülərə xəbərdarlıq edib
-
Dün, 12:30Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərlə Şuşadan foto paylaşıb
-
Dün, 12:15Tərtərdə 48 yaşlı kişi arı sancmasından ölüb
-
Dün, 12:00Prezidentin köməkçisi: Şuşadakı Qazançı kilsəsi ilkin görkəminə qaytarılıb
-
Dün, 11:30Bakıda ucuz mebel adı altında sosial şəbəkələrdə dələduzluq edən keçmiş məhkum saxlanılıb
-
Dün, 11:15Diplomatik korpusun nümayəndələri Laçına yola düşüb
-
Dün, 11:15Azərbaycan neftinin qiyməti 2 %-dən çox azalıb
-
Dün, 11:00Tramp: Netanyahu və Aun mayın 11-də görüşə bilər
-
Dün, 10:30Xəzərdə zəlzələ olub
-
Dün, 10:15Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb
-
Dün, 10:00Cüdoçularımız ilk günü medalsız bitirdilər
-
Dün, 09:45Rusiyada evdə baş verən yanğında 7 nəfərlik ailə ölüb
-
Dün, 09:30Rusiya XİN: BMT TŞ-nin beş üzvü arasındakı deqradasiya strateji risklərin artmasına səbəb olub
-
Dün, 09:15Tramp: ABŞ Yaxın Şərq ölkələrində güc strukturunu yeniləməyə davam edəcək
-
Dün, 09:00“Riyad” ticarət mərkəzində mebel sexi yanıb
-
1-05-2026, 18:00Azərbaycanda bu kanalların rəhbərləri HƏBS EDİLDİ
-
1-05-2026, 17:45Tbilisidə səyyar ASAN xidmət: Azərbaycan vətəndaşları üçün xidmətlər göstəriləcək
-
1-05-2026, 17:30Pineviç: Ağdamda aqroşəhərcik layihəsinin həyata keçirilməsinə 2027-ci ildə başlanacaq
-
1-05-2026, 17:15Gevorq Papoyan: "Azərbaycandan tədarük olmasaydı, Ermənistanda benzin daha baha olardı"
-
1-05-2026, 17:00AMB "Baku Pay"ə icrası məcburi göstəriş verdi
-
1-05-2026, 16:45Bakıda əməliyyat: “bank əməkdaşları” saxlanıldı
-
1-05-2026, 16:30Bakı Metropoliteni hakaton layihəsinə start verir
-
1-05-2026, 16:15İlham Haqverdiyev məhkəmə zalından azadlığa buraxıldı
-
1-05-2026, 16:00Ermənistan da daxil, bütün qonşularımızla…


