27.06.2026
Hərbi xidmətdən yayınan şəxslər barədə qanunvericiliyə uyğun olaraq mərhələli tədbirlər görülür.
DuzXeber.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-mayor Mürsəl İbrahimov APA İnformasiya Agentliyinə və REAL televiziyasına müsahibəsində deyib.
General-mayor bildirib ki, ilk növbədə hərbi xidmətdən yayınan şəxslərin müəyyən edilməsi və tapılması istiqamətində ərazi polis orqanları ilə birgə axtarış tədbirləri həyata keçirilir.
Onun sözlərinə görə, həmin şəxslər aşkar edildikdə inzibati məsuliyyətə cəlb olunurlar. Yayınma davam etdiyi halda isə onlar barəsində ölkədən çıxışa, o cümlədən sərhədi keçməyə məhdudiyyət tətbiq edilir.
Mürsəl İbrahimov qeyd edib ki, şəxsin tapılması mümkün olmadıqda materiallar hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilir.
"Artıq Cinayət Məcəlləsinin 321-ci maddəsinin qeyd hissəsində bununla bağlı dəyişikliklər də öz əksini tapıb", – deyə Dövlət Xidmətinin rəisi vurğulayıb.
O əlavə edib ki, rəhbərlik etdiyi qurum hərbi xidmətdən yayınma hallarının kriminallaşdırılmasında maraqlı deyil və vətəndaşları qanunun tələblərinə əməl etməyə çağırıb.
Hərbi xidmətdən yayınanları bu CƏZALAR GÖZLƏYİR
Hərbi xidmətdən yayınan şəxslər barədə qanunvericiliyə uyğun olaraq mərhələli tədbirlər görülür.DuzXeber.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-mayor Mürsəl İbrahimov APA İnformasiya Agentliyinə və REAL televiziyasına müsahibəsində deyib.
General-mayor bildirib ki, ilk növbədə hərbi xidmətdən yayınan şəxslərin müəyyən edilməsi və tapılması istiqamətində ərazi polis orqanları ilə birgə axtarış tədbirləri həyata keçirilir.
Onun sözlərinə görə, həmin şəxslər aşkar edildikdə inzibati məsuliyyətə cəlb olunurlar. Yayınma davam etdiyi halda isə onlar barəsində ölkədən çıxışa, o cümlədən sərhədi keçməyə məhdudiyyət tətbiq edilir.
Mürsəl İbrahimov qeyd edib ki, şəxsin tapılması mümkün olmadıqda materiallar hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilir.
"Artıq Cinayət Məcəlləsinin 321-ci maddəsinin qeyd hissəsində bununla bağlı dəyişikliklər də öz əksini tapıb", – deyə Dövlət Xidmətinin rəisi vurğulayıb.
O əlavə edib ki, rəhbərlik etdiyi qurum hərbi xidmətdən yayınma hallarının kriminallaşdırılmasında maraqlı deyil və vətəndaşları qanunun tələblərinə əməl etməyə çağırıb.
Oxşar xəbərlər
-
24.04.2026SHXÇDX-nin rüşvət almaqda təqsirləndirilən 8 vəzifəli şəxsi həbs edilib - BİRGƏ MƏLUMAT -
16.03.2026Prezident 2 Fərman İMZALADI -
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
30.01.2026Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ!
Xəbər lenti
-
27.06.2026İtaliyanın ən uzun çayı quruyur
-
27.06.2026“İskəndər” raket istehsalı zavodu vuruldu
-
27.06.2026Xorultunun qarşısını dərmansız necə almaq olar?
-
27.06.2026Ukraynanın MiQ-29 qırıcısı qəzaya uğrayıb
-
27.06.2026Hərbi xidmətdən yayınanları bu CƏZALAR GÖZLƏYİR
-
27.06.2026Rusiya bu yaşayış məntəqəsini işğal etdi
-
27.06.2026Sosial şəbəkələrdə "myGov" iddiası - Sistemdə olmayan analiz nəticələri görünür
-
27.06.2026Əmisi oğlunun toyundan 13 yaşlı qızı qaçırdı, 8 il sonra həbs olundu
-
27.06.2026Binəqədidə yol çökdü, sürücülər çətin vəziyyətə düşdü - Video
-
27.06.2026Bakı-Naxçıvan aviareysləri ləğv edilib
-
27.06.2026Ukraynanın Volqoqrada hücumu nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb
-
27.06.2026Deputatlarımız Tblisiyə gedir
-
27.06.2026Dörd günlük güclü maqnit qasırğası olacaq
-
27.06.2026Azərbaycanda bazar günü hava yağmurlu olacaq
-
27.06.2026Dilarə Səlim vəzifəsindən azad edilib? - Açıqlama
-
27.06.2026Cəlilabadda yaşayış evi yanaraq kül oldu
-
27.06.2026Rusiya Zaporojye və Xarkovdakı YDM-lərə zərbələr endirib
-
27.06.2026Bu ölkədə son 50 ilin ən isti günü qeydə alındı
-
27.06.2026Onlara general rütbəsi verildi – SİYAHI
-
27.06.2026Bu gün Bakıda UFC turniri keçiriləcək
-
27.06.2026Azərbaycan duz istehsalını artırıb
-
27.06.2026Bakıda yeniyetmə motosikletlə avtomobilə çırpıldı, ağır xəsarət aldı
-
27.06.2026İsti avtomobili saniyələr içində necə sərinlətmək olar?
-
27.06.2026Çimərliyə getmək istəyənlərin nəzərinə!
-
27.06.2026DYP yağışlı hava ilə bağlı sürücülərə müraciət etdi
-
27.06.2026Zelenski: Ukrayna 9500-dən çox vətəndaşını əsirlikdən qaytarıb
-
27.06.2026Rusiya NATO-ya hücum üçün bəhanə axtarır - Sikorski
-
27.06.2026İsrail qoşunlarını Livandan çıxaracaq - Bu şərtlər yerinə yetirildikdə...
-
27.06.2026Fransada anomal istilər səbəbindən ölən uşaqların sayı dördə çatıb
-
26.06.2026Rusiya Federasiyasının Həştərxan vilayətinin rəsmi nümayəndələri Qubadlıda...



