16.04.2026
Azərbaycanda hərbi xidmətini başa vuraraq ehtiyata keçirilən vətəndaşların yaşayış yeri üzrə qeydiyyata düşməsi üçün müəyyən edilən vaxt uzadılıb.
Duzxeber.az bildirir ki, Prezident İlham Əliyev tərəfindən təsdiqlənən "Hərbi xidmətkeçmə haqqında" Əsasnaməyə edilən yeni dəyişikliyə əsasən, bu proses üçün ayrılan müddət artıq daha uzundur.
Yeni qaydalara görə, ordudan tərxis olunan şəxslər yaşayış yerinə çatdıqdan sonra 7 gün ərzində müvafiq icra hakimiyyəti orqanına müraciət edərək hərbi qeydiyyata alınmalıdırlar. Qeyd edək ki, əvvəlki qanunvericilikdə bu müddət cəmi 3 gün idi. Bu dəyişiklik hərbi vəzifəlilərə sənədləşmə işlərini daha rahat həyata keçirmək imkanı yaradır.
Sənəddə həmçinin qeyd olunur ki, hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerini 3 aydan çox müddətə dəyişdikdə mütləq şəkildə əvvəlki qeydiyyatdan çıxmalı və yeni olduqları yer üzrə qeydiyyata durmalıdırlar. Bu qayda hərbi uçotun dəqiqliyini təmin etmək məqsədi daşıyır.
Ehtiyatda olan vətəndaşların tibbi müayinə məsələlərinə də yenidən baxılıb. Belə ki, xəstəlik səbəbindən xidmət keçmədən ehtiyata buraxılan şəxslər 30 yaşına qədər yenidən müayinə oluna bilərlər. Əgər tibbi komissiya onların xidmətə yararlı olduğunu müəyyən edərsə, həmin şəxslər yenidən çağırışçı statusuna qaytarılır və ümumi qaydada hərbi xidmətə cəlb olunurlar. Bu prosesə cəlb olunan həkimlərin və tibbi heyətin iş yerlərindəki orta aylıq əməkhaqlarının saxlanılması da qanunla zəmanət altına alınıb.
Yəni hərbi xidmətdən qayıdan şəxslər artıq 3 gün deyil, bir həftə ərzində hərbi komissarlığa gedib qeydiyyata düşməlidirlər. Həmçinin vaxtilə xəstəliyə görə xidmət etməyənlər 30 yaşına qədər sağalarlarsa, yenidən əsgər getməli olacaqlar.//demokrat.az
Prezident hərbi xidmətlə bağlı qanuna dəyişikliklər etdi
Azərbaycanda hərbi xidmətini başa vuraraq ehtiyata keçirilən vətəndaşların yaşayış yeri üzrə qeydiyyata düşməsi üçün müəyyən edilən vaxt uzadılıb.Duzxeber.az bildirir ki, Prezident İlham Əliyev tərəfindən təsdiqlənən "Hərbi xidmətkeçmə haqqında" Əsasnaməyə edilən yeni dəyişikliyə əsasən, bu proses üçün ayrılan müddət artıq daha uzundur.
Yeni qaydalara görə, ordudan tərxis olunan şəxslər yaşayış yerinə çatdıqdan sonra 7 gün ərzində müvafiq icra hakimiyyəti orqanına müraciət edərək hərbi qeydiyyata alınmalıdırlar. Qeyd edək ki, əvvəlki qanunvericilikdə bu müddət cəmi 3 gün idi. Bu dəyişiklik hərbi vəzifəlilərə sənədləşmə işlərini daha rahat həyata keçirmək imkanı yaradır.
Sənəddə həmçinin qeyd olunur ki, hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerini 3 aydan çox müddətə dəyişdikdə mütləq şəkildə əvvəlki qeydiyyatdan çıxmalı və yeni olduqları yer üzrə qeydiyyata durmalıdırlar. Bu qayda hərbi uçotun dəqiqliyini təmin etmək məqsədi daşıyır.
Ehtiyatda olan vətəndaşların tibbi müayinə məsələlərinə də yenidən baxılıb. Belə ki, xəstəlik səbəbindən xidmət keçmədən ehtiyata buraxılan şəxslər 30 yaşına qədər yenidən müayinə oluna bilərlər. Əgər tibbi komissiya onların xidmətə yararlı olduğunu müəyyən edərsə, həmin şəxslər yenidən çağırışçı statusuna qaytarılır və ümumi qaydada hərbi xidmətə cəlb olunurlar. Bu prosesə cəlb olunan həkimlərin və tibbi heyətin iş yerlərindəki orta aylıq əməkhaqlarının saxlanılması da qanunla zəmanət altına alınıb.
Yəni hərbi xidmətdən qayıdan şəxslər artıq 3 gün deyil, bir həftə ərzində hərbi komissarlığa gedib qeydiyyata düşməlidirlər. Həmçinin vaxtilə xəstəliyə görə xidmət etməyənlər 30 yaşına qədər sağalarlarsa, yenidən əsgər getməli olacaqlar.//demokrat.az
Oxşar xəbərlər
-
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
14.02.2026İlham Əliyev "France 24"ə müsahibə verdi -
29.01.2026Tarixi sərvətləri məhv etməyə görə cəzalar sərtləşdirildi -
2.01.2026DİN əməkdaşları gücləndirilmiş rejimdə xidmətini davam etdirir - FOTOLAR -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ!
Xəbər lenti
-
27.06.2026Çin təbii fəlakətlərlə mübarizə məqsədilə Mərkəzi Asiya ölkələri ilə peyk bürcü yaradır
-
27.06.2026Qazaxda kişi arvadını yuxudan oyadıb 10 dəqiqə döydü - Səbəbi və cəzası...
-
27.06.2026İçilərin və o cümlədən digər fiziki şəxslərin hansı gəlirləri, gəlir vergisindən azaddır?
-
27.06.2026Dəmir yolu relslərinin arasına tonlarla daş tökülməsinin səbəbi bəlli oldu
-
27.06.2026Azərbaycanda ödənişli hərbi xidmət olacaq? (AÇIQLAMA)
-
27.06.2026İtaliyanın ən uzun çayı quruyur
-
27.06.2026“İskəndər” raket istehsalı zavodu vuruldu
-
27.06.2026Xorultunun qarşısını dərmansız necə almaq olar?
-
27.06.2026Ukraynanın MiQ-29 qırıcısı qəzaya uğrayıb
-
27.06.2026Hərbi xidmətdən yayınanları bu CƏZALAR GÖZLƏYİR
-
27.06.2026Rusiya bu yaşayış məntəqəsini işğal etdi
-
27.06.2026Sosial şəbəkələrdə "myGov" iddiası - Sistemdə olmayan analiz nəticələri görünür
-
27.06.2026Əmisi oğlunun toyundan 13 yaşlı qızı qaçırdı, 8 il sonra həbs olundu
-
27.06.2026Binəqədidə yol çökdü, sürücülər çətin vəziyyətə düşdü - Video
-
27.06.2026Bakı-Naxçıvan aviareysləri ləğv edilib
-
27.06.2026Ukraynanın Volqoqrada hücumu nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb
-
27.06.2026Deputatlarımız Tblisiyə gedir
-
27.06.2026Dörd günlük güclü maqnit qasırğası olacaq
-
27.06.2026Azərbaycanda bazar günü hava yağmurlu olacaq
-
27.06.2026Dilarə Səlim vəzifəsindən azad edilib? - Açıqlama
-
27.06.2026Cəlilabadda yaşayış evi yanaraq kül oldu
-
27.06.2026Rusiya Zaporojye və Xarkovdakı YDM-lərə zərbələr endirib
-
27.06.2026Bu ölkədə son 50 ilin ən isti günü qeydə alındı
-
27.06.2026Onlara general rütbəsi verildi – SİYAHI
-
27.06.2026Bu gün Bakıda UFC turniri keçiriləcək
-
27.06.2026Azərbaycan duz istehsalını artırıb
-
27.06.2026Bakıda yeniyetmə motosikletlə avtomobilə çırpıldı, ağır xəsarət aldı
-
27.06.2026İsti avtomobili saniyələr içində necə sərinlətmək olar?
-
27.06.2026Çimərliyə getmək istəyənlərin nəzərinə!
-
27.06.2026DYP yağışlı hava ilə bağlı sürücülərə müraciət etdi



