28.04.2026

Braziliyanın Laqo Sul şəhərində Azərbaycan zəngin mədəni irsinin tanıdılması məqsədilə "Azərbaycan Mədəniyyət Günü" adlı tədbir keçirilib.
Braziliyada "Azərbaycan Mədəniyyət Günü" adlı tədbir keçirilib

Braziliyanın Laqo Sul şəhərində Azərbaycan zəngin mədəni irsinin tanıdılması məqsədilə "Azərbaycan Mədəniyyət Günü" adlı tədbir keçirilib.
Duzxeber.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, tədbir Dövlət Komitəsinin dəstəyi, Braziliya Beynəlxalq Münasibətlər üzrə Jurnalistlər Assosiasiyasının prezidenti, jurnalist Fabiana Ceyhanın təşkilatçılığı ilə baş tutub.
Tədbirdə Azərbaycanın qədim və zəngin mədəniyyətini əks etdirən milli musiqilər, rəqslər, ənənəvi geyimlər və xalq sənəti nümunələri geniş şəkildə nümayiş olunub. Ölkəmizin mədəni irsinin dərin tarixi köklərə malik olduğu və bu gün də beynəlxalq səviyyədə tanındığı xüsusi vurğulanıb.
Bundan əlavə, milli mətbəx nümunələrinin sərgiləndiyi stendlər qurulub, iştirakçılar aşpaz Halil Ceyhanın hazırladığı Azərbaycan mətbəxinin ləziz təamlarına qonaq edilib.
Tədbirin bədii hissəsi xüsusi maraqla qarşılanıb. Milli musiqilərimizin səsləndirilməsi qonaqlara unudulmaz anlar yaşadıb. Nyu Yorkda yaşayan azərbaycanlı musiqiçilər Röya və Rizvanın ifaları isə braziliyalı tamaşaçıların zövqünü oxşayıb.
Tədbir Azərbaycan mədəniyyətinin beynəlxalq arenada daha yaxından tanıdılmasına, milli kimliyimizin qorunmasına və iki ölkə arasında mədəni əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verib. "Azərbaycan Mədəniyyət Günü" Braziliya mətbuatında da geniş işıqlandırılıb.
Oxşar xəbərlər
-
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
6.02.2026QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -FOTOLAR -
9.01.2026Xüsusi qabiliyyət tələb edən bəzi ixtisasların test balında dəyişiklik edildi -
22.12.20252026-cı il “Şəhərsalma və Memarlıq İli” elan edilib - SƏRƏNCAM -
5.12.2025İlham Əliyev beynəlxalq konfransın iştirakçılarına müraciət etdi
Xəbər lenti
-
27.06.2026Çin təbii fəlakətlərlə mübarizə məqsədilə Mərkəzi Asiya ölkələri ilə peyk bürcü yaradır
-
27.06.2026Qazaxda kişi arvadını yuxudan oyadıb 10 dəqiqə döydü - Səbəbi və cəzası...
-
27.06.2026İçilərin və o cümlədən digər fiziki şəxslərin hansı gəlirləri, gəlir vergisindən azaddır?
-
27.06.2026Dəmir yolu relslərinin arasına tonlarla daş tökülməsinin səbəbi bəlli oldu
-
27.06.2026Azərbaycanda ödənişli hərbi xidmət olacaq? (AÇIQLAMA)
-
27.06.2026İtaliyanın ən uzun çayı quruyur
-
27.06.2026“İskəndər” raket istehsalı zavodu vuruldu
-
27.06.2026Xorultunun qarşısını dərmansız necə almaq olar?
-
27.06.2026Ukraynanın MiQ-29 qırıcısı qəzaya uğrayıb
-
27.06.2026Hərbi xidmətdən yayınanları bu CƏZALAR GÖZLƏYİR
-
27.06.2026Rusiya bu yaşayış məntəqəsini işğal etdi
-
27.06.2026Sosial şəbəkələrdə "myGov" iddiası - Sistemdə olmayan analiz nəticələri görünür
-
27.06.2026Əmisi oğlunun toyundan 13 yaşlı qızı qaçırdı, 8 il sonra həbs olundu
-
27.06.2026Binəqədidə yol çökdü, sürücülər çətin vəziyyətə düşdü - Video
-
27.06.2026Bakı-Naxçıvan aviareysləri ləğv edilib
-
27.06.2026Ukraynanın Volqoqrada hücumu nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb
-
27.06.2026Deputatlarımız Tblisiyə gedir
-
27.06.2026Dörd günlük güclü maqnit qasırğası olacaq
-
27.06.2026Azərbaycanda bazar günü hava yağmurlu olacaq
-
27.06.2026Dilarə Səlim vəzifəsindən azad edilib? - Açıqlama
-
27.06.2026Cəlilabadda yaşayış evi yanaraq kül oldu
-
27.06.2026Rusiya Zaporojye və Xarkovdakı YDM-lərə zərbələr endirib
-
27.06.2026Bu ölkədə son 50 ilin ən isti günü qeydə alındı
-
27.06.2026Onlara general rütbəsi verildi – SİYAHI
-
27.06.2026Bu gün Bakıda UFC turniri keçiriləcək
-
27.06.2026Azərbaycan duz istehsalını artırıb
-
27.06.2026Bakıda yeniyetmə motosikletlə avtomobilə çırpıldı, ağır xəsarət aldı
-
27.06.2026İsti avtomobili saniyələr içində necə sərinlətmək olar?
-
27.06.2026Çimərliyə getmək istəyənlərin nəzərinə!
-
27.06.2026DYP yağışlı hava ilə bağlı sürücülərə müraciət etdi



