Canlı yayım
Dün, 17:00

Kadırov: İcazə versəniz, yenidən rəhbər olaram

Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiya Prezidenti Vladimir Putinlə görüşdə yenidən region rəhbəri vəzifəsinə namizəd olmağa hazır olduğunu bildirib.

Duzxeber.az Rusiya mediasına istinadən xəbər verir ki, Putin Kadırova Çeçenistanda görülən işlərə görə təşəkkür edib və qarşıdan gələn seçkilərdə ona uğurlar arzulayıb.

Rusiya Prezidenti bildirib ki, Çeçenistan son illərdə Kadırovun rəhbərliyi altında ciddi şəkildə dəyişib.
“Tezliklə növbəti seçki dövrü başlayır. Ümid edirəm ki, respublika sakinləri sizi dəstəkləyəcəklər. Sizin rəhbərliyiniz altında respublikada çox iş görülüb”, - deyə Putin bildirib.

Xəbər lenti