Canlı yayım
27.05.2026

Avropa Şurası bu dəfə Azərbaycanı alqışladı

Bu gün, 26 may 2026-cı il Azərbaycanda Avropa Şurasının İnsan Orqanlarının Alverinə Qarşı Konvensiyasının ratifikasiyası prosesi başa çatıb.
DuzXeber.az bildirir ki, bu barədə Avropa Şurası baş katibinin müavini Byorn Berje özünün X hesabında yazıb.
O bildirib ki, Azərbaycan 2026-cı il sentyabrın 1-dən qüvvəyə minəcək Konvensiyanı ratifikasiya etmiş 16-cı ölkə oldu.
Azərbaycanın AŞ -dakı səfiri Fəxrəddin İsmayılovla görüşən baş katibin müavini onu təbrik edib.
O, daha sonra əlavə edib:
” İnsan Orqanlarının Alverinə Qarşı Konvensiya. İnsan hüquqlarının və beynəlxalq əməkdaşlığın gücləndirilməsinə sadiqliyinizə görə sizə təşəkkür edirik”.

Xəbər lenti