27.05.2026
“Eurohome” tikinti bazarının fəaliyyətinin dayandırılması ətrafında müzakirələr davam edir. Bildirilir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti yoxlama zamanı burada bir sıra nöqsanlar aşkar edib və nəticə obyektin fəaliyyəti dayandırılıb.
Xatırladaq ki, bir qədər əvvəl “EuroHome”un sahibinə məxsus olduğu bildirilən hoteldə yanğın hadisəsi baş vermişdi. Bu fonda yalnız bir obyektin fəaliyyətinin dayandırılması ictimai müzakirələrə səbəb olur. Məsələn, “Binə”, “Sədərək”, “8-ci km” bazarı və digər obyektlərdə vaxtaşırı baş verən yanğınların əsas səbəblərindən biri kimi texniki təhlükəsizlik qaydalarına əməl olunmaması göstərilir.
Belə olan halda niyə məhz “EuroHome” hədəfə çevrilib?
DuzXeber.az xəbər verir ki, məsələ ilə bağlı Globalinfo.az Fövqəladə Hallar Nazirliyinə sorğu ünvanlayıb.
Nazirlik verilən qərarı belə əsaslandırıb:
“Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 2 ünvanında yerləşən “EuroHome” tikinti materiallarının satışı bazarında Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış çıxarış əsasında keçirilən sonuncu yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində aşkar olunan pozuntuların insanların həyat və sağlamlığına, həmçinin dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən olunaraq, habelə sözügedən obyektdə sahibkarlıq fəaliyyətinin kütləvi təşkil olunduğunu və bu səbəbdən baş verən yanğınlar zamanı vətəndaşlara yüksək miqdarda maddi ziyan dəyməsi ehtimalını nəzərə alaraq “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanununun 28-ci maddəsinə uyğun sahibkarın fəaliyyətinə məhdudlaşdırıcı tədbirin tətbiqi ilə bağlı Qərar qəbul edilib”.
Açıqlamada bildirib ki, həmin obyektdə daha öncə keçirilən yoxlamalar zamanı analoji hallar müəyyən olunaraq, sözügedən pozuntuların aradan qaldırılması məqsədilə sahibkara kifayət qədər vaxt verilib:
“Müəyyən olunan vaxt çərçivəsində tədbirlər yerinə yetirilmədiyindən barəsində ən son zəruri tədbir olan məhdudlaşdırıcı tədbirin tətbiqi ilə bağlı qərar qəbul edilib. Digər obyektlərlə münasibətdə isə yoxlamalar qanunvericiliklə müəyyən olunmuş dövriliklə həyata keçirilərək zəruri tədbirlərin görülməsi təmin olunur”.
Bakıda məşhur bazar bağlandı – “Binə” və “Sədərək” isə…
“Eurohome” tikinti bazarının fəaliyyətinin dayandırılması ətrafında müzakirələr davam edir. Bildirilir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti yoxlama zamanı burada bir sıra nöqsanlar aşkar edib və nəticə obyektin fəaliyyəti dayandırılıb.Xatırladaq ki, bir qədər əvvəl “EuroHome”un sahibinə məxsus olduğu bildirilən hoteldə yanğın hadisəsi baş vermişdi. Bu fonda yalnız bir obyektin fəaliyyətinin dayandırılması ictimai müzakirələrə səbəb olur. Məsələn, “Binə”, “Sədərək”, “8-ci km” bazarı və digər obyektlərdə vaxtaşırı baş verən yanğınların əsas səbəblərindən biri kimi texniki təhlükəsizlik qaydalarına əməl olunmaması göstərilir.
Belə olan halda niyə məhz “EuroHome” hədəfə çevrilib?
DuzXeber.az xəbər verir ki, məsələ ilə bağlı Globalinfo.az Fövqəladə Hallar Nazirliyinə sorğu ünvanlayıb.
Nazirlik verilən qərarı belə əsaslandırıb:
“Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 2 ünvanında yerləşən “EuroHome” tikinti materiallarının satışı bazarında Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış çıxarış əsasında keçirilən sonuncu yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində aşkar olunan pozuntuların insanların həyat və sağlamlığına, həmçinin dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən olunaraq, habelə sözügedən obyektdə sahibkarlıq fəaliyyətinin kütləvi təşkil olunduğunu və bu səbəbdən baş verən yanğınlar zamanı vətəndaşlara yüksək miqdarda maddi ziyan dəyməsi ehtimalını nəzərə alaraq “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanununun 28-ci maddəsinə uyğun sahibkarın fəaliyyətinə məhdudlaşdırıcı tədbirin tətbiqi ilə bağlı Qərar qəbul edilib”.
Açıqlamada bildirib ki, həmin obyektdə daha öncə keçirilən yoxlamalar zamanı analoji hallar müəyyən olunaraq, sözügedən pozuntuların aradan qaldırılması məqsədilə sahibkara kifayət qədər vaxt verilib:
“Müəyyən olunan vaxt çərçivəsində tədbirlər yerinə yetirilmədiyindən barəsində ən son zəruri tədbir olan məhdudlaşdırıcı tədbirin tətbiqi ilə bağlı qərar qəbul edilib. Digər obyektlərlə münasibətdə isə yoxlamalar qanunvericiliklə müəyyən olunmuş dövriliklə həyata keçirilərək zəruri tədbirlərin görülməsi təmin olunur”.
Oxşar xəbərlər
-
28.03.2026Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin kollektivi 24 saatlıq iş rejimində çalışır VİDEO-FOTO -
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
19.02.2026Yağ istehsalı müəssəsində yoxlama keçirildi - Nöqsanlar aşkarlandı - FOTO -
21.01.2026Vidadi Zeynalovun milyonluq əmlakları satışa çıxarılır - SİYAHI -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ!
Xəbər lenti
-
25.06.2026Bakıda "Range Rover" ağır qəza törətdi: ölən var
-
25.06.2026Vinisius Ançelottidən hədiyyə gözləyir
-
25.06.2026Aqşin Fatehin restoranı yenə bağlandı
-
25.06.2026Bakıdakı metro stansiyalardan birində lift olacaq
-
25.06.2026Ötən il 764 xarici diplom tanınmayıb - Rəsmi
-
25.06.2026Ötən gün 62 cinayətin üstü açılıb
-
25.06.2026Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı
-
25.06.2026Türkiyədə binada yanğın: Ölənlər var
-
25.06.2026“AFB Bank”ın eks-filial müdiri 12 min “otkat” alıb
-
25.06.2026“AzerGold” QSC və onun törəmə şirkətlərinin 2025-ci ilin yekunlarına dair maliyyə nəticələri açıqlanıb
-
25.06.2026Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm xəbər: Tikinti bu tarixdə başlayır
-
25.06.2026Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq
-
25.06.2026Ukrayna strateji bölgəni azad etdi
-
25.06.2026Təl-Əvivdən Moskvaya uçuşlar dayandırıldı
-
25.06.2026Həvəsinə görə məhkəməlik oldu - Bakıda gənc oğlanın ŞOK ƏMƏLİ
-
25.06.2026İyunun 26-da hava dəyişir: Yağış yağacaq, şimşək çaxacaq
-
25.06.2026Azərbaycan Suriyada 10 məktəbin yenidən inşasına, daha 100-nün bərpasına dəstək verəcək
-
25.06.2026Azərbaycanda məsafədən verilən istehlak kreditlərinə dair yeni tələblər müəyyənləşdirilib
-
25.06.2026II və III ixtisas qrupları üzrə 2-ci cəhd imtahanı bu tarixdə keçiriləcək
-
25.06.2026“Qarabağ”dan 2.7 milyonluq transfer - Artıq Bakıdadır
-
25.06.2026Azərbaycanın bank sektorunun aktivləri artıb
-
25.06.2026Metrodan istifadə edənlərin DİQQƏTİNƏ - Dəyişiklik olacaq
-
25.06.2026Ölü insanların kimliyindən istifadə edib milyonlar qazandılar
-
25.06.2026"Orta əsrlərdə yaşayırsınız" dedi, çimərlikdən qovuldu
-
25.06.2026TƏBİB rəhbəri daha üç xəstəxananın direktorunu işdən çıxardı
-
25.06.2026“Azərişıq” ASC-yə ISO beynəlxalq standartları üzrə sertifikatlar təqdim olunub
-
25.06.2026Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı
-
25.06.202660 yaşlı kişi mağazada öldü
-
25.06.2026Azərbaycanda yeni rüsum müəyyənləşir - 70 manat
-
25.06.2026Dollar almaq istəyənlərin nəzərinə



