28.05.2026
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili mayın 27-si Qurban bayramı münasibətilə Tbilisidəki Cümə məscidini ziyarət edib.
DuzXeber.az "Qafqazinfo.az"a istinadən xəbər verir ki, məscidin qarşısında Gürcüstan Prezidentini bütün Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Faiq Nəbiyev, Azərbaycanın bu ölkədəki səfiri Faiq Quliyev, eləcə də Türkiyənin, Türkmənistanın və digər müsəlman ölkələrinin Gürcüstandakı səfirləri və səfirliklərinin nümayəndələri, din xadimləri qarşılayıblar.
Kavelaşvili müsəlmaları Qurban bayramı münasibətilə təbrik edib. O çıxışında deyib ki, Gürcüstan və Azərbaycan arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin xüsusi əhəmiyyəti var. İki ölkə arasında əməkdaşlıq qarşılıqlı hörmət və tarixi bağlar üzərində qurulub.
Azərbaycana səfərlərini xatırladan Kavelaşvili deyib: “Azərbaycanı özünə doğma və qardaş dövlət kimi qəbul edirəm”.
Onun sözlərinə görə, Azərbaycan və Gürcüstan arasında sülh, sabitlik və əməkdaşlıq regionda ümumi təhlükəsizlik mühitinin möhkəmlənməsinə xidmət edir.
O həmçinin Gürcüstanda yaşayan azərbaycanlı icmanın ölkənin ayrılmaz hissəsi olduğunu vurğulayıb. Qeyd edib ki, azərbaycanlı icma nümayəndələrinin ictimai-siyasi proseslərdə iştirakı iki ölkə arasında əlaqələrin daha da dərinləşməsinə töhfə verir. Gürcüstanın müsəlman icması ölkənin inkişafına mühüm töhfə verir, ölkənin ictimai-siyasi həyatında, mədəniyyətinin, iqtisadiyyatının, incəsənətinin inkişafında mühüm rol oynayır.
“Gürcüstanın müsəlman vətəndaşlarını sülh, harmoniya, ümid və xeyirxahlığın qələbəsi bayramı olan Qurban bayramı münasibətilə ürəkdən təbrik edirəm, onların bayram sevincinə qoşuluram. Hər bir ailəyə əmin-amanlıq, firavanlıq və sülh arzulayıram” - deyə M.Kavelaşvili sonda vurğulayıb.
Görüşdə Gürcüstan Prezidentinə müsəlman icması tərəfindən simvolik hədiyyələr təqdim olunub.


Gürcüstan Prezidenti Tbilisidəki Cümə məscidində - Fotolar
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili mayın 27-si Qurban bayramı münasibətilə Tbilisidəki Cümə məscidini ziyarət edib.DuzXeber.az "Qafqazinfo.az"a istinadən xəbər verir ki, məscidin qarşısında Gürcüstan Prezidentini bütün Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Faiq Nəbiyev, Azərbaycanın bu ölkədəki səfiri Faiq Quliyev, eləcə də Türkiyənin, Türkmənistanın və digər müsəlman ölkələrinin Gürcüstandakı səfirləri və səfirliklərinin nümayəndələri, din xadimləri qarşılayıblar.
Kavelaşvili müsəlmaları Qurban bayramı münasibətilə təbrik edib. O çıxışında deyib ki, Gürcüstan və Azərbaycan arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin xüsusi əhəmiyyəti var. İki ölkə arasında əməkdaşlıq qarşılıqlı hörmət və tarixi bağlar üzərində qurulub.
Azərbaycana səfərlərini xatırladan Kavelaşvili deyib: “Azərbaycanı özünə doğma və qardaş dövlət kimi qəbul edirəm”.
Onun sözlərinə görə, Azərbaycan və Gürcüstan arasında sülh, sabitlik və əməkdaşlıq regionda ümumi təhlükəsizlik mühitinin möhkəmlənməsinə xidmət edir.
O həmçinin Gürcüstanda yaşayan azərbaycanlı icmanın ölkənin ayrılmaz hissəsi olduğunu vurğulayıb. Qeyd edib ki, azərbaycanlı icma nümayəndələrinin ictimai-siyasi proseslərdə iştirakı iki ölkə arasında əlaqələrin daha da dərinləşməsinə töhfə verir. Gürcüstanın müsəlman icması ölkənin inkişafına mühüm töhfə verir, ölkənin ictimai-siyasi həyatında, mədəniyyətinin, iqtisadiyyatının, incəsənətinin inkişafında mühüm rol oynayır.
“Gürcüstanın müsəlman vətəndaşlarını sülh, harmoniya, ümid və xeyirxahlığın qələbəsi bayramı olan Qurban bayramı münasibətilə ürəkdən təbrik edirəm, onların bayram sevincinə qoşuluram. Hər bir ailəyə əmin-amanlıq, firavanlıq və sülh arzulayıram” - deyə M.Kavelaşvili sonda vurğulayıb.
Görüşdə Gürcüstan Prezidentinə müsəlman icması tərəfindən simvolik hədiyyələr təqdim olunub.



Oxşar xəbərlər
-
28.03.2026İlham Əliyev onları təbrik etdi - FOTO -
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
19.01.2026Leyla Əliyeva Efiopiya Elm Muzeyini ziyarət etdi - FOTOLAR -
2.01.2026DİN əməkdaşları gücləndirilmiş rejimdə xidmətini davam etdirir - FOTOLAR -
22.11.2025Prezident açılış etdi - FOTOLAR
Xəbər lenti
-
27.06.2026Çin təbii fəlakətlərlə mübarizə məqsədilə Mərkəzi Asiya ölkələri ilə peyk bürcü yaradır
-
27.06.2026Qazaxda kişi arvadını yuxudan oyadıb 10 dəqiqə döydü - Səbəbi və cəzası...
-
27.06.2026İçilərin və o cümlədən digər fiziki şəxslərin hansı gəlirləri, gəlir vergisindən azaddır?
-
27.06.2026Dəmir yolu relslərinin arasına tonlarla daş tökülməsinin səbəbi bəlli oldu
-
27.06.2026Azərbaycanda ödənişli hərbi xidmət olacaq? (AÇIQLAMA)
-
27.06.2026İtaliyanın ən uzun çayı quruyur
-
27.06.2026“İskəndər” raket istehsalı zavodu vuruldu
-
27.06.2026Xorultunun qarşısını dərmansız necə almaq olar?
-
27.06.2026Ukraynanın MiQ-29 qırıcısı qəzaya uğrayıb
-
27.06.2026Hərbi xidmətdən yayınanları bu CƏZALAR GÖZLƏYİR
-
27.06.2026Rusiya bu yaşayış məntəqəsini işğal etdi
-
27.06.2026Sosial şəbəkələrdə "myGov" iddiası - Sistemdə olmayan analiz nəticələri görünür
-
27.06.2026Əmisi oğlunun toyundan 13 yaşlı qızı qaçırdı, 8 il sonra həbs olundu
-
27.06.2026Binəqədidə yol çökdü, sürücülər çətin vəziyyətə düşdü - Video
-
27.06.2026Bakı-Naxçıvan aviareysləri ləğv edilib
-
27.06.2026Ukraynanın Volqoqrada hücumu nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb
-
27.06.2026Deputatlarımız Tblisiyə gedir
-
27.06.2026Dörd günlük güclü maqnit qasırğası olacaq
-
27.06.2026Azərbaycanda bazar günü hava yağmurlu olacaq
-
27.06.2026Dilarə Səlim vəzifəsindən azad edilib? - Açıqlama
-
27.06.2026Cəlilabadda yaşayış evi yanaraq kül oldu
-
27.06.2026Rusiya Zaporojye və Xarkovdakı YDM-lərə zərbələr endirib
-
27.06.2026Bu ölkədə son 50 ilin ən isti günü qeydə alındı
-
27.06.2026Onlara general rütbəsi verildi – SİYAHI
-
27.06.2026Bu gün Bakıda UFC turniri keçiriləcək
-
27.06.2026Azərbaycan duz istehsalını artırıb
-
27.06.2026Bakıda yeniyetmə motosikletlə avtomobilə çırpıldı, ağır xəsarət aldı
-
27.06.2026İsti avtomobili saniyələr içində necə sərinlətmək olar?
-
27.06.2026Çimərliyə getmək istəyənlərin nəzərinə!
-
27.06.2026DYP yağışlı hava ilə bağlı sürücülərə müraciət etdi



