1.06.2026
“Zaxarovanın “Gürcü Arzusu”nu tərifləməsi və Putinin Ermənistanı hədələməsi Gürcüstan üçün çox təhlükəlidir. Məsələ ondadır ki, Moskva bundan əvvəl Qazaxıstan neftinin Rusiya neft kəməri ilə Avropaya daşınmasını dayandırıb. Ruslar həmçinin Novorossiysk limanındakı Qazaxıstan terminalını da bağlamağa hazırlaşırlar. Beləliklə, daşınma üçün yeganə yol (əgər İranda mövcud rejim qalarsa) Gürcüstan olacaq”.
DuzXeber.az xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili deyib.
“İndi isə Rusiya Ermənistana qoşun yeritməklə hədələyir, bu, ancaq Gürcüstan ərazisindən keçməklə mümkündür. Əgər Rusiya belə bir əməliyyat keçirmək qərarına gəlsə, mütləq Gürcüstanı da işğal edəcək. İvanişvili bunun üçün hər şeyi edib: ordunu son həddə qədər zəiflədib, təkcə orduda deyil, əhalinin böyük hissəsində də döyüş ruhunu öldürüb. O, Rusiyaya qarşı müqavimət üçün hazırlanmış gizli sığınacaqların yerini açıqlayıb və onları “millətçi hərəkatçıların kompromat və silah saxladıqları yerlər” adlandırıb. Həm Mtsxeti, həm də Ermənistan istiqamətində Tbilisinin müdafiə xəttini ləğv edib”, - o bildirib.
Saakaşvilinin sözlərinə görə, bu böyük geosiyasi oyunda Moskva İvanişvilinin onun qarşısında necə xidmət göstərdiyini xatırlamayacaq:
“Əgər Paşinyan seçkilərdə qalib gəlsə (bunu çox istəyirəm), Rusiya dərhal B planına keçəcək. Mənim 2007-ci ildə onun Gürcüstandakı planlarını pozub prezident seçkiləri təyin etdiyim və qazandığım vaxt olduğu kimi.
İndi isə ssenari belə olacaq: bu il ərzində Ermənistanda iğtişaşlar baş verəcək. Azərbaycan rus qoşunlarının keçməsinə icazə verməyəcək. Rusiya İvanişvilidən qoşunların keçidinə razılıq istəyəcək, əlbəttə, o da razılaşacaq. Xalqa isə bunun onlara aid olmadığı deyiləcək. Ermənistanın işğalından sonra isə Rusiya Gürcüstanı da tam nəzarətə götürəcək və müvəqqəti olaraq İvanişvilini lider kimi saxlayacaq. Amma ölkənin bütün sahələrini özünə tabe etdirəcək, işğal olunmuş ərazilərin tanınmasına nail olacaq və Rusiya üçün arzuolunmaz hesab etdiyi şəxsləri kütləvi şəkildə məhv edəcək.
Buna görə də hamımız Ukraynanın güclənməsinə ümid bağlamalıyıq. Bu, həm bizim, həm də ermənilərin xilasının yeganə yoludur. Mən bu proqnozumun gerçəkləşməsini istəmirəm. Onun qarşısını ala biləcək yeganə amil Ukraynanın aktiv hərbi əməliyyatları və Rusiya hərbi maşınının nəhayət ciddi şəkildə sarsıdılmasıdır. Mən də məhz buna ümid edirəm”./teleqraf
Saakaşvilidən müharibə xəbərdarlığı: Bakı buna icazə verməyəcək
“Zaxarovanın “Gürcü Arzusu”nu tərifləməsi və Putinin Ermənistanı hədələməsi Gürcüstan üçün çox təhlükəlidir. Məsələ ondadır ki, Moskva bundan əvvəl Qazaxıstan neftinin Rusiya neft kəməri ilə Avropaya daşınmasını dayandırıb. Ruslar həmçinin Novorossiysk limanındakı Qazaxıstan terminalını da bağlamağa hazırlaşırlar. Beləliklə, daşınma üçün yeganə yol (əgər İranda mövcud rejim qalarsa) Gürcüstan olacaq”.DuzXeber.az xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili deyib.
“İndi isə Rusiya Ermənistana qoşun yeritməklə hədələyir, bu, ancaq Gürcüstan ərazisindən keçməklə mümkündür. Əgər Rusiya belə bir əməliyyat keçirmək qərarına gəlsə, mütləq Gürcüstanı da işğal edəcək. İvanişvili bunun üçün hər şeyi edib: ordunu son həddə qədər zəiflədib, təkcə orduda deyil, əhalinin böyük hissəsində də döyüş ruhunu öldürüb. O, Rusiyaya qarşı müqavimət üçün hazırlanmış gizli sığınacaqların yerini açıqlayıb və onları “millətçi hərəkatçıların kompromat və silah saxladıqları yerlər” adlandırıb. Həm Mtsxeti, həm də Ermənistan istiqamətində Tbilisinin müdafiə xəttini ləğv edib”, - o bildirib.
Saakaşvilinin sözlərinə görə, bu böyük geosiyasi oyunda Moskva İvanişvilinin onun qarşısında necə xidmət göstərdiyini xatırlamayacaq:
“Əgər Paşinyan seçkilərdə qalib gəlsə (bunu çox istəyirəm), Rusiya dərhal B planına keçəcək. Mənim 2007-ci ildə onun Gürcüstandakı planlarını pozub prezident seçkiləri təyin etdiyim və qazandığım vaxt olduğu kimi.
İndi isə ssenari belə olacaq: bu il ərzində Ermənistanda iğtişaşlar baş verəcək. Azərbaycan rus qoşunlarının keçməsinə icazə verməyəcək. Rusiya İvanişvilidən qoşunların keçidinə razılıq istəyəcək, əlbəttə, o da razılaşacaq. Xalqa isə bunun onlara aid olmadığı deyiləcək. Ermənistanın işğalından sonra isə Rusiya Gürcüstanı da tam nəzarətə götürəcək və müvəqqəti olaraq İvanişvilini lider kimi saxlayacaq. Amma ölkənin bütün sahələrini özünə tabe etdirəcək, işğal olunmuş ərazilərin tanınmasına nail olacaq və Rusiya üçün arzuolunmaz hesab etdiyi şəxsləri kütləvi şəkildə məhv edəcək.
Buna görə də hamımız Ukraynanın güclənməsinə ümid bağlamalıyıq. Bu, həm bizim, həm də ermənilərin xilasının yeganə yoludur. Mən bu proqnozumun gerçəkləşməsini istəmirəm. Onun qarşısını ala biləcək yeganə amil Ukraynanın aktiv hərbi əməliyyatları və Rusiya hərbi maşınının nəhayət ciddi şəkildə sarsıdılmasıdır. Mən də məhz buna ümid edirəm”./teleqraf
Oxşar xəbərlər
-
21.03.2026Saakaşviliyə bunu etməyə icazə vermədilər -
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
24.02.2026“Coral Energy” şirkətinin sahibi Tahir Qarayevin ortağı Əzim Novruzov Putinin Rusiya neftinin satışından əldə etdiyi pulla Londonda 6,7 milyon funt sterlinqə villa alıb. -
14.02.2026İlham Əliyev "France 24"ə müsahibə verdi -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ!
Xəbər lenti
-
27.06.2026Çin təbii fəlakətlərlə mübarizə məqsədilə Mərkəzi Asiya ölkələri ilə peyk bürcü yaradır
-
27.06.2026Qazaxda kişi arvadını yuxudan oyadıb 10 dəqiqə döydü - Səbəbi və cəzası...
-
27.06.2026İçilərin və o cümlədən digər fiziki şəxslərin hansı gəlirləri, gəlir vergisindən azaddır?
-
27.06.2026Dəmir yolu relslərinin arasına tonlarla daş tökülməsinin səbəbi bəlli oldu
-
27.06.2026Azərbaycanda ödənişli hərbi xidmət olacaq? (AÇIQLAMA)
-
27.06.2026İtaliyanın ən uzun çayı quruyur
-
27.06.2026“İskəndər” raket istehsalı zavodu vuruldu
-
27.06.2026Xorultunun qarşısını dərmansız necə almaq olar?
-
27.06.2026Ukraynanın MiQ-29 qırıcısı qəzaya uğrayıb
-
27.06.2026Hərbi xidmətdən yayınanları bu CƏZALAR GÖZLƏYİR
-
27.06.2026Rusiya bu yaşayış məntəqəsini işğal etdi
-
27.06.2026Sosial şəbəkələrdə "myGov" iddiası - Sistemdə olmayan analiz nəticələri görünür
-
27.06.2026Əmisi oğlunun toyundan 13 yaşlı qızı qaçırdı, 8 il sonra həbs olundu
-
27.06.2026Binəqədidə yol çökdü, sürücülər çətin vəziyyətə düşdü - Video
-
27.06.2026Bakı-Naxçıvan aviareysləri ləğv edilib
-
27.06.2026Ukraynanın Volqoqrada hücumu nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb
-
27.06.2026Deputatlarımız Tblisiyə gedir
-
27.06.2026Dörd günlük güclü maqnit qasırğası olacaq
-
27.06.2026Azərbaycanda bazar günü hava yağmurlu olacaq
-
27.06.2026Dilarə Səlim vəzifəsindən azad edilib? - Açıqlama
-
27.06.2026Cəlilabadda yaşayış evi yanaraq kül oldu
-
27.06.2026Rusiya Zaporojye və Xarkovdakı YDM-lərə zərbələr endirib
-
27.06.2026Bu ölkədə son 50 ilin ən isti günü qeydə alındı
-
27.06.2026Onlara general rütbəsi verildi – SİYAHI
-
27.06.2026Bu gün Bakıda UFC turniri keçiriləcək
-
27.06.2026Azərbaycan duz istehsalını artırıb
-
27.06.2026Bakıda yeniyetmə motosikletlə avtomobilə çırpıldı, ağır xəsarət aldı
-
27.06.2026İsti avtomobili saniyələr içində necə sərinlətmək olar?
-
27.06.2026Çimərliyə getmək istəyənlərin nəzərinə!
-
27.06.2026DYP yağışlı hava ilə bağlı sürücülərə müraciət etdi



