DuzXeber.az: Abşeron rayonunda şəhidlərimizin bizə əmanət qalan övladları üçün “1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ilə əlaqədar bayram şənliyi keçirilib. Dövlət Turizm Agentliyinin və Abşeron RİH-nin birgə təşkilatçılığı ilə Qobustan Palçıq Vulkanları Turizm Kompleksində baş tutan tədbirdə Agentliyin sədri Fuad Nağıyev, RİH başçısı Abdin Fərzəliyev, şəhid ailələri və onların övladları iştirak ediblər. Əvvəlcə şəhid övladlarının iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə tər çiçəklər düzərək xatirəsi ehtiramla yad edilib.
Sonra Palçıq Vulkanları Turizm Kompleksindəki muzeylə tanışlıq gəzintisi olub, ərazidəki palçıq vulkanlarına baxış keçirilib. O cümlədən uşaqlar üçün rəssamlıq, heykəltaraşlıq və dulusçuluq üzrə master-klaslar təşkil edilib.
RİH başçısı Abdin Fərzəliyev çıxış edərək bildirib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan uşaq-gənclər siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir, uşaqlara hərtərəfli diqqət və qayğı göstərilir. Eyni zamanda şəhidlərimizin ailə üzvləri və onların yadigarları dövlətin hər cür diqqət və qayğısı ilə əhatə olunub. Qeyd edilib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən daima uşaqların keyfiyyətli təhsil və yüksək dünya standartlarına cavab verən tibbi xidmətlərlə təmin edilmələri, hərtərəfli qayğı ilə əhatə olunmaları diqqət mərkəzində saxlanılmış və bu istiqamətdə onun təşəbbüsü ilə çoxsaylı tədbirlər görülmüş, layihələr həyata keçirilmişdir.
RİH başçısı bildirib ki, ölkəmizdə uşaqların sağlam və savadlı böyüməsi Heydər Əliyev Fondunun siyasətinin prioritet istiqaməti olduğundan Fond tərəfindən bu istiqamətdə müxtəlif və genişmiqyaslı proqramlar həyata keçirilməkdədir.
Daha sonra RİH başçısı şəhid Fərid Seyfullayevin övladı Səmanın doğum günü münasibəti ilə təbrik edib.
Tədbirin sonunda “1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibəti ilə şəhid övladları üçün bayram şənliyi keçirilib.
Qeyd edək ki, bu gün Abşeron RİH yanında İctimai Şura tərəfindən rayonun Şəfəq qəsəbəsində yerləşən 2 nömrəli tam orta məktəbdə də “1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ilə əlaqədar bayram tədbiri keçirilib. Bayram şənliyində şəhid ailələri, şəhid və qazi övladları, o cümlədən məktəbin kollektivi iştirak edib.
Tədbirdə YAP Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev və Abşeron RİH yanında İctimai Şuranın sədri Xatirə İsmayılova çıxış edərək uşaqları bayram münasibəti ilə təbrik edib, ölkəmizdə uşaqlara yaradılan şəraitdən, onların azad və təhlükəsiz yaşamaları, təhsil almaları, inkişaf etmələri və mütəxəssis kimi formalaşmaları istiqamətində həyata keçirilən dövlət layihələrindən danışıblar.






















Abşeronda Uşaqların Beynəlxalq Müdafiəsi Günü şəhid övladları ilə birgə qeyd edilib
Gündəm / Təhsil / Manşet
Dərslərin başlama saatı dəyişdirilir? - SON DƏQİQƏ AÇIQLAMASI
Gündəm / Dünya
Süni intellektlə 120-dən çox terrorçu tapdılar
Gündəm / Siyasət
Tramp Nyu Yorkda Netanyahu ilə görüşməyəcək
Gündəm / Hadisə
Bakıda güclü yanğın başlayıb
Gündəm / Bölgə
Tbilisidə bağçalarda zəhərlənən uşaqların sayı 100-ü ötdü
Gündəm / Hadisə
Füzulidə avtomobil aşdı: ölən var
Gündəm / Bölgə
Xankəndi bayrama hazırlaşır - Foto
Gündəm / Hadisə
Həkəridə iyulda batmış şəxsin meyiti tapıldı
Gündəm / Sosial
İctimai binalarda qraffiti çəkmək qadağan ediləcək
Gündəm / Cəmiyyət
Gənclərin hərbi xidmətdən azad edilməsi ilə bağlı TƏKLİF
Gündəm / Hadisə
İki yaşlı qız ailəni ölümdən xilas etdi - FOTO
Gündəm / Manşet
“Ovçular” sosiskası ilə bağlı İDDİA: İçindən tük çıxdı – VİDEO
Gündəm / Cəmiyyət
Gecikənlər əlavə pul ödəyəcək - Əhalinin diqqətinə!
Gündəm / Hadisə
Qaxda dəhşətli yol qəzası oldu
Gündəm / Bölgə
Ağdərə Qarabağın “yaşıl enerji” mərkəzinə çevrilir - VİDEO
Gündəm / Manşet
Uşaq Poliklinikasında qeydiyyat problemi: Vətəndaşlar yarım saat gözləyirlər
Gündəm / Cəmiyyət
Qazaxda bu sakinlərə dam örtüyü materialları verilir
Gündəm / Təhsil
Diploma gedən yol qısalır: Azərbaycanda ali təhsilin müddəti 3 il olacaq?
Gündəm / Dünya
Erməni ordusu savaşa hazırlaşır: 500 km uça bilən PUA...
Gündəm / Təhsil / Manşet
Goranboy təhsilində ŞÜBHƏLİ TƏYİNAT - BU NƏDİ BELƏ?
Gündəm / Sosial
Maaşla bağlı qaydalar bəlli oldu - RƏSMİ
Gündəm / Hadisə
Göyçə gölü üzərindəki tornadonun görüntüləri paylaşıldı - VİDEO
Gündəm / Cəmiyyət / Üst xəbər
Sərnişinlərin nəzərinə: Bakıda bu marşrut avtobuslarının yolu dəyişdirildi - Siyahı
Gündəm / Cəmiyyət / Mədəniyyət
Bakıda daha bir tədbir başladı
Gündəm / Təhsil
Bu müəllimlər sertifikasiyadan azad ediləcək
Gündəm / Hadisə
Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurdu
Gündəm / Bölgə
Rusiyada qadağa: Axşam heç kim çölə çıxa bilməyəcək - İlginc səbəb
Gündəm / Hadisə
Qaxda dəhşətli qəza: 4 nəfər yaralandı
Gündəm / İdman
"Körpə Messi" İspaniyada oynayacaq?
Gündəm / Cəmiyyət

