Polşada Ukrayna millətçiliyinin və banderizm ideologiyasının təbliğinin qadağan olunmasını nəzərdə tutan yeni qanun layihəsi hazırlanıb.
DuzXeber.az xəbər verir ki, bu barədə Polşa Prezidenti Karol Navrotskinin müşaviri Yakub Banaşek PAP agentliyinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, qanun layihəsi ictimai təşəbbüs kimi Seymin (parlamentin aşağı palatası) müzakirəsinə təqdim olunacaq. Banaşek bildirib ki, təşəbbüs Ukrayna Prezidenti Volodimir Zelenskinin son qərarlarına, xüsusilə də banderçilərin təriflənməsi ilə bağlı addımlarına cavab olaraq hazırlanıb.
"Qanun layihəsi, onun əsaslandırılması və hüquqi müşayiəti artıq hazırdır. Sənədlər iyunun 8-də Seym marşalına təqdim ediləcək. Müvafiq prosedurlar tamamlandıqdan sonra imza toplanmasına başlanılacaq", - deyə o qeyd edib.
Müşavirin sözlərinə görə, təşəbbüs banderizm ideologiyasının təbliğinə görə cinayət məsuliyyətinin tətbiqini nəzərdə tutur. Layihənin parlamentdə müzakirəyə çıxarılması üçün ən azı 100 min vətəndaşın imzası toplanmalıdır.
Yakub Banaşek əlavə edib ki, hazırda Seymdə oxşar məzmunlu daha iki qanun layihəsi var. Onlardan biri prezident administrasiyası tərəfindən 2025-ci ilin sentyabrında təqdim olunub, digəri isə müxalifətdəki "Hüquq və Ədalət" partiyasına məxsusdur. Onun sözlərinə görə, hər iki sənəd hazırda parlamentdə baxılmadan saxlanılır.
Varşava ilə Kiyev arasında gərginlik mayın 26-da Volodimir Zelenskinin Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyatlar Qüvvələrinin "Şimal" Mərkəzinə UPA qəhrəmanlarının adının verilməsi barədə qərarından sonra artıb.
Bu addım Polşada kəskin narazılıq doğurub. Keçmiş prezident Lex Valensa Zelenskinin bu qərarla həlak olmuş polyakların xatirəsini təhqir etdiyini bildirib və bundan sonra ona dəstəyini davam etdirməyəcəyini açıqlayıb.
Hadisədən sonra Polşa Xarici İşlər Nazirliyi Ukraynanın Varşavadakı səfiri Vasili Bodnarı nazirliyə çağıraraq narahatlığını ifadə edib. Prezident Karol Navrotski isə Zelenskinin Polşanın ali dövlət mükafatı olan Ağ Qartal ordenindən məhrum edilməsini təklif edib./teleqraf
Polşada banderizm ideologiyasına qarşı yeni qanun layihəsi hazırlanır
Gündəm / Təhsil / Manşet
Dərslərin başlama saatı dəyişdirilir? - SON DƏQİQƏ AÇIQLAMASI
Gündəm / Dünya
Süni intellektlə 120-dən çox terrorçu tapdılar
Gündəm / Siyasət
Tramp Nyu Yorkda Netanyahu ilə görüşməyəcək
Gündəm / Hadisə
Bakıda güclü yanğın başlayıb
Gündəm / Bölgə
Tbilisidə bağçalarda zəhərlənən uşaqların sayı 100-ü ötdü
Gündəm / Hadisə
Füzulidə avtomobil aşdı: ölən var
Gündəm / Bölgə
Xankəndi bayrama hazırlaşır - Foto
Gündəm / Hadisə
Həkəridə iyulda batmış şəxsin meyiti tapıldı
Gündəm / Sosial
İctimai binalarda qraffiti çəkmək qadağan ediləcək
Gündəm / Cəmiyyət
Gənclərin hərbi xidmətdən azad edilməsi ilə bağlı TƏKLİF
Gündəm / Hadisə
İki yaşlı qız ailəni ölümdən xilas etdi - FOTO
Gündəm / Manşet
“Ovçular” sosiskası ilə bağlı İDDİA: İçindən tük çıxdı – VİDEO
Gündəm / Cəmiyyət
Gecikənlər əlavə pul ödəyəcək - Əhalinin diqqətinə!
Gündəm / Hadisə
Qaxda dəhşətli yol qəzası oldu
Gündəm / Bölgə
Ağdərə Qarabağın “yaşıl enerji” mərkəzinə çevrilir - VİDEO
Gündəm / Manşet
Uşaq Poliklinikasında qeydiyyat problemi: Vətəndaşlar yarım saat gözləyirlər
Gündəm / Cəmiyyət
Qazaxda bu sakinlərə dam örtüyü materialları verilir
Gündəm / Təhsil
Diploma gedən yol qısalır: Azərbaycanda ali təhsilin müddəti 3 il olacaq?
Gündəm / Dünya
Erməni ordusu savaşa hazırlaşır: 500 km uça bilən PUA...
Gündəm / Təhsil / Manşet
Goranboy təhsilində ŞÜBHƏLİ TƏYİNAT - BU NƏDİ BELƏ?
Gündəm / Sosial
Maaşla bağlı qaydalar bəlli oldu - RƏSMİ
Gündəm / Hadisə
Göyçə gölü üzərindəki tornadonun görüntüləri paylaşıldı - VİDEO
Gündəm / Cəmiyyət / Üst xəbər
Sərnişinlərin nəzərinə: Bakıda bu marşrut avtobuslarının yolu dəyişdirildi - Siyahı
Gündəm / Cəmiyyət / Mədəniyyət
Bakıda daha bir tədbir başladı
Gündəm / Təhsil
Bu müəllimlər sertifikasiyadan azad ediləcək
Gündəm / Hadisə
Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurdu
Gündəm / Bölgə
Rusiyada qadağa: Axşam heç kim çölə çıxa bilməyəcək - İlginc səbəb
Gündəm / Hadisə
Qaxda dəhşətli qəza: 4 nəfər yaralandı
Gündəm / İdman
"Körpə Messi" İspaniyada oynayacaq?
Gündəm / Cəmiyyət

