5.06.2026
DuzXeber.az bildirir ki, İllik 2 milyon ton istehsal gücünə malik isti breketlənmiş dəmir (İBD) zavodu layihəsi üzrə mühüm mərhələlərdən biri uğurla başa çatıb. “Azerbaijan Metal Company” MMC (AzMC) tərəfindən reallaşdırılan zavod layihəsi üzrə bank təyinatlı texniki-iqtisadi əsaslandırma (TİƏ) sənədinin hazırlanması yekunlaşdırılıb. Qeyd edək ki, “AzMC” şirkəti İBD zavodunun maliyyələşdirilməsi, layihələndirilməsi, tikintisi və istismarının təşkili məqsədilə ötən il “Daşkəsən Dəmir Filiz” MMC və Qazaxıstanın “Fonte GreenMet Investments Fund OEIC Limited” şirkəti tərəfindən təsis edilib.
İyunun 4-də Bakıda baş tutan tədbirdə TİƏ nəticələrinin təqdimatı keçirilib, eyni zamanda layihənin növbəti mərhələlərini əhatə edəcək sənədlər də imzalanıb. Tədbirdə “AzMC” ilə yanaşı, “AzerGold” QSC, “Daşkəsən Dəmir Filiz” MMC, Qazaxıstanın “Fonte GreenMet Investments Fund OEIC Limited”, Çinin “Sinosteel Equipment & Engineering Co., Ltd.” şirkəti və “Sinosure” İxrac Kredit Agentliyi, İtaliyanın “Tenova” şirkəti və “SACE” İxrac Kredit Agentliyi, həmçinin Niderlandın “ING Bank”ının rəhbər şəxsləri və nümayəndələri iştirak ediblər.
Tədbir zamanı qeyd edilib ki, ötən ilin noyabr ayında Pekində imzalanmış müqaviləyə əsasən “Sinosteel” şirkəti tərəfindən hazırlanmış bank təyinatlı TİƏ sənədi layihənin texniki və iqtisadi baxımdan səmərəli olduğunu təsdiqləyib. Sənədə əsasən, zavodun ümumi kapital xərcləri təqribən 800 milyon ABŞ dolları həcmində qiymətləndirilir.
2029-cu ilin sonunda istismara verilməsi planlaşdırılan zavodun ölkənin ümumi daxili məhsuluna (ÜDM) təqribən 1 milyard ABŞ dolları həcmində töhfə verəcəyi, həmçinin birbaşa və dolayı olaraq təxminən 1600 yeni iş yerinin yaradılacağı gözlənilir. Zavodun Qərb Sənaye Parkının Şəmkir rayonuna aid hissəsində inşası nəzərdə tutulub. Layihə dövlət tərəfindən təqdim olunan vergi, gömrük, logistika üzrə güzəştlər, eləcə də güzəştli qaz tarifləri kimi təşviq mexanizmlərindən faydalanacaq.
Müəssisədə ənənəvi istehsal üsulları ilə müqayisədə daha az enerji sərfiyyatı və əhəmiyyətli dərəcədə aşağı karbon emissiyası ilə seçilən və ən sərfəli kommersiya təklifi ilə fərqlənən İtaliyanın “Tenova” şirkətinin ENERGIRON® Zero-Reformer (ZR) texnologiyası tətbiq olunacaq.
Bank təyinatlı TİƏ sənədinin hazırlanması layihənin növbəti inkişaf mərhələsinə keçid imkanını yaradıb. Belə ki, tədbir çərçivəsində “AzMC” ilə “Sinosteel” şirkətləri arasında İlkin Mühəndislik (Basic Engineering) müqaviləsi imzalanıb və bununla layihənin növbəti icra mərhələsinə keçidi rəsmiləşdirilib. Müqavilə “AzMC”-nin baş direktoru Ceyhun Əliyev və “Sinosteel” şirkətinin baş direktoru Hua Guanglin tərəfindən imzalanıb. Növbəti mərhələdə mühəndislik, satınalma və tikinti (EPC) işlərinin həyata keçirilməsi nəzərdə tutulur.
Layihə üzrə tələb olunan investisiyaların əhəmiyyətli hissəsinin beynəlxalq kredit resursları hesabına maliyyələşdirilməsi nəzərdə tutulur ki, bu da səhmlərinin 50 faizi Azərbaycan tərəfinə məxsus olan “AzMC”-nin kapital xərclərinin optimallaşdırılmasına, birbaşa maliyyə yükünün minimuma endirilməsinə xidmət edir. Bu məqsədlə Çinin“Sinosure”, İtaliyanın “SACE” İxrac Kredit Agentlikləri layihə üzrə maliyyələşməni dəstəkləyən sığorta və zəmanət təminatçıları, “ING Bank” isə prosesin qlobal koordinatoru təyin edilib. Dünyanın ən böyük beynəlxalq maliyyə qruplarından birinə daxil olan “ING Bank” “AzMC” ilə birlikdə ixrac kredit agentlikləri vasitəsilə maliyyələşmənin koordinasiyasını həyata keçirəcək. Bu razılaşma tədbir çərçivəsində “AzMC”nin baş direktoru Ceyhun Əliyev və “ING Bank”ın metallurgiya, dağ-mədən və kimya sənayesi üzrə istiqamət rəhbəri, polad sektorunun qlobal rəhbəri Erik van Doezum arasında imzalanmış müvafiq sazişlə rəsmiləşdirilib.
Xatırladaq ki, Daşkəsən rayonunda yerləşən eyniadlı yataqda mövcud dəmir filizlərinin daha yüksək əlavə dəyərə malik məhsullara çevrilməsi məqsədilə beynəlxalq məsləhətçi şirkətlərin iştirakı ilə aparılan təhlillər nəticəsində iqtisadi və texnoloji baxımdan ən səmərəli həll kimi dəmir filizindən metallurji xammalın istehsalına qədər üç komponentli istehsal zənciri müəyyən edilib. Bu zəncir 67%-dən yüksək dəmir tərkibli konsentrat, pellet və İBD istehsalını əhatə edir. Daşkəsən rayonunda tikintisi planlaşdırılan zənginləşdirmə zavodunda istehsal ediləcək yüksək tərkibli dəmir konsentratının Şəmkir rayonunun inzibati ərazisində inşa ediləcək pellet zavoduna daşınmasını təmin etmək məqsədi ilə ölkəmizdə ilk dəfə tətbiq edilməsi planlaşdırılan şlam boru kəməri inşa olunacaq.
Layihənin filiz hasilatı, zənginləşdirmə zavodu, şlam boru kəməri və pellet istehsalını əhatə edən komponentlərinin “Daşkəsən Dəmir Filiz” MMC tərəfindən qurulması nəzərdə tutulur. Hazırda bu istiqamətdə xarici məsləhətçinin cəlb edilməsi ilə bank təyinatlı TİƏ sənədinin hazırlanması üzrə işlər davam edir.
İBD zavodu istehsal zəncirinin miqyas etibarilə ən böyük, eyni zamanda ən çox investisiya və icra müddəti tələb edən komponentidir. Bu səbəbdən strateji prioritet kimi həmin mərhələnin icrasına indidən başlanılıb.
İstehsal zəncirinin formalaşdırılması tikinti və infrastruktur sahələrinin inkişafına töhfə verərək, iqtisadi artımın və sənaye potensialının gücləndirilməsində mühüm rol oynayan yüksək keyfiyyətli dəmirin istehsalına imkan yaradacaq. Polad istehsalı üzrə xammalın idxalından asılılığın tam aradan qaldırılması ilə yanaşı, layihə ölkənin ixrac potensialının artırılmasına da əhəmiyyətli töhfə verəcək. Layihənin bütün mərhələlərinin kompleks şəkildə həyata keçirilməsi nəticəsində ölkənin ÜDM-nə təxminən 19 milyard ABŞ dolları həcmində töhfə veriləcək, eyni zamanda birbaşa və dolayı təsirlər hesabına regionlarda təxminən 4 000 yeni iş yerinin yaradılması təmin olunacaq.






Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb
DuzXeber.az bildirir ki, İllik 2 milyon ton istehsal gücünə malik isti breketlənmiş dəmir (İBD) zavodu layihəsi üzrə mühüm mərhələlərdən biri uğurla başa çatıb. “Azerbaijan Metal Company” MMC (AzMC) tərəfindən reallaşdırılan zavod layihəsi üzrə bank təyinatlı texniki-iqtisadi əsaslandırma (TİƏ) sənədinin hazırlanması yekunlaşdırılıb. Qeyd edək ki, “AzMC” şirkəti İBD zavodunun maliyyələşdirilməsi, layihələndirilməsi, tikintisi və istismarının təşkili məqsədilə ötən il “Daşkəsən Dəmir Filiz” MMC və Qazaxıstanın “Fonte GreenMet Investments Fund OEIC Limited” şirkəti tərəfindən təsis edilib.İyunun 4-də Bakıda baş tutan tədbirdə TİƏ nəticələrinin təqdimatı keçirilib, eyni zamanda layihənin növbəti mərhələlərini əhatə edəcək sənədlər də imzalanıb. Tədbirdə “AzMC” ilə yanaşı, “AzerGold” QSC, “Daşkəsən Dəmir Filiz” MMC, Qazaxıstanın “Fonte GreenMet Investments Fund OEIC Limited”, Çinin “Sinosteel Equipment & Engineering Co., Ltd.” şirkəti və “Sinosure” İxrac Kredit Agentliyi, İtaliyanın “Tenova” şirkəti və “SACE” İxrac Kredit Agentliyi, həmçinin Niderlandın “ING Bank”ının rəhbər şəxsləri və nümayəndələri iştirak ediblər.
Tədbir zamanı qeyd edilib ki, ötən ilin noyabr ayında Pekində imzalanmış müqaviləyə əsasən “Sinosteel” şirkəti tərəfindən hazırlanmış bank təyinatlı TİƏ sənədi layihənin texniki və iqtisadi baxımdan səmərəli olduğunu təsdiqləyib. Sənədə əsasən, zavodun ümumi kapital xərcləri təqribən 800 milyon ABŞ dolları həcmində qiymətləndirilir.
2029-cu ilin sonunda istismara verilməsi planlaşdırılan zavodun ölkənin ümumi daxili məhsuluna (ÜDM) təqribən 1 milyard ABŞ dolları həcmində töhfə verəcəyi, həmçinin birbaşa və dolayı olaraq təxminən 1600 yeni iş yerinin yaradılacağı gözlənilir. Zavodun Qərb Sənaye Parkının Şəmkir rayonuna aid hissəsində inşası nəzərdə tutulub. Layihə dövlət tərəfindən təqdim olunan vergi, gömrük, logistika üzrə güzəştlər, eləcə də güzəştli qaz tarifləri kimi təşviq mexanizmlərindən faydalanacaq.
Müəssisədə ənənəvi istehsal üsulları ilə müqayisədə daha az enerji sərfiyyatı və əhəmiyyətli dərəcədə aşağı karbon emissiyası ilə seçilən və ən sərfəli kommersiya təklifi ilə fərqlənən İtaliyanın “Tenova” şirkətinin ENERGIRON® Zero-Reformer (ZR) texnologiyası tətbiq olunacaq.
Bank təyinatlı TİƏ sənədinin hazırlanması layihənin növbəti inkişaf mərhələsinə keçid imkanını yaradıb. Belə ki, tədbir çərçivəsində “AzMC” ilə “Sinosteel” şirkətləri arasında İlkin Mühəndislik (Basic Engineering) müqaviləsi imzalanıb və bununla layihənin növbəti icra mərhələsinə keçidi rəsmiləşdirilib. Müqavilə “AzMC”-nin baş direktoru Ceyhun Əliyev və “Sinosteel” şirkətinin baş direktoru Hua Guanglin tərəfindən imzalanıb. Növbəti mərhələdə mühəndislik, satınalma və tikinti (EPC) işlərinin həyata keçirilməsi nəzərdə tutulur.
Layihə üzrə tələb olunan investisiyaların əhəmiyyətli hissəsinin beynəlxalq kredit resursları hesabına maliyyələşdirilməsi nəzərdə tutulur ki, bu da səhmlərinin 50 faizi Azərbaycan tərəfinə məxsus olan “AzMC”-nin kapital xərclərinin optimallaşdırılmasına, birbaşa maliyyə yükünün minimuma endirilməsinə xidmət edir. Bu məqsədlə Çinin“Sinosure”, İtaliyanın “SACE” İxrac Kredit Agentlikləri layihə üzrə maliyyələşməni dəstəkləyən sığorta və zəmanət təminatçıları, “ING Bank” isə prosesin qlobal koordinatoru təyin edilib. Dünyanın ən böyük beynəlxalq maliyyə qruplarından birinə daxil olan “ING Bank” “AzMC” ilə birlikdə ixrac kredit agentlikləri vasitəsilə maliyyələşmənin koordinasiyasını həyata keçirəcək. Bu razılaşma tədbir çərçivəsində “AzMC”nin baş direktoru Ceyhun Əliyev və “ING Bank”ın metallurgiya, dağ-mədən və kimya sənayesi üzrə istiqamət rəhbəri, polad sektorunun qlobal rəhbəri Erik van Doezum arasında imzalanmış müvafiq sazişlə rəsmiləşdirilib.
Xatırladaq ki, Daşkəsən rayonunda yerləşən eyniadlı yataqda mövcud dəmir filizlərinin daha yüksək əlavə dəyərə malik məhsullara çevrilməsi məqsədilə beynəlxalq məsləhətçi şirkətlərin iştirakı ilə aparılan təhlillər nəticəsində iqtisadi və texnoloji baxımdan ən səmərəli həll kimi dəmir filizindən metallurji xammalın istehsalına qədər üç komponentli istehsal zənciri müəyyən edilib. Bu zəncir 67%-dən yüksək dəmir tərkibli konsentrat, pellet və İBD istehsalını əhatə edir. Daşkəsən rayonunda tikintisi planlaşdırılan zənginləşdirmə zavodunda istehsal ediləcək yüksək tərkibli dəmir konsentratının Şəmkir rayonunun inzibati ərazisində inşa ediləcək pellet zavoduna daşınmasını təmin etmək məqsədi ilə ölkəmizdə ilk dəfə tətbiq edilməsi planlaşdırılan şlam boru kəməri inşa olunacaq.
Layihənin filiz hasilatı, zənginləşdirmə zavodu, şlam boru kəməri və pellet istehsalını əhatə edən komponentlərinin “Daşkəsən Dəmir Filiz” MMC tərəfindən qurulması nəzərdə tutulur. Hazırda bu istiqamətdə xarici məsləhətçinin cəlb edilməsi ilə bank təyinatlı TİƏ sənədinin hazırlanması üzrə işlər davam edir.
İBD zavodu istehsal zəncirinin miqyas etibarilə ən böyük, eyni zamanda ən çox investisiya və icra müddəti tələb edən komponentidir. Bu səbəbdən strateji prioritet kimi həmin mərhələnin icrasına indidən başlanılıb.
İstehsal zəncirinin formalaşdırılması tikinti və infrastruktur sahələrinin inkişafına töhfə verərək, iqtisadi artımın və sənaye potensialının gücləndirilməsində mühüm rol oynayan yüksək keyfiyyətli dəmirin istehsalına imkan yaradacaq. Polad istehsalı üzrə xammalın idxalından asılılığın tam aradan qaldırılması ilə yanaşı, layihə ölkənin ixrac potensialının artırılmasına da əhəmiyyətli töhfə verəcək. Layihənin bütün mərhələlərinin kompleks şəkildə həyata keçirilməsi nəticəsində ölkənin ÜDM-nə təxminən 19 milyard ABŞ dolları həcmində töhfə veriləcək, eyni zamanda birbaşa və dolayı təsirlər hesabına regionlarda təxminən 4 000 yeni iş yerinin yaradılması təmin olunacaq.






Oxşar xəbərlər
-
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
12.02.2026Dəfələrlə inzibati xəta protokolu tərtib edilən QSC milyonluq tenderləri necə əldə edə bilir - “Ramco” QSC müəmması -
27.01.2026DGK bir ildə “Arash Medical Company”ə 4 tender verib- ARAŞDIRMA -
21.01.2026Vidadi Zeynalovun milyonluq əmlakları satışa çıxarılır - SİYAHI -
27.11.2025İlham Əliyev Bakıda zavod açılışında
Xəbər lenti
-
6.08.2026“Azərişıq” ASC Bakı və ətraf ərazilərində yeni güc mərkəzləri yaradır
-
6.08.2026Tərtərdə ər-arvadın yanaraq öldüyü dəhşətli hadisənin TƏFƏRRÜATI
-
6.08.2026Məcburi köçkünlərlə bağlı mühüm dəyişiklik: Bu şəxslərə müavinət verilməyəcək
-
6.08.2026DİN-in tabeliyindəki 3 bağça BŞTİ-yə verildi
-
6.08.2026ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışının müddətini artırır
-
6.08.2026Keçirilən qabiliyyət imtahanlarının statistikası açıqlandı
-
6.08.2026DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
-
6.08.2026Qızıl bahalaşdı
-
6.08.2026Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri başlayıb
-
6.08.2026Rusiyanın ən böyük 5 neft emalı zavodunda biri vuruldu
-
6.08.2026“Qarabağ” - “Dinamo” matçının biletləri satışa çıxarılır
-
6.08.2026Bakıda ticarət mərkəzində faciə – Ölən var
-
6.08.2026Bakı metrosunda sərnişinlər qatardan DÜŞÜRÜLDÜLƏR
-
5.08.2026Üç uşaq anası estetik əməliyyatdan sonra öldü
-
5.08.2026Şirvan kanalı bərpa edildi - FOTO
-
5.08.2026Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
-
5.08.2026Kiyevdə matəm elan edildi
-
5.08.2026“Bar-bar bağırdı ki, mən sənin...” -Təhsil mərkəzində qalmaqal: "Qapını bağla!"
-
5.08.2026Məleykə Abbaszadədən abituriyentlərə VACİB ÇAĞIRIŞ
-
5.08.2026İlon Maskın raketi Ayın səthinə çırpıldı: Yeni krater yarandı
-
5.08.2026Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində 20 min manat...
-
5.08.2026Rahat Marketdə satılan “Pınar” kolbasası müzakirə yaratdı - Tarix niyə silinmiş görünür?
-
5.08.2026İspaniya sərhədində dəhşət: 141 miqrant həlak oldu
-
5.08.2026Məhkumun gizlətdiyi silah üzə çıxdı - BİRGƏ ƏMƏLİYYAT
-
5.08.2026“Məni narahat edən rəqib yox, özümüzük” – Qurban Qurbanov
-
5.08.2026Rusiya, Britaniya, Fransa və Almaniya: Vyanadakı gizli görüşün təfərrüatları yayıldı
-
5.08.2026Xocavəndə növbəti köç karvanı mənzil başına çatdı - YENİLƏNDİ
-
5.08.2026Hikmət Hacıyevdən önəmli AÇIQLAMA: "Azərbaycan heç vaxt öz ərazisinin..."
-
5.08.2026Uşaqların sosial şəbəkələrdə qeydiyyatı ilə bağlı yeni tələblər...
-
5.08.2026“Övladlarınızı Tibb Universitetinə qəbul etdirəcəyəm“ dedi... - 26 minlik dələduzluq



