12.02.2026
Duzxeber.az: - Bu günlərdə mediada Qarabağda tikinti işlərinə cəlb olunan “Ramco” Qapalı Səhmdar Cəmiyyətinin xeyli miqdarda cərimələnməsi xəbəri yayıldı. Məlumata görə, Füzuli rayon Prokurorluğunun apardığı araşdırma nəticəsində şirkətin inzibati xətaya yol verdiyi müəyyən edilib.
Dəfələrlə inzibati xəta protokolu tərtib edilən QSC milyonluq tenderləri necə əldə edə bilir - “Ramco” QSC müəmması
Belə ki, şirkət Hadrutda təmir-tikinti prosesinə işçiləri əmək müqaviləsi bağlamadan cəlb edib. Nəticədə Yasamal rayon Məhkəməsinin qərarına əsasən, “Ramco” QSC 20 000 manat məbləğində cərimə olunub. Məlumatda həmçinin bildirilir ki, “Ramco” QSC dəfələrlə bir sıra dövlət qurumlarının tenderlərinin qalibi olub. “Ramco” QSC Şuşada “Xarıbülbül” və “Qarabağ” hotellərinin də əsaslı təmir işini icra edib.
Bundan əlavə medianın 2 sentyabr 2023-cü ildə yaydığı məlumata görə “Ramco” QSC barəsində iqtisadi fəaliyyət qaydaları əleyhinə olan (Valyuta tənzimi qaydalarının pozulması) inzibati xəta protokolu tərtib olunub. Protokol İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə irəli sürülüb. Sözügedən maddəyə görə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 10 faizindən 20 faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.
Medianın 18 oktyabr 2024-cü yaydığı məlumata görə İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti “Ramco” QSC-ni məhkəməyə verib.İddia icarə müqaviləsindən qaynaqlanan öhdəliklər üzrə qaldırılıb.
Medianın 18 oktyabr 2024-cü yaydığı məlumata görə “Ramco” QSC siyasi, sosial və əmək hüquqları əleyhinə olan inzibati xəta üzrə məhkəməyə verilib. Şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə protokol irəli sürülüb. İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər 1000-2000 manatadək məbləğdə, vəzifəli şəxslər 3000-5000 manatadək məbləğdə, hüquqi şəxslər 20000 -25000 manatadək məbləğdə cərimə edilir.
Yuxarıda qeyd edildiyi kimi “Ramco” Qapalı Səhmdar Cəmiyyəti son illər bir neçə dövlət qurumu tərəfindən milyonlarla manat dəyəri olan açıq tenderrlərin qalibi seçilib.
Dövlət satınalmalarının portalı üzərindən apardığımız araşdırmada məlum oldu ki, QSC əsasən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti publik hüquqi şəxsi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzi, hazırda “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti”nin hüquqi varisi olmuş “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi ilə daha çox işbirliyində olub. Onlardan bir neçəsini diqqətinizə çatdırırıq.
Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti publik hüquqi şəxsi Xankəndi, Xocalı şəhərlərinin və Əsgəran qəsəbəsinin xarici su təchizatı və tullantı su şəbəkə və qurğularının tikintisi üzrə 12.11.2025-ci ildə “Ramco” QSC ilə 6.889.036,99 manat məbləğində müqavilə bağlayıb. QSC elə həmin qurumla 03.11.2022-ci ildə “Aşağı Köndələnçay, Köndələnçay 1 və Köndələnçay 2 su anbarlarının təmiri, bərpası” üzrə 11.484.444,69 manat dəyərində, Bəhrəmtəpə hidroqovşağında qəza vəziyyətinin aradan qaldırılması və yenidən qurulması tədbirlərinin satın alınması üzrə 8.279.945,55 manat dəyərində müqavilə isə 09.09.2021-ci ildə bağlayıb.
Göründüyü kimi Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti son 5 ildə “Ramco” QSC ilə ümumi dəyəri 25 milyon manatdan çox olan 3 satınalma müqaviləsi bağlayıb.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzi isə “Gəncə Memorial Kompleksinin tikinti-quraşdırma işlərinin tamamlanması və muzey ekspozisiyasının təşkili xidmətləri”nin satın alınması üzrə 12.639.345,25 manat dəyərində 15.10.2025-ci ildə, “Gəncə Memorial Kompleksi”nin tikintisi işləri üzrə 5.959.189,86 manat dəyərində müqaviləni isə 01.11.2023-cü ildə “Ramco” QSC ilə bağlayıb. Bu isə iki il ərzzində 18 milyon manatdan çox dövlət vəsaiti deməkdir.
Qeyd edək ki, yalnız Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti 16.09.2025-ci ildə kçürülmə işləri ilə əlaqədar daşınmaz əmlakların söklülərək ərazinin təmizlənməsi üzrə 17.051.000 manat dəyərində müqavilə bağlayıb.
Göründüyü kimi “Ramco” QSC yalnız son 3 ildə 50 milyon manatdan çox dəyəri olan tenderlərin qalibi olub. İndi gəlin görək QSC-nin barəsində nə kimi məlumatlar var.
Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “RAMCO” (VÖEN: 1501703131) Qapalı Səhmdar Cəmiyyətinin Milli Gəlirlər Baş İdarəsində 20.12.2010-cıuil tarixdə dövlət qeydiyyatına alındığı göstərilib. Reyestr məlumatlarında nizamnamə kapitalı 2000 manat olan QSC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ, YASAMAL RAYONU, MƏTBUAT PR., ev.35A, m.40, qanuni təmsilçisinin isə Abdullayev Rövşən Hüseyn oğlu olduğu qeyd edilib.
Qeyestr məlumatlarına edilmiş dəyişikliklərdə “Ramco” Məhdud Məsuliyyətli Cəmiyyəti kimi dövlət qeydiyyatına alınıb. 22.05.2019-cu ildə təşkilati hüquqi formasını dəyişərək Qapalı Səhmdar Cəmiyyətinə çevrilib. Təsisçisi və ilk qanuni təmsilçisi Əzimova Valeriya Oqtayevna olub. Onun barəsində açıq mənbələrdə heç bir məlumat yoxdur.
QSC barəsində açıq mənbələrdə olan məlumatlar bu qədərdir. Hər il dövlətdən milyonlarla manat sifarişi alan QSC-nin açıq mənbələrdə illik maliyyə hesabatlarına də rast gəlinmir.
Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında 2010-cu il 27 may tarixli, 97 nömrəli qərarı var. Həmin qərarın 5-ci ( İllik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının dərc edilməsi) bəndində göstərilir ki,
5.1. “Dövlət sirri haqqında” və “Kommersiya sirri haqqında” Azərbaycan Respublikası qanunlarının tələbləri nəzərə alınmaqla, ictimai əhəmiyyətli qurumlardan və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hazırlayan kommersiya təşkilatlarından (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla), habelə dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatlarından həmçinin aşağıdakılar tələb olunur:
5.1.1. qurumun internet səhifəsi olduqda, həmin məlumatlardan sərbəst istifadə edilməsini təmin etmək şərtilə, illik maliyyə hesabatının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının qanunla müəyyən edilmiş hallarda auditor rəyi ilə birlikdə həmin internet səhifəsində və ya mətbu orqanda dərc olunması;
Amma internet axtarış sistemləri üzərindən apardığımız araşdırmada “Ramco” QSC -nin son illər büdcədən müəyyən səlahiyyətlərin yerinə yetirməsinə baxmayaraq illik maliyyə hesabatları barədə məlumat yoxdur. Bu da Nazirlər Kabinetinin Qərarının pozulması deməkdir.
Göründüyü kimi, “Ramco” Qapalı Səhmdar Cəmiyyəti son illər müxtəlif inzibati xətalar törətdiyinə görə dəfələrlə məhkəmələrə cəlb edilib, müəyyən miqdarlarda cərimələr tətbiq edilib. Buna baxmayaraq “Ramco” QSC yenə də satınalmalarda iştirak edir, qalib çıxır. Amma Qanunla sonbir il ərzində iki dəfə və ya daha çox Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə maliyyə sanksiyasının və ya inzibati cərimənin tətbiq edilməsinə yol verən təchizatçılar satınalmalarda iştirak edə bilməzlər.
Amma göründüyü kimi “Ramco” QSC həm qalib seçilir, həm də qalib seçildiyi dövlət sifarişlərini həyata keçirərkən Əmək Məcəlləsin tələblərini pozur. Bu dünən yayılan məlumatdan da göründüyü kimi bir hal üzrə olub. İndi kim zəmanət verə bilər ki, “Ramco” QSC Gəncə Memorial Kompleksinin tikinti-quraşdırma işlərində də analoji qanun pozuntularına yol verməyib, ya da hazırda Xankəndi, Xocalı şəhərlərinin və Əsgəran qəsəbəsinin xarici su təchizatının tikintisi işlərində də analoji hallara yol vermir…? Nə isə müəmmalı işlərdi.//Aktualinfo.net
Oxşar xəbərlər
-
29.01.2026Tarixi sərvətləri məhv etməyə görə cəzalar sərtləşdirildi -
22.01.2026Hər yeri KORRUPSİYA QOXUYAN TOVUZ... - Ayın tarixini soruşan da yoxdur... -
22.01.2026Tovuzda yolların əsaslı təmiri də, abadlıq işləri də şübhəli yollarla aparılır -
13.01.2026“Nakhish” MTK-ya həm cərimələr tətbiq edilir, həm də milyonluq tenderlər verilir – Bu necə olur? -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ!
Xəbər lenti
-
5.08.2026Üç uşaq anası estetik əməliyyatdan sonra öldü
-
5.08.2026Şirvan kanalı bərpa edildi - FOTO
-
5.08.2026Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
-
5.08.2026Kiyevdə matəm elan edildi
-
5.08.2026“Bar-bar bağırdı ki, mən sənin...” -Təhsil mərkəzində qalmaqal: "Qapını bağla!"
-
5.08.2026Məleykə Abbaszadədən abituriyentlərə VACİB ÇAĞIRIŞ
-
5.08.2026İlon Maskın raketi Ayın səthinə çırpıldı: Yeni krater yarandı
-
5.08.2026Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində 20 min manat...
-
5.08.2026Rahat Marketdə satılan “Pınar” kolbasası müzakirə yaratdı - Tarix niyə silinmiş görünür?
-
5.08.2026İspaniya sərhədində dəhşət: 141 miqrant həlak oldu
-
5.08.2026Məhkumun gizlətdiyi silah üzə çıxdı - BİRGƏ ƏMƏLİYYAT
-
5.08.2026“Məni narahat edən rəqib yox, özümüzük” – Qurban Qurbanov
-
5.08.2026Rusiya, Britaniya, Fransa və Almaniya: Vyanadakı gizli görüşün təfərrüatları yayıldı
-
5.08.2026Xocavəndə növbəti köç karvanı mənzil başına çatdı - YENİLƏNDİ
-
5.08.2026Hikmət Hacıyevdən önəmli AÇIQLAMA: "Azərbaycan heç vaxt öz ərazisinin..."
-
5.08.2026Uşaqların sosial şəbəkələrdə qeydiyyatı ilə bağlı yeni tələblər...
-
5.08.2026“Övladlarınızı Tibb Universitetinə qəbul etdirəcəyəm“ dedi... - 26 minlik dələduzluq
-
5.08.2026Müəllim olmaq istəyənlərə xəbər: Vakansiya seçimi başladı
-
5.08.2026İldırım kabusu: 13 nəfər saniyələr içində öldü
-
5.08.2026Zaqatalada selin qarşısını almaq üçün dağ çaylarına ağır texnika cəlb edilib
-
5.08.2026Laçında Bərpa-tikinti adı ilə milyonlar bir mənbədən xərclənir(?)! –Əsaslı şübhələr var...
-
5.08.2026Sabah Bakıda yağış yağacaq, güclü külək əsəcək
-
5.08.2026Qabırğası sınıb ürəyinə girmişdi - Kürəkəninə 10 il həbs verildi
-
5.08.2026Rusiya Azərbaycan vətədaşlarını deport etdi
-
5.08.2026Dünyanın yenidən bölünməsi və ya:biz tarixi tələyə düşmüşük
-
5.08.2026Abşeronda yanacaqdoldurma məntəqəsinin ərazisində yanğın - Video
-
5.08.2026DYP-dən sürücülərə MÜRACİƏT
-
5.08.2026Bu günün valyuta məzənnələri
-
5.08.2026Ağcabədidə iki avtomobil toqquşdu, xəsarət alanlar var - FOTO
-
5.08.2026Toy etmək istəyənlərin NƏZƏRİNƏ: Zamanında addım atmasanız...



