8.06.2026
“Azərbaycan Dəmir Yolları”nın keçmiş əməkdaşı sosial şəbəkədə şikayət məzmunlu paylaşım etmişdi. Göndərdik qurumun mətbuat xidmətinə ki, mövqe bildirsinlər, üstündən 10 dəqiqə keçmiş adam statusu sildi.
DuzXeber.az bildirir ki, bu barədə jurnalist, Afn.az saytının redaktoru Həbibə Abdulla yazıb. O bildirib ki, keçmiş əməkdaşa yazdığı statusu sildiriblər.
Sözügedən şikayət mətnini təqdim edirok: “Hörmətli dostlar və Azərbaycan Dəmir Yollarının nümayəndələri, hər vaxtınız xeyir.
Bakı–Tbilisi–Bakı qatarı ilə səyahət təcrübəmi sizinlə bölüşmək istəyirəm. Nəzərə alsaq ki, mən özüm bu təşkilatda 7 il çalışmışam, mümkün qədər obyektiv və qərəzsiz olmağa çalışacağam.
Ötən ay ABŞ-a səfərim planlaşdırılmışdı. Biletləri seçərkən Bakıya geri dönüş bileti tapa bilmədim. Buna görə Bakı–Varşava–Los Anceles–Vyana–Tbilisi marşrutu üzrə bilet aldım. Məhz həmin gün mətbuatda Bakı–Tbilisi–Bakı qatarının fəaliyyətə başlayacağı barədə məlumat yayıldı və bu məni çox sevindirdi.
Qatar bileti üçün elan olunan qiymət 81 manat idi. Halbuki həmin dövrdə Tbilisi–Bakı aviabileti təxminən 170 avro təşkil edirdi.
ABŞ-da olarkən, qatar biletlərinin satışa çıxarılmasından bir gün əvvəl əməkdaşlarımdan xahiş etdim ki, 6 iyun tarixi üçün Tbilisi–Bakı istiqamətində mənə bilet alsınlar. Satışın ilk günü səhər əməkdaşlarım bildirdilər ki, bu marşrut üzrə üç qiymət mövcuddur: Komfort sinfi üçün 104,26 manat, Komfort+ üçün 150,65 manat və Lüks sinif üçün 231,29 manat. Lakin həmin vaxt yalnız Lüks sinifdə yerlər qalmışdı.
Biletlərə böyük tələbatı və təyyarə bileti ilə müqayisədə qiyməti nəzərə alaraq, 6 iyun üçün Lüks sinif biletinin alınmasını xahiş etdim. Müqayisə üçün: qatar bileti 231,29 manat, təyyarə bileti isə təxminən 340 manat idi. Yəni mənim hesablamama görə 109 manat qənaət etmiş olurdum. Üstəlik, eşitdiyimə görə Lüks sinif ayrıca kupe, televizor, şəxsi sanitar qovşağı, duş, yaxşı qidalanma və digər üstünlüklər təqdim etməli idi. Lakin nə qədər yanıldığımı sonradan anladım.
ABŞ-a və oradan Tbilisiyə qədər olan marşrutumu təsadüfən qeyd etmədim.
Aviabiletim üzrə mənə 23 kq-lıq bir çamadan və 10 kq-a qədər əl yükü aparmağa icazə verilmişdi. Mən də heç bir çəki limitini aşmadan belə etdim. Hətta ABŞ-dan qayıdarkən əməkdaşlardan biri tranzit zamanı çamadanla əlavə əziyyət çəkməməyim üçün əl yükümü də baqaja verməyi təklif etdi. Hər kəs səyahətimin mümkün qədər rahat keçməsi üçün kömək etməyə çalışırdı. Tbilisi vağzalının perronuna ayaq basdığım ana qədər…
Biletimi yoxlayan bələdçi xanım bildirdi ki, Lüks sinifdə səyahət etməyimə baxmayaraq, 6 kq çəkisi olan kiçik çantama görə əlavə 50 manat ödəməliyəm. Məlum oldu ki, ADY qaydalarına əsasən yalnız bir çantanı pulsuz aparmaq olar, ikinci çanta üçün isə 50 manat ödənilməlidir.
Yanımda duran bir gənc baqajsız səyahət etdiyini və çantamı öz adına rəsmiləşdirə biləcəyini söylədi. Lakin bələdçi xanım buna o qədər sərt reaksiya verdi ki, bütün izahlar və xahişlər nəticəsiz qaldı. Cavab yalnız bir idi: “50 manat ödəməlisiniz.” Mübahisədən qaçmaq və tərbiyəmə uyğun davranmaq üçün həmin məbləği ödəməyə məcbur oldum.
Kupeyə daxil olduqda anladım ki, “Lüks” bileti heç də lüks şərait demək deyil. Kupedə artıq ikinci sərnişin də əyləşmişdi. Məlum oldu ki, Lüks bilet sadəcə iki nəfərlik kupeyə verilən yerdir. Yaxşı, bunu da qəbul etdim.
Qatar hərəkətə başlayandan sonra, əvvəllər olduğu kimi, bələdçidən bir stəkan çay istədim. O isə çay təqdim etmədiyini və nəsə istədiyim halda restoran vaqonuna getməli olduğumu bildirdi. Lüks sinifdə qidalanma barədə sual verdikdə isə mənə sanki xalq düşməninə baxırmış kimi baxdı və yenə restoran vaqonuna yönləndirdi.
Restoran vaqonunda iki ofisiant və mətbəxdə bir gənc qız çalışırdı. Menyuya baxanda özümü bir anlıq “Four Seasons” otelinin restoranında hiss etdim. Düşünürəm ki, orada yemək belə daha ucuz başa gələrdi. Üstəlik, mətbəxdə yalnız bir nəfər işlədiyi üçün sifarişimi təxminən bir saat yarımdan sonra ala bildim.
Beləliklə, 109 manat qənaət etmək və keçmiş xatirələri yenidən yaşamaq istəyərkən, əlavə baqaj ödənişi və şam yeməyini nəzərə aldıqda cəmi 20 manat qənaət etmiş oldum. Bunun müqabilində böyük məyusluq yaşadım və həyatımın 10 saatını itirdim. Kupe daxilindəki şəxsi sanitar qovşağından cəmi bir dəfə istifadə etdim, duş otağına isə ümumiyyətlə girmədim.
İşləməyən internet, kupedəki istilik və işləməyən televizor barədə də çox şey danışa bilərəm. Amma bunun nə mənası var?
Bu, həmin qatarla ilk və son səfərim oldu. Sizə də tövsiyə etmirəm. Təyyarə ilə uçmaq daha məqsədəuyğundur. Çox təəssüf ki, belə köklü və hörmətli dövlət şirkətinin rəhbərliyində sərnişin xidmətlərini lazımi səviyyədə təşkil edə bilməyən peşəkar olmayan şəxslər dayanırlar”.
ADY rəhbərliyi keçmiş əməkdaşının Feysbukda yazdığı şikayəti sildirdi
“Azərbaycan Dəmir Yolları”nın keçmiş əməkdaşı sosial şəbəkədə şikayət məzmunlu paylaşım etmişdi. Göndərdik qurumun mətbuat xidmətinə ki, mövqe bildirsinlər, üstündən 10 dəqiqə keçmiş adam statusu sildi.DuzXeber.az bildirir ki, bu barədə jurnalist, Afn.az saytının redaktoru Həbibə Abdulla yazıb. O bildirib ki, keçmiş əməkdaşa yazdığı statusu sildiriblər.

Xəbər lenti
-
6.08.2026FHN: Küləkli havada dənizə girmək təhlükəlidir
-
6.08.2026Pensiyalar bu tarixdə veriləcək
-
6.08.2026ABŞ-ın Yaxın Şərqdə strateji prioriteti dəyişir: Türkiyə ön planda, İsrail təklənir
-
6.08.2026Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilir
-
6.08.2026“Azərişıq” ASC Bakı və ətraf ərazilərində yeni güc mərkəzləri yaradır
-
6.08.2026Tərtərdə ər-arvadın yanaraq öldüyü dəhşətli hadisənin TƏFƏRRÜATI
-
6.08.2026Məcburi köçkünlərlə bağlı mühüm dəyişiklik: Bu şəxslərə müavinət verilməyəcək
-
6.08.2026DİN-in tabeliyindəki 3 bağça BŞTİ-yə verildi
-
6.08.2026ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışının müddətini artırır
-
6.08.2026Keçirilən qabiliyyət imtahanlarının statistikası açıqlandı
-
6.08.2026DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
-
6.08.2026Qızıl bahalaşdı
-
6.08.2026Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri başlayıb
-
6.08.2026Rusiyanın ən böyük 5 neft emalı zavodunda biri vuruldu
-
6.08.2026“Qarabağ” - “Dinamo” matçının biletləri satışa çıxarılır
-
6.08.2026Bakıda ticarət mərkəzində faciə – Ölən var
-
6.08.2026Bakı metrosunda sərnişinlər qatardan DÜŞÜRÜLDÜLƏR
-
5.08.2026Üç uşaq anası estetik əməliyyatdan sonra öldü
-
5.08.2026Şirvan kanalı bərpa edildi - FOTO
-
5.08.2026Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
-
5.08.2026Kiyevdə matəm elan edildi
-
5.08.2026“Bar-bar bağırdı ki, mən sənin...” -Təhsil mərkəzində qalmaqal: "Qapını bağla!"
-
5.08.2026Məleykə Abbaszadədən abituriyentlərə VACİB ÇAĞIRIŞ
-
5.08.2026İlon Maskın raketi Ayın səthinə çırpıldı: Yeni krater yarandı
-
5.08.2026Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində 20 min manat...
-
5.08.2026Rahat Marketdə satılan “Pınar” kolbasası müzakirə yaratdı - Tarix niyə silinmiş görünür?
-
5.08.2026İspaniya sərhədində dəhşət: 141 miqrant həlak oldu
-
5.08.2026Məhkumun gizlətdiyi silah üzə çıxdı - BİRGƏ ƏMƏLİYYAT
-
5.08.2026“Məni narahat edən rəqib yox, özümüzük” – Qurban Qurbanov
-
5.08.2026Rusiya, Britaniya, Fransa və Almaniya: Vyanadakı gizli görüşün təfərrüatları yayıldı