Canlı yayım
10.06.2026

Goranboy Rayon Mərkəzi Xəstəxanasında 100 min manatlıq "zibil atılacaq"

"Goranboy Rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsi nəzdində olan tibb müəssisələrində hasil olan müxtəlif növ tibbi tullantıların daşınması və zərərsizləşdirilməsi xidmətlərinin satın alınması üçün tender elan edib.
DuzXeber.az xəbər verir ki, Satınalmanın ehtimal olunan qiyməti 99.181,89 AZN təşkil edir. Layihə çərçivəsində rayon ərazisindəki tibb ocaqlarından B, C və D sinfi üzrə yüzlərlə kubmetr tullantının zərərsizləşdirilməsi, həmçinin ümumilikdə 15 min kilometr məsafəyə təhlükəsiz daşınması nəzərdə tutulur./mediatvaz.com

Xəbər lenti