Şuşada 13-14 iyul tarixlərində 4-cü Qlobal Media Forumu keçiriləcək.
DuzXeber.az xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyi (MEDİA) məlumat yayıb.
Şuşa Qlobal Media Forumu bu il "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusuna həsr olunacaq.
Dünyanın 54 ölkəsindən 160-a yaxın media nümayəndəsi, ekspert və rəsmi şəxsin iştirak edəcəyi forumda 30-a yaxın beynəlxalq informasiya agentliyi və 60-dan çox aparıcı media qurumu təmsil olunacaq. Həmçinin 10-a yaxın beynəlxalq təşkilat və şirkətin nümayəndələri də foruma qatılacaq.
Forum çərçivəsində medianın sülh quruculuğundakı rolu, sərhədlərarası media dialoqu və ictimai etimadın bərpası, dezinformasiya ilə mübarizədə beynəlxalq əməkdaşlıq, rəqəmsal platformalarda təhlükəsiz informasiya mühitinin yaradılması, süni intellekt dövründə media etikası və məsuliyyətli jurnalistika kimi aktual mövzular ətrafında panel müzakirələri, təkbətək görüşlər və interaktiv sessiyalar təşkil olunacaq.
Forum mediada məsuliyyətli davranışın vacibliyini önə çəkərək, cəmiyyətlər arasında sarsılmış etimadın bərpası, rəqəmsal həmrəyliyin gücləndirilməsi və sülhün təmin olunması istiqamətində praktiki addımların atılmasına töhfə verməyi hədəfləyir.
Qeyd edək ki, 2022-ci ildə ilk dəfə "Mediada qlobal trendlər, yeni çağırışlar" mövzusunda Beynəlxalq Media Forumu keçirilib. Sonrakı illərdə bu təşəbbüs Şuşa Qlobal Media Forumu formatında davam etdirilib. Belə ki, 2023-cü ildə keçirilən 1-ci Şuşa Qlobal Media Forumu "4-cü Sənaye İnqilabı dövründə Yeni Media", 2024-cü ildə baş tutan 2-ci Şuşa Qlobal Media Forumu "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə", 2025-ci ildəki 3-cü Şuşa Qlobal Media Forumu isə "Rəqəmsal Keçidlər: Süni İntellekt Dövründə İnformasiya və Media Dayanıqlılığının Gücləndirilməsi" mövzularına həsr olunub.
İndiyədək keçirilmiş dörd forum ərzində 81 ölkədən 600-ə yaxın nüfuzlu media nümayəndəsi, ekspert və rəsmi şəxsi bir araya gətirən Şuşa Qlobal Media Forumu qlobal media gündəliyinin müzakirə olunduğu aparıcı beynəlxalq platformalardan biri kimi öz mövqeyini möhkəmləndirib.
Forumun əvvəlki illərdə keçirilən sessiyalarında rəqəmsal transformasiya, süni intellekt texnologiyalarının media sektoruna və xəbər istehsalı proseslərinə təsiri, bu texnologiyaların yaratdığı imkanlar və çağırışlar, mediada innovasiyalar, dezinformasiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlığın və həmrəyliyin gücləndirilməsi kimi məsələlər geniş müzakirə olunub. Son illərdə qlobal informasiya mühitində baş verən sürətli dəyişikliklər həmin mövzuların aktuallığını daha da artırıb. Bu baxımdan, əvvəlki forumlarda əsası qoyulan müzakirələrin davamı olaraq, sözügedən istiqamətlər 4-cü Şuşa Qlobal Media Forumunun da əsas diqqət mərkəzində olacaq və müasir çağırışlar kontekstində ətraflı müzakirə ediləcək.
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
Gündəm / Təhsil / Manşet
Dərslərin başlama saatı dəyişdirilir? - SON DƏQİQƏ AÇIQLAMASI
Gündəm / Dünya
Süni intellektlə 120-dən çox terrorçu tapdılar
Gündəm / Siyasət
Tramp Nyu Yorkda Netanyahu ilə görüşməyəcək
Gündəm / Hadisə
Bakıda güclü yanğın başlayıb
Gündəm / Bölgə
Tbilisidə bağçalarda zəhərlənən uşaqların sayı 100-ü ötdü
Gündəm / Hadisə
Füzulidə avtomobil aşdı: ölən var
Gündəm / Bölgə
Xankəndi bayrama hazırlaşır - Foto
Gündəm / Hadisə
Həkəridə iyulda batmış şəxsin meyiti tapıldı
Gündəm / Sosial
İctimai binalarda qraffiti çəkmək qadağan ediləcək
Gündəm / Cəmiyyət
Gənclərin hərbi xidmətdən azad edilməsi ilə bağlı TƏKLİF
Gündəm / Hadisə
İki yaşlı qız ailəni ölümdən xilas etdi - FOTO
Gündəm / Manşet
“Ovçular” sosiskası ilə bağlı İDDİA: İçindən tük çıxdı – VİDEO
Gündəm / Cəmiyyət
Gecikənlər əlavə pul ödəyəcək - Əhalinin diqqətinə!
Gündəm / Hadisə
Qaxda dəhşətli yol qəzası oldu
Gündəm / Bölgə
Ağdərə Qarabağın “yaşıl enerji” mərkəzinə çevrilir - VİDEO
Gündəm / Manşet
Uşaq Poliklinikasında qeydiyyat problemi: Vətəndaşlar yarım saat gözləyirlər
Gündəm / Cəmiyyət
Qazaxda bu sakinlərə dam örtüyü materialları verilir
Gündəm / Təhsil
Diploma gedən yol qısalır: Azərbaycanda ali təhsilin müddəti 3 il olacaq?
Gündəm / Dünya
Erməni ordusu savaşa hazırlaşır: 500 km uça bilən PUA...
Gündəm / Təhsil / Manşet
Goranboy təhsilində ŞÜBHƏLİ TƏYİNAT - BU NƏDİ BELƏ?
Gündəm / Sosial
Maaşla bağlı qaydalar bəlli oldu - RƏSMİ
Gündəm / Hadisə
Göyçə gölü üzərindəki tornadonun görüntüləri paylaşıldı - VİDEO
Gündəm / Cəmiyyət / Üst xəbər
Sərnişinlərin nəzərinə: Bakıda bu marşrut avtobuslarının yolu dəyişdirildi - Siyahı
Gündəm / Cəmiyyət / Mədəniyyət
Bakıda daha bir tədbir başladı
Gündəm / Təhsil
Bu müəllimlər sertifikasiyadan azad ediləcək
Gündəm / Hadisə
Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurdu
Gündəm / Bölgə
Rusiyada qadağa: Axşam heç kim çölə çıxa bilməyəcək - İlginc səbəb
Gündəm / Hadisə
Qaxda dəhşətli qəza: 4 nəfər yaralandı
Gündəm / İdman
"Körpə Messi" İspaniyada oynayacaq?
Gündəm / Cəmiyyət

