İspaniyanın Sevilya şəhəri yaxınlığında su borusu xəttinin çəkilişi zamanı aparılan qazıntı işləri gözlənilməz tarixi kəşflə nəticələnib. Bələdiyyə işçiləri təsadüfən Roma imperiyası dövrünə aid minlərlə qədim sikkə aşkar ediblər.
DuzXeber.az xəbər verir ki, Sevilya əyalətinin Tomares qəsəbəsində yerləşən “El Olivar del Zaudín” parkında təxminən bir metr dərinlikdə aparılan qazıntı zamanı ekskavator yerin altında sərt cisimlərə toxunub. İşlər dayandırıldıqdan sonra ərazidə aparılan araşdırma zamanı yan-yana və üst-üstə yerləşdirilmiş çoxsaylı qədim amforalar aşkarlanıb.
Məlumata görə, qazıntı zamanı 10 amfora zədələnsə də, 9-u salamat vəziyyətdə torpaqdan çıxarılıb. Zədələnmiş amforaların içərisindən minlərlə qədim sikkə əldə olunub və onlar araşdırma üçün Sevilya Arxeologiya Muzeyinə aparılıb.
Muzeyin direktoru Ana Navarronun sözlərinə görə, tapılan sikkələr gümüş örtüklü bürünc “follis” tipli pullardır və eramızın 290-310-cu illərinə aiddir. Sikkələrin üzərində Roma imperatorları I Konstantin və Qalerinin təsvirləri, eləcə də dövrün rəsmi zərbxana nişanları yer alır.
Mütəxəssislər bildiriblər ki, sikkələr demək olar ki, dövriyyədə istifadə edilməyib və ilk zərb edildiyi gündəki görünüşünü qoruyub saxlayıb.
Arxeoloqların qənaətinə görə, adətən zeytun yağı daşınması üçün istifadə olunan amforalar bu dəfə xəzinə sandığı kimi istifadə edilib. Kərpic və məhlulla gizlədilmiş xüsusi bölmədə saxlanılan sikkələrin hərbi qarnizona və ya vergi toplama məntəqəsinə aid olduğu ehtimal edilir.
Tarixçilər hesab edirlər ki, pullar Roma əsgərlərinin maaşlarının ödənilməsi və ya toplanan vergilərin imperiyanın mərkəzinə göndərilməsi məqsədilə saxlanılıb. Lakin ehtimal olunan hücum və ya daxili qarışıqlıq səbəbindən xəzinə torpağa basdırılıb.
Təxminən 600 kiloqram ağırlığında və 50 mindən çox olduğu bildirilən sikkələrin bərpası, təmizlənməsi və kataloqlaşdırılması işləri hazırda Sevilya Arxeologiya Muzeyində davam etdirilir./Sara
Su xətti çəkərkən 600 kiloluq xəzinə tapdılar
Gündəm / Təhsil / Manşet
Dərslərin başlama saatı dəyişdirilir? - SON DƏQİQƏ AÇIQLAMASI
Gündəm / Dünya
Süni intellektlə 120-dən çox terrorçu tapdılar
Gündəm / Siyasət
Tramp Nyu Yorkda Netanyahu ilə görüşməyəcək
Gündəm / Hadisə
Bakıda güclü yanğın başlayıb
Gündəm / Bölgə
Tbilisidə bağçalarda zəhərlənən uşaqların sayı 100-ü ötdü
Gündəm / Hadisə
Füzulidə avtomobil aşdı: ölən var
Gündəm / Bölgə
Xankəndi bayrama hazırlaşır - Foto
Gündəm / Hadisə
Həkəridə iyulda batmış şəxsin meyiti tapıldı
Gündəm / Sosial
İctimai binalarda qraffiti çəkmək qadağan ediləcək
Gündəm / Cəmiyyət
Gənclərin hərbi xidmətdən azad edilməsi ilə bağlı TƏKLİF
Gündəm / Hadisə
İki yaşlı qız ailəni ölümdən xilas etdi - FOTO
Gündəm / Manşet
“Ovçular” sosiskası ilə bağlı İDDİA: İçindən tük çıxdı – VİDEO
Gündəm / Cəmiyyət
Gecikənlər əlavə pul ödəyəcək - Əhalinin diqqətinə!
Gündəm / Hadisə
Qaxda dəhşətli yol qəzası oldu
Gündəm / Bölgə
Ağdərə Qarabağın “yaşıl enerji” mərkəzinə çevrilir - VİDEO
Gündəm / Manşet
Uşaq Poliklinikasında qeydiyyat problemi: Vətəndaşlar yarım saat gözləyirlər
Gündəm / Cəmiyyət
Qazaxda bu sakinlərə dam örtüyü materialları verilir
Gündəm / Təhsil
Diploma gedən yol qısalır: Azərbaycanda ali təhsilin müddəti 3 il olacaq?
Gündəm / Dünya
Erməni ordusu savaşa hazırlaşır: 500 km uça bilən PUA...
Gündəm / Təhsil / Manşet
Goranboy təhsilində ŞÜBHƏLİ TƏYİNAT - BU NƏDİ BELƏ?
Gündəm / Sosial
Maaşla bağlı qaydalar bəlli oldu - RƏSMİ
Gündəm / Hadisə
Göyçə gölü üzərindəki tornadonun görüntüləri paylaşıldı - VİDEO
Gündəm / Cəmiyyət / Üst xəbər
Sərnişinlərin nəzərinə: Bakıda bu marşrut avtobuslarının yolu dəyişdirildi - Siyahı
Gündəm / Cəmiyyət / Mədəniyyət
Bakıda daha bir tədbir başladı
Gündəm / Təhsil
Bu müəllimlər sertifikasiyadan azad ediləcək
Gündəm / Hadisə
Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurdu
Gündəm / Bölgə
Rusiyada qadağa: Axşam heç kim çölə çıxa bilməyəcək - İlginc səbəb
Gündəm / Hadisə
Qaxda dəhşətli qəza: 4 nəfər yaralandı
Gündəm / İdman
"Körpə Messi" İspaniyada oynayacaq?
Gündəm / Cəmiyyət

