Sosial şəbəkələrdə “Vital Hospital”la bağlı yayılan məlumat Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin diqqətindədir.
DuzXeber.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, məsələ ilə bağlı araşdırmaya başlanılıb və hüquq-mühafizə orqanları məlumatlandırılıb.
"Araşdırmanın nəticələrinə əsasən ictimaiyyətə əlavə məlumat veriləcək", - məlumatda vurğulanıb.
Qeyd edək ki, "Vital Hospital"da ölü körpənin zirzəmiyə atıldığı iddia edilir.

Paylaş