31.07.2026
DuzXeber.az xəbər verir ki, hər bir dövlət qurumunun fəaliyyəti haqqında ən obyektiv qiyməti statistik rəqəmlərdən daha çox vətəndaşların gündəlik həyatda yaşadığı hadisələr verir. Xüsusilə söhbət insanların sağlamlığından və həyatından gedirsə, burada atılan hər bir addımın, verilən hər bir qərarın xüsusi əhəmiyyəti var.
Son aylarda TƏBİB-də həyata keçirilən kadr dəyişiklikləri cəmiyyətdə böyük maraq doğurub. Bu dəyişikliklərin mərkəzində isə İcraçı direktor vəzifəsinə təyin olunan Anar Bayramov və İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri vəzifəsinə təyin olunan Zara İbrahimzadə dayanırlar.
Anar Bayramovun peşəkar fəaliyyəti göstərir ki, o, yalnız həkim deyil, həm də müasir idarəçilik prinsiplərini mənimsəmiş rəhbərdir. Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirməsi, tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi alması, eyni zamanda Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat və idarəetmə üzrə magistr təhsili keçməsi onun həm tibbi, həm də idarəçilik sahəsində güclü bilik bazasına malik olduğunu göstərir.
Uzun illər "MediClub" klinikasında, "A-Group" Sığorta Şirkətində, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində və digər mühüm dövlət qurumlarında rəhbər vəzifələrdə çalışması ona geniş idarəçilik təcrübəsi qazandırıb. Təsadüfi deyil ki, Prezidentin sərəncamı ilə yüksək dövlət vəzifələrinə irəli çəkilməsi də onun peşəkarlığının göstəricilərindən biri hesab olunur.
Digər mühüm təyinat isə TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinə rəhbər təyin edilən Zara İbrahimzadə oldu. ABŞ-ın Corc Mason Universitetinin məzunu olan Zara İbrahimzadə uzun illər Türkiyədə fəaliyyət göstərərək "LUKOİL Türkiyə", "SOCAR Türkiyə", "Akkuyu Nükleer" kimi beynəlxalq şirkətlərdə, daha sonra isə ABB və "PAŞA Bank" kimi aparıcı maliyyə qurumlarında marketinq və kommunikasiya sahəsində uğurlu layihələrə rəhbərlik edib. Onun zəngin beynəlxalq təcrübəsi, müasir idarəçilik bacarığı və operativ qərarvermə qabiliyyəti bu təyinatın uğurlu seçim olduğunu indidən göstərməyə başlayır.

Bəzən bir hadisə uzun-uzadı çıxışlardan və təqdimatlardan daha çox həqiqəti ortaya qoyur.
Həftənin ikinci günü axşam saatlarında yaxınlarımızdan birinin qız övladının vəziyyəti qəfil ağırlaşıb. O, dərhal Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaxınlarımızın mənə verdiyi məlumata görə, vəziyyət son dərəcə ağır idi. Həmin saatlarda növbətçi həkim eyni vaxtda bir neçə ağır xəstə ilə məşğul olduğundan əməliyyatın dərhal həyata keçirilməsi müəyyən çətinliklər yaradırdı.
Saat təxminən 19:54 idi. İş vaxtı artıq başa çatmışdı. Açığını desəm, həmin anda kiminlə əlaqə saxlayacağımı bilmirdim. Ancaq bir məsələni yaxşı bilirdim. TƏBİB-in yeni təyin olunmuş İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zara İbrahimzadə haqqında eşitdiklərim onun işinə son dərəcə məsuliyyətlə yanaşan, operativ, peşəkar və insan amilinə xüsusi önəm verən rəhbər olması idi.
Məhz buna görə də tərəddüd etmədən Zara İbrahimzadə ilə əlaqə saxladım və vəziyyəti olduğu kimi diqqətinə çatdırdım. O, məsələni diqqətlə dinlədi, xəstənin soyadını soruşdu və dərhal araşdırılacağını bildirdi.
Aradan çox az vaxt keçmişdi ki, yaxınlarımız yenidən mənə zəng etdilər. Bildirdilər ki, xəstəxanaya əlavə həkim briqadası gəlib, tibb işçiləri səfərbər olunub və ağır vəziyyətdə olan xəstə dərhal əməliyyata götürülüb. Bir neçə saat davam edən mürəkkəb əməliyyat peşəkar həkimlərin səyi nəticəsində uğurla başa çatdırılıb.
Əlbəttə, burada ən böyük təşəkkür həmin gecə xəstənin həyatı uğrunda mübarizə aparan bütün həkimlərə, anestezioloqlara, cərrahlara, tibb bacılarına və digər tibb işçilərinə düşür. Onların peşəkarlığı və fədakarlığı olmasaydı, nəticə də fərqli ola bilərdi.
Mən isə bir jurnalist kimi həmin hadisədən belə bir nəticə çıxardım: dövlət qurumunda peşəkar rəhbərlik, düzgün koordinasiya və operativ kommunikasiya olduqda vətəndaş özünü tək hiss etmir. Müraciətə biganə yanaşılmır, məsələ nəzarətə götürülür və nəticə əldə olunur.
TƏBİB uzun illər müxtəlif problemlərlə gündəmə gəlib, tənqidlər də az olmayıb. Lakin istənilən sistemin inkişafı peşəkar kadrların seçilməsindən başlayır. Bu gün Anar Bayramovun rəhbərliyi ilə həyata keçirilən idarəçilik modelinin, Zara İbrahimzadənin isə vətəndaşla dövlət arasında etibarlı kommunikasiya körpüsü yaratmaq istiqamətindəki fəaliyyətinin gələcəkdə səhiyyə sisteminə müsbət töhfələr verəcəyinə ümid etmək üçün əsaslar var.
Çünki səhiyyədə ən böyük göstərici hesabatlar deyil, xilas edilən insan həyatı, qorunan sağlamlıq və vətəndaşın dövlətə olan inamıdır. Bu inamı qorumaq isə yalnız savadlı, vicdanlı, məsuliyyətli və peşəkar rəhbərlərlə mümkündür.
TƏBİB-də yeni nəfəs: Peşəkarlıq, operativ qərar və insan həyatına verilən dəyər
DuzXeber.az xəbər verir ki, hər bir dövlət qurumunun fəaliyyəti haqqında ən obyektiv qiyməti statistik rəqəmlərdən daha çox vətəndaşların gündəlik həyatda yaşadığı hadisələr verir. Xüsusilə söhbət insanların sağlamlığından və həyatından gedirsə, burada atılan hər bir addımın, verilən hər bir qərarın xüsusi əhəmiyyəti var.Son aylarda TƏBİB-də həyata keçirilən kadr dəyişiklikləri cəmiyyətdə böyük maraq doğurub. Bu dəyişikliklərin mərkəzində isə İcraçı direktor vəzifəsinə təyin olunan Anar Bayramov və İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri vəzifəsinə təyin olunan Zara İbrahimzadə dayanırlar.
Anar Bayramovun peşəkar fəaliyyəti göstərir ki, o, yalnız həkim deyil, həm də müasir idarəçilik prinsiplərini mənimsəmiş rəhbərdir. Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirməsi, tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi alması, eyni zamanda Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat və idarəetmə üzrə magistr təhsili keçməsi onun həm tibbi, həm də idarəçilik sahəsində güclü bilik bazasına malik olduğunu göstərir.
Uzun illər "MediClub" klinikasında, "A-Group" Sığorta Şirkətində, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində və digər mühüm dövlət qurumlarında rəhbər vəzifələrdə çalışması ona geniş idarəçilik təcrübəsi qazandırıb. Təsadüfi deyil ki, Prezidentin sərəncamı ilə yüksək dövlət vəzifələrinə irəli çəkilməsi də onun peşəkarlığının göstəricilərindən biri hesab olunur.
Digər mühüm təyinat isə TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinə rəhbər təyin edilən Zara İbrahimzadə oldu. ABŞ-ın Corc Mason Universitetinin məzunu olan Zara İbrahimzadə uzun illər Türkiyədə fəaliyyət göstərərək "LUKOİL Türkiyə", "SOCAR Türkiyə", "Akkuyu Nükleer" kimi beynəlxalq şirkətlərdə, daha sonra isə ABB və "PAŞA Bank" kimi aparıcı maliyyə qurumlarında marketinq və kommunikasiya sahəsində uğurlu layihələrə rəhbərlik edib. Onun zəngin beynəlxalq təcrübəsi, müasir idarəçilik bacarığı və operativ qərarvermə qabiliyyəti bu təyinatın uğurlu seçim olduğunu indidən göstərməyə başlayır.

Bəzən bir hadisə uzun-uzadı çıxışlardan və təqdimatlardan daha çox həqiqəti ortaya qoyur.
Həftənin ikinci günü axşam saatlarında yaxınlarımızdan birinin qız övladının vəziyyəti qəfil ağırlaşıb. O, dərhal Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaxınlarımızın mənə verdiyi məlumata görə, vəziyyət son dərəcə ağır idi. Həmin saatlarda növbətçi həkim eyni vaxtda bir neçə ağır xəstə ilə məşğul olduğundan əməliyyatın dərhal həyata keçirilməsi müəyyən çətinliklər yaradırdı.
Saat təxminən 19:54 idi. İş vaxtı artıq başa çatmışdı. Açığını desəm, həmin anda kiminlə əlaqə saxlayacağımı bilmirdim. Ancaq bir məsələni yaxşı bilirdim. TƏBİB-in yeni təyin olunmuş İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zara İbrahimzadə haqqında eşitdiklərim onun işinə son dərəcə məsuliyyətlə yanaşan, operativ, peşəkar və insan amilinə xüsusi önəm verən rəhbər olması idi.
Məhz buna görə də tərəddüd etmədən Zara İbrahimzadə ilə əlaqə saxladım və vəziyyəti olduğu kimi diqqətinə çatdırdım. O, məsələni diqqətlə dinlədi, xəstənin soyadını soruşdu və dərhal araşdırılacağını bildirdi.
Aradan çox az vaxt keçmişdi ki, yaxınlarımız yenidən mənə zəng etdilər. Bildirdilər ki, xəstəxanaya əlavə həkim briqadası gəlib, tibb işçiləri səfərbər olunub və ağır vəziyyətdə olan xəstə dərhal əməliyyata götürülüb. Bir neçə saat davam edən mürəkkəb əməliyyat peşəkar həkimlərin səyi nəticəsində uğurla başa çatdırılıb.
Əlbəttə, burada ən böyük təşəkkür həmin gecə xəstənin həyatı uğrunda mübarizə aparan bütün həkimlərə, anestezioloqlara, cərrahlara, tibb bacılarına və digər tibb işçilərinə düşür. Onların peşəkarlığı və fədakarlığı olmasaydı, nəticə də fərqli ola bilərdi.
Mən isə bir jurnalist kimi həmin hadisədən belə bir nəticə çıxardım: dövlət qurumunda peşəkar rəhbərlik, düzgün koordinasiya və operativ kommunikasiya olduqda vətəndaş özünü tək hiss etmir. Müraciətə biganə yanaşılmır, məsələ nəzarətə götürülür və nəticə əldə olunur.
TƏBİB uzun illər müxtəlif problemlərlə gündəmə gəlib, tənqidlər də az olmayıb. Lakin istənilən sistemin inkişafı peşəkar kadrların seçilməsindən başlayır. Bu gün Anar Bayramovun rəhbərliyi ilə həyata keçirilən idarəçilik modelinin, Zara İbrahimzadənin isə vətəndaşla dövlət arasında etibarlı kommunikasiya körpüsü yaratmaq istiqamətindəki fəaliyyətinin gələcəkdə səhiyyə sisteminə müsbət töhfələr verəcəyinə ümid etmək üçün əsaslar var.
Çünki səhiyyədə ən böyük göstərici hesabatlar deyil, xilas edilən insan həyatı, qorunan sağlamlıq və vətəndaşın dövlətə olan inamıdır. Bu inamı qorumaq isə yalnız savadlı, vicdanlı, məsuliyyətli və peşəkar rəhbərlərlə mümkündür.
Oxşar xəbərlər
-
11.05.2026Xətainin mərkəzində səssiz mübarizə: Yaşıllıq ərazilər kimlərin maraq dairəsinə daxil olub? -
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
8.01.2026Azərbaycan səhiyyəsində institusional dönüş: TƏBİB modeli və ictimai etimadın formalaşması -
2.01.2026İKİ DİPLOM,SIFIR AUDİTORİYA:ELMİ DƏRƏCƏSİ OLMAYAN REKTOR -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ!
Xəbər lenti
-
5.08.2026Kiyevdə matəm elan edildi
-
5.08.2026“Bar-bar bağırdı ki, mən sənin...” -Təhsil mərkəzində qalmaqal: "Qapını bağla!"
-
5.08.2026Məleykə Abbaszadədən abituriyentlərə VACİB ÇAĞIRIŞ
-
5.08.2026İlon Maskın raketi Ayın səthinə çırpıldı: Yeni krater yarandı
-
5.08.2026Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində 20 min manat...
-
5.08.2026Rahat Marketdə satılan “Pınar” kolbasası müzakirə yaratdı - Tarix niyə silinmiş görünür?
-
5.08.2026İspaniya sərhədində dəhşət: 141 miqrant həlak oldu
-
5.08.2026Məhkumun gizlətdiyi silah üzə çıxdı - BİRGƏ ƏMƏLİYYAT
-
5.08.2026“Məni narahat edən rəqib yox, özümüzük” – Qurban Qurbanov
-
5.08.2026Rusiya, Britaniya, Fransa və Almaniya: Vyanadakı gizli görüşün təfərrüatları yayıldı
-
5.08.2026Xocavəndə növbəti köç karvanı mənzil başına çatdı - YENİLƏNDİ
-
5.08.2026Hikmət Hacıyevdən önəmli AÇIQLAMA: "Azərbaycan heç vaxt öz ərazisinin..."
-
5.08.2026Uşaqların sosial şəbəkələrdə qeydiyyatı ilə bağlı yeni tələblər...
-
5.08.2026“Övladlarınızı Tibb Universitetinə qəbul etdirəcəyəm“ dedi... - 26 minlik dələduzluq
-
5.08.2026Müəllim olmaq istəyənlərə xəbər: Vakansiya seçimi başladı
-
5.08.2026İldırım kabusu: 13 nəfər saniyələr içində öldü
-
5.08.2026Zaqatalada selin qarşısını almaq üçün dağ çaylarına ağır texnika cəlb edilib
-
5.08.2026Laçında Bərpa-tikinti adı ilə milyonlar bir mənbədən xərclənir(?)! –Əsaslı şübhələr var...
-
5.08.2026Sabah Bakıda yağış yağacaq, güclü külək əsəcək
-
5.08.2026Qabırğası sınıb ürəyinə girmişdi - Kürəkəninə 10 il həbs verildi
-
5.08.2026Rusiya Azərbaycan vətədaşlarını deport etdi
-
5.08.2026Dünyanın yenidən bölünməsi və ya:biz tarixi tələyə düşmüşük
-
5.08.2026Abşeronda yanacaqdoldurma məntəqəsinin ərazisində yanğın - Video
-
5.08.2026DYP-dən sürücülərə MÜRACİƏT
-
5.08.2026Bu günün valyuta məzənnələri
-
5.08.2026Ağcabədidə iki avtomobil toqquşdu, xəsarət alanlar var - FOTO
-
5.08.2026Toy etmək istəyənlərin NƏZƏRİNƏ: Zamanında addım atmasanız...
-
5.08.2026Neft kəskin ucuşlaşdı
-
5.08.2026Bakı və Ağdaşın bəzi əraziləri işıqsız qalacaq