Prezident İlham Əliyevin Qırğızıstana rəsmi səfəri çərçivəsində keçirilən təkbətək və geniş tərkibli görüşlər, Azərbaycan–Qırğızıstan Dövlətlərarası Şurasının III iclası, imzalanan çoxsaylı sənədlər və əldə olunan razılaşmalar göstərdi ki, iki dövlət arasında əməkdaşlıq iqtisadiyyat, investisiya, nəqliyyat, energetika, humanitar əlaqələr və təhlükəsizlik sahələrini də əhatə edən hərtərəfli əməkdaşlıq mərhələsinə qədəm qoyub.
DuzXeber.az xəbər verir ki, bunu siyasi şərhçi Ülviyyə Zülfiqar deyib.
Siyasi şərhçi bildirib ki, Prezident İlham Əliyevin Qırğızıstan Prezidenti Sadır Japarov ilə mətbuata bəyanatı səfərin əsas prioritetlərini və gələcək əməkdaşlığın istiqamətlərini aydın şəkildə ortaya qoydu.
“Prezident İlham Əliyev vurğuladı ki, hər iki ölkə bütün təşəbbüslərdə – həm beynəlxalq platformalarda, həm iqtisadi-ticari sahədə, həm də təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində bundan sonra da bir-birini dəstəkləyəcək. Dövlətimizin başçısı qeyd etdi ki, imzalanan sənədlər paketi qarşılıqlı fəaliyyətin geniş spektrini nümayiş etdirir. Bu isə onu göstərir ki, rəsmi Bakı və Bişkek siyasi dialoqu praktik əməkdaşlıq layihələri ilə tamamlayaraq əlaqələri daha dayanıqlı və institusional əsaslar üzərində inkişaf etdirmək əzmindədir. Verilən bu mesajlar Azərbaycan ilə Qırğızıstan arasında formalaşmış yüksək etimad mühitini və ortaq siyasi iradəni bir daha təsdiqləyir. Eyni zamanda, göstərir ki, iki dövlət arasında formalaşmış qarşılıqlı etimad və ortaq siyasi iradə növbəti illərdə əməkdaşlığın daha da dərinləşməsi üçün möhkəm zəmin yaradır”, – deyə siyasi şərhçi vurğulayıb.
Ülviyyə Zülfiqar qeyd edib ki, səfərin ən mühüm nəticələrindən biri iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində qəbul olunan qərarlar oldu. Prezident İlham Əliyev mətbuata bəyanatında Azərbaycan–Qırğız İnvestisiya Fondunun maliyyə vəsaitinin iki dəfə artırılaraq 200 milyon dollara çatdırılması barədə razılığın əldə edildiyini açıqladı. Bu addım sənaye, kənd təsərrüfatı, turizm, logistika və digər sahələrdə yeni birgə investisiya layihələrinin həyata keçirilməsi üçün əlavə imkanlar yaradacaq. Qırğızıstanda həyata keçirilən konkret layihələr iqtisadi tərəfdaşlığın real nəticələrini nümayiş etdirir.
“Prezident İlham Əliyevin Mərkəzi Asiya dövlət başçılarının Məşvərət Görüşündə iştirakı ölkəmizin regionla münasibətlərə verdiyi strateji əhəmiyyəti bir daha təsdiqlədi və Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın inkişafına verdiyi strateji önəmi bir daha nümayiş etdirdi. Bu iştirak Azərbaycanın regionun siyasi və iqtisadi proseslərində artan rolunun, eləcə də Mərkəzi Asiya ilə institusional əməkdaşlığının daha da möhkəmləndiyini göstərir”, – deyə o vurğulayıb.
Siyasi şərhçi hesab edir ki, Prezident İlham Əliyevin Qırğızıstana rəsmi səfəri Azərbaycan–Qırğızıstan münasibətlərində yeni inkişaf mərhələsinin başlanğıcını qoyan mühüm siyasi hadisə kimi tarixə düşəcək.
“Səfər zamanı əldə olunan razılaşmalar, verilən siyasi mesajlar və imzalanan sənədlər göstərir ki, iki ölkə arasında əməkdaşlıq uzunmüddətli strateji maraqlara söykənir. Bu nəticələr həm də Türk dünyasında inteqrasiyanın dərinləşməsinə, Orta Dəhlizin inkişafına və Avrasiya məkanında qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsinə mühüm töhfə verir”, – deyə Ülviyyə Zülfiqar fikrini yekunlaşdırıb.(Azərtac)
Azərbaycanla Qırğızıstan arasında əməkdaşlıq uzunmüddətli strateji maraqlara söykənir
Gündəm / Təhsil / Manşet
Dərslərin başlama saatı dəyişdirilir? - SON DƏQİQƏ AÇIQLAMASI
Gündəm / Dünya
Süni intellektlə 120-dən çox terrorçu tapdılar
Gündəm / Siyasət
Tramp Nyu Yorkda Netanyahu ilə görüşməyəcək
Gündəm / Hadisə
Bakıda güclü yanğın başlayıb
Gündəm / Bölgə
Tbilisidə bağçalarda zəhərlənən uşaqların sayı 100-ü ötdü
Gündəm / Hadisə
Füzulidə avtomobil aşdı: ölən var
Gündəm / Bölgə
Xankəndi bayrama hazırlaşır - Foto
Gündəm / Hadisə
Həkəridə iyulda batmış şəxsin meyiti tapıldı
Gündəm / Sosial
İctimai binalarda qraffiti çəkmək qadağan ediləcək
Gündəm / Cəmiyyət
Gənclərin hərbi xidmətdən azad edilməsi ilə bağlı TƏKLİF
Gündəm / Hadisə
İki yaşlı qız ailəni ölümdən xilas etdi - FOTO
Gündəm / Manşet
“Ovçular” sosiskası ilə bağlı İDDİA: İçindən tük çıxdı – VİDEO
Gündəm / Cəmiyyət
Gecikənlər əlavə pul ödəyəcək - Əhalinin diqqətinə!
Gündəm / Hadisə
Qaxda dəhşətli yol qəzası oldu
Gündəm / Bölgə
Ağdərə Qarabağın “yaşıl enerji” mərkəzinə çevrilir - VİDEO
Gündəm / Manşet
Uşaq Poliklinikasında qeydiyyat problemi: Vətəndaşlar yarım saat gözləyirlər
Gündəm / Cəmiyyət
Qazaxda bu sakinlərə dam örtüyü materialları verilir
Gündəm / Təhsil
Diploma gedən yol qısalır: Azərbaycanda ali təhsilin müddəti 3 il olacaq?
Gündəm / Dünya
Erməni ordusu savaşa hazırlaşır: 500 km uça bilən PUA...
Gündəm / Təhsil / Manşet
Goranboy təhsilində ŞÜBHƏLİ TƏYİNAT - BU NƏDİ BELƏ?
Gündəm / Sosial
Maaşla bağlı qaydalar bəlli oldu - RƏSMİ
Gündəm / Hadisə
Göyçə gölü üzərindəki tornadonun görüntüləri paylaşıldı - VİDEO
Gündəm / Cəmiyyət / Üst xəbər
Sərnişinlərin nəzərinə: Bakıda bu marşrut avtobuslarının yolu dəyişdirildi - Siyahı
Gündəm / Cəmiyyət / Mədəniyyət
Bakıda daha bir tədbir başladı
Gündəm / Təhsil
Bu müəllimlər sertifikasiyadan azad ediləcək
Gündəm / Hadisə
Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurdu
Gündəm / Bölgə
Rusiyada qadağa: Axşam heç kim çölə çıxa bilməyəcək - İlginc səbəb
Gündəm / Hadisə
Qaxda dəhşətli qəza: 4 nəfər yaralandı
Gündəm / İdman
"Körpə Messi" İspaniyada oynayacaq?
Gündəm / Cəmiyyət

