DuzXeber.az xəbər verir ki, Qarabağ iqtisadi zonasında bu gün genişmiqyaslı quruculuq və abadlıq işləri sürətlə davam etdirilir. İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması ilə yanaşı, burada sosial-iqtisadi həyatın bərpası, sakinlərin məşğulluğunun təmin edilməsi və kənd təsərrüfatının inkişafı istiqamətində də mühüm addımlar atılır.


Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq və bərpa işləri ilə yanaşı, sosial-iqtisadi inkişafın təmin olunması istiqamətində də mühüm layihələr həyata keçirilir.
Bu prosesin mühüm istiqamətlərindən biri kənd təsərrüfatının inkişafı və sakinlərin təsərrüfat fəaliyyətinə cəlb olunmasıdır.


Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Cənab Vahid Hacıyevin rəhbərliyi ilə sakinlərin tərəvəzçilik, quşçuluq və heyvandarlıqla məşğul olmaları üçün müvafiq ərazilərin ayrılması istiqamətində işlər görülür.
Hazırda Şükürbəyli, Horovlu və Məmmədbəyli kəndlərində heyvandarlıq üçün ayrılmış ərazilərdə sakinlər tərəfindən ferma tikintiləri davam etdirilir. Təqdim etdiyimiz görüntülərdə də həmin ərazilərdə aparılan tikinti və təsərrüfat işlərinin bir hissəsi əks olunub.
Məsələyə yalnız ferma tikintisi kimi yanaşmaq düzgün olmazdı. Burada əsas məqsəd azad edilmiş ərazilərdə məskunlaşan insanların öz təsərrüfatlarını qurmasına, torpaq imkanlarından səmərəli istifadə etməsinə və gələcəkdə dayanıqlı gəlir mənbələri formalaşdırmasına şərait yaratmaqdır.
Heyvandarlıq təsərrüfatlarının yaradılması eyni zamanda yerli istehsalın genişlənməsinə, məşğulluğun artmasına və kəndlərin iqtisadi fəallığının yüksəlməsinə mühüm töhfə verə bilər. Bu baxımdan, ayrılmış ərazilərdə ferma təsərrüfatlarının mərhələli şəkildə qurulması Qarabağda iqtisadi həyatın yenidən canlandırılması prosesinin mühüm tərkib hissəsidir.
Şükürbəyli, Horovlu və Məmmədbəyli kəndlərində görülən işlər göstərir ki, Qarabağda quruculuq prosesi yalnız yolların, evlərin və digər infrastrukturun inşası ilə məhdudlaşmır. Burada insanların gələcək həyatını və iqtisadi fəaliyyətini təmin edəcək təsərrüfat infrastrukturu da paralel şəkildə formalaşdırılır.
Beləliklə, heyvandarlıq üçün ərazilərin ayrılması və burada müasir ferma təsərrüfatlarının yaradılması işğaldan azad edilmiş ərazilərin həm yaşayış, həm də istehsal baxımından yenidən dirçəldilməsi istiqamətində atılan mühüm addımlardan biridir.
Azad Qarabağda təsərrüfat həyatı canlanır – yeni fermalar tikilir
Gündəm / Cəmiyyət / Üst xəbər
"Şamaxinka"da 5 və 9 mərtəbəli binalar sökülə bilər
Gündəm / Bölgə / Üst xəbər
Zəfər Günü Cəbrayılda təntənəli şəkildə qeyd olunub – VİDEO
Gündəm / Hadisə
Ucarda “Sprinter” aşdı - Xəsarət alan var
Gündəm / Cəmiyyət
Noyabrda bu 4 balığı yemək olmaz
Gündəm / Sosial
“AzerGold” Zəfər Günü münasibətilə sosial aksiyalar təşkil edib
Gündəm / Cəmiyyət
8 Noyabr – Zəfər Günü ərəfəsində Abşeronda silsilə tədbirlər keçirilib.
Gündəm / Sosial
"Zəfərdən doğan işıq” adlı tədbir keçirilib
Gündəm / Cəmiyyət
Əhaliyə XƏBƏRDARLIQ edildi - Bu gün 22:32-dək...
Gündəm / Hadisə
Anasının qəbrinin yanında meyiti tapıldı
Gündəm / Cəmiyyət
Soyuq hava qocalmanı ləngidə bilər? - Alimlər yeni mexanizm aşkarladılar
Gündəm / İdman
Tofiq Əliyev dünya çempionatında ikinci oldu
Gündəm / Cəmiyyət
Metronun iş rejimi 4 günlük dəyişdirilir
Gündəm / Cəmiyyət / Üst xəbər
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edildi
Gündəm / Cəmiyyət
Tənhalığın insan sağlamlığına təsiri açıqlanıb
Siyasət / Kriminal
Sevdiyi qıza görə cinayət törədən məktəbliyə - Bu cəza verildi
Gündəm
Qobustanda mikroavtobus aşdı, bir nəfər öldü
Gündəm / Üst xəbər
Məktəblilərin telefon və yazışmaları yoxlanılır - Müfəttiş şagirdləri hədələdi
Gündəm / Cəmiyyət
Çips yemək istəyinin arxasında hansı səbəblər dayanır?
Gündəm / Bölgə
Bu ərazilərə qar yağdı
Gündəm / Hadisə
İlk dəfə velosiped sürdü, üzərindən maşın keçib öldürdü
Gündəm / Cəmiyyət
Bakının bir sıra yollarında sürət həddi endirildi
Gündəm / Cəmiyyət
Çay balığı sevənlər, süfrənizdəki təhlükədən xəbəriniz var?
Gündəm / Dünya
İrana hücumun vaxtı açıqlandı – Şiddətli müharibə BAŞLAYIR
Gündəm / Bölgə
Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyuldu
Gündəm / Dünya
İran ABŞ qırıcısını vurdu - TƏCİLİ
Gündəm / Cəmiyyət
Beynimiz nə qədər məlumat saxlaya bilər? - Yaddaşımızın həcmi açıqlandı
Gündəm / Cəmiyyət
ASAN xidmətlə bağlı SON XƏBƏR - Bu günlərdə...
Gündəm / Kriminal
Qazaxda iki nəfər bir-birini bıçaqladı
Gündəm / Dünya
Rusiyadan yeni hücum gözlənilir, hazırlaşırıq - Zelenski
Gündəm / Cəmiyyət