Azərişıq" ASC-nin təşkilatçılığı ilə "Yeni nəsil energetiklər: Şəbəkənin memarları" Ümumrespublika Yarışı davam edir. Ağdamda yarışın Aran Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) üzrə regional turu keçirilib.
ASC-dən DuzXeber.az-a bildirilib ki, Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksində baş tutan açılış mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra "Azərişıq" ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Seymur Mirzəyev çıxış edərək maarifləndirmə proqramının keçirilməsinin əhəmiyyətindən danışıb. Bildirib ki, Ümumrespublika Yarışının təşkili peşəkar kadrların hazırlığı, yeni nəsil energetiklərin formalaşdırılmasında mühüm rol oynayır. Mərkəzin direktoru iştirakçı komandalara uğurlar arzulayıb.
Rəsmi hissədən sonra birinci mərhələyə start verilib. İntellektual yarışda “Ağcabədi EŞ”, “Ağdam EŞ”, “Ağsu EŞ”, “Beyləqan EŞ”, “Füzuli EŞ”, “İmişli EŞ”, “Kürdəmir EŞ”, “Zərdab EŞ” komandaları nəzəri biliklərini sınayıblar. Onlar bu mərhələdə 20 açıq tipli sualı cavablandırıblar.
İkinci mərhələdə energetiklər onlara verilən 3 praktiki tapşırığı yerinə yetirərək peşə bacarıqlarını əyani şəkildə nümayiş etdiriblər.
Hər iki mərhələnin nəticələrinə əsasən "Zərdab EŞ" regional turun qalibi olub. Beləliklə, komanda Ümumrespublika Yarışının Hadrutda təşkil olunacaq final mərhələsinə vəsiqə qazanıb.
Qeyd edək ki, "Azərişıq" ölkənin bütün regionlarında maarifləndirici tədbirlər, yarışlar həyata keçirir. ASC əməkdaşlarının peşə bilik və bacarıqlarının artırılması, təhlükəsizlik qaydalarına əməl olunması və insan həyatının mühafizəsi məqsədilə belə tədbirlər gələcəkdə də davam etdiriləcək.










“Yeni nəsil energetiklər” yarışının Aran RETSİ üzrə regional turu keçirilib - FOTO/VİDEO
Gündəm / Təhsil / Manşet
Dərslərin başlama saatı dəyişdirilir? - SON DƏQİQƏ AÇIQLAMASI
Gündəm / Dünya
Süni intellektlə 120-dən çox terrorçu tapdılar
Gündəm / Siyasət
Tramp Nyu Yorkda Netanyahu ilə görüşməyəcək
Gündəm / Hadisə
Bakıda güclü yanğın başlayıb
Gündəm / Bölgə
Tbilisidə bağçalarda zəhərlənən uşaqların sayı 100-ü ötdü
Gündəm / Hadisə
Füzulidə avtomobil aşdı: ölən var
Gündəm / Bölgə
Xankəndi bayrama hazırlaşır - Foto
Gündəm / Hadisə
Həkəridə iyulda batmış şəxsin meyiti tapıldı
Gündəm / Sosial
İctimai binalarda qraffiti çəkmək qadağan ediləcək
Gündəm / Cəmiyyət
Gənclərin hərbi xidmətdən azad edilməsi ilə bağlı TƏKLİF
Gündəm / Hadisə
İki yaşlı qız ailəni ölümdən xilas etdi - FOTO
Gündəm / Manşet
“Ovçular” sosiskası ilə bağlı İDDİA: İçindən tük çıxdı – VİDEO
Gündəm / Cəmiyyət
Gecikənlər əlavə pul ödəyəcək - Əhalinin diqqətinə!
Gündəm / Hadisə
Qaxda dəhşətli yol qəzası oldu
Gündəm / Bölgə
Ağdərə Qarabağın “yaşıl enerji” mərkəzinə çevrilir - VİDEO
Gündəm / Manşet
Uşaq Poliklinikasında qeydiyyat problemi: Vətəndaşlar yarım saat gözləyirlər
Gündəm / Cəmiyyət
Qazaxda bu sakinlərə dam örtüyü materialları verilir
Gündəm / Təhsil
Diploma gedən yol qısalır: Azərbaycanda ali təhsilin müddəti 3 il olacaq?
Gündəm / Dünya
Erməni ordusu savaşa hazırlaşır: 500 km uça bilən PUA...
Gündəm / Təhsil / Manşet
Goranboy təhsilində ŞÜBHƏLİ TƏYİNAT - BU NƏDİ BELƏ?
Gündəm / Sosial
Maaşla bağlı qaydalar bəlli oldu - RƏSMİ
Gündəm / Hadisə
Göyçə gölü üzərindəki tornadonun görüntüləri paylaşıldı - VİDEO
Gündəm / Cəmiyyət / Üst xəbər
Sərnişinlərin nəzərinə: Bakıda bu marşrut avtobuslarının yolu dəyişdirildi - Siyahı
Gündəm / Cəmiyyət / Mədəniyyət
Bakıda daha bir tədbir başladı
Gündəm / Təhsil
Bu müəllimlər sertifikasiyadan azad ediləcək
Gündəm / Hadisə
Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurdu
Gündəm / Bölgə
Rusiyada qadağa: Axşam heç kim çölə çıxa bilməyəcək - İlginc səbəb
Gündəm / Hadisə
Qaxda dəhşətli qəza: 4 nəfər yaralandı
Gündəm / İdman
"Körpə Messi" İspaniyada oynayacaq?
Gündəm / Cəmiyyət

