Zabrat qəsəbəsində kanalizasiya problemi qəbiristanlıqda xoşgəlməz mənzərə yaradıb.

DuzXeber.az xəbər verir ki, Baku TV-nin qaynar xəttinə müraciət edən sakin bildirib ki, yaxınlıqda kanalizasiya sisteminin olmaması nəticəsində çirkab sular qəbiristanlığın ərazisinə axıb:

"Atam, anam və övladımın qəbrini su basıb. Məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etsəm də, indiyədək nəticə olmayıb", - deyə şikayətçi bildirib.

Qeyd edək ki, əraziyə yayılan çirkab sular piyadaların hərəkətinə də maneə yaradır.


Paylaş