Bərdədə 2 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.

DuzXeber.az-ın Teleqraf-a istinadən xəbərinə görə, hadisə şəhərin M.P Vaqif küçəsində baş verib. Valideyinlərinin nəzarətindən yayınan 2024-cü il təvəllüdlü Əliyeva Məleykə həyətdə ehtiyat su toplamaq üçün olan hovuzda boğularaq ölüb.

Azyaşlının meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma başlanıb.

Paylaş