Distant təhsilin genişlənməsi ilə ənənəvi əyani təhsilin effektivliyi ilə bağlı müzakirələr də aktuallaşıb. Əyani təhsil zamanı müəllim və şagird arasında birbaşa ünsiyyət, sinif mühiti və operativ nəzarət üstünlük yaratsa da, distant təhsil də çeviklik və texnologiyalardan istifadə baxımından müəyyən imkanlar təqdim edir.
Bəs, şagirdlərin təhsil nəticələri və dərsi mənimsəmə səviyyəsi baxımından əyani təhsil daha effektivdir, yoxsa distant təhsil və distant dərslər zamanı şagirdlərin diqqətini, aktiv iştirakını və öyrənmə effektivliyini qorumaq üçün hansı üsullardan istifadə olunmalıdır?
Mövzu ilə bağlı DuzXeber.az-a açıqlama verən təhsil eksperti Məzahir Məmmədli bildirib ki, təcrübə göstərir ki, əyani tədris, yəni birbaşa ünsiyyətlə təhsil bütün hallarda üstünlük və əlavə imkanlar yaradır:


