Bakıda baş verən ağır yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.

DuzXeber.az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən (BŞDYPİ) bildirilib ki, sözügedən hadisə sentyabrın 18-də, saat 01:50- də baş verib.

"Firudin İlqar oğlu Quliyevin idarə etdiyi "Lada Granta" markalı, 77-YZ-947 dövlət nömrə nişanlı avtomobilin idarəetməsini itirib və onu yol kənarındakı maneəyə çırpıb. Hadisə nəticəsində sürücü ilə yanaşı onun sərnişini Mehman Ceyhun oğlu Əhmədov xəsarət alıblar, avtomobil yararsız hala düşüb. Faktla bağlı araşdırma aparılır", - deyə məlumatda bildirilib.(Oxu.az)

Paylaş