Pakistanda məscid yaxınlığında partlayış baş verib.

DuzXeber.az xəbər verir ki, bu barədə “Daun” qəzeti məlumat yayıb.

Məlumata görə, hadisə Xeybər-Paxtunxva vilayətində cümə namazı zamanı qeydə alınıb.

Partlayış nəticəsində 15 nəfər ölüb, 50-dən çox insan yaralanıb. Yaralıların arasında polis əməkdaşları da var.

Paylaş